Cəbhədən Xəbər 

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

Qarabağda ermənilərin “Mersedes”i sülhməramlıların “BTR”ilə toqquşub: Ölən və yaralanan var – FOTO

Xankəndidən Şuşaya çıxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”ə çırpılıb. Bu barədə “Caliber” məlumat yayıb. İlkin məlumata görə, bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmçinin, sülhməramlıların həmin ərazidə yolu bağladığı bildirilib.

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə yeni hərbi hissə istifadəyə verilib – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə xidmət aparan hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Fevralın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub. Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təmin edilib. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, ideoloji sinif, xidməti, məişət…

Read More
Cəbhədən Xəbər 

“Azərbaycan Ordusu” qəzeti №11 (2622)

Uğur və Qələbə yolu Vətən sevgisindən başlayır Şəxsi heyətin müvəqqəti məskən salıb məşğələ keçdiyi əraziyə çatdıq…davamı       Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək) Mövzu: Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü. Suallar: 1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi. 2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan – Azərbaycan münaqişəsinin yaranma tarixi. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi…davamı       Cəsur döyüşçü və ya bir ailənin Vətən sevgisi Vətən müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin səhifələrinə…

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən tank bölmələrindən biri qəfil yoxlanılıb – FOTO/VİDEO

“Birləşmə və hissələrdə döyüşə hazırolmanın qəfil yoxlanılması” planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən bölmələr yoxlanılır. Növbəti dəfə tank bölmələrindən biri qəfil yoxlanılıb. Yoxlanılan tank bölməsi “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılıb. Səhra döyüşü idarəetmə məntəqəsində müdafiə və hücum əməliyyatları planlaşdırılıb, müxtəlif fəaliyyətlər üzrə hesabatlar aparılıb və bölmənin tapşırıqları dəqiqləşdirilib. Tank bölməsinin uzaq məsafələrə yüksək templə hücum etmək imkanlarının qiymətləndirildiyi qəfil yoxlamada hücum edən bölmələrin dəstəklənməsi, düşmənin atəş nöqtələrinin məhv edilməsi və müdafiə sisteminin yarılması  tapşırıqları icra edilib. Yoxlama zamanı əsas diqqət hədəfləri dəqiqliklə məhv etmək, düşmən piyadalarının…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub

Fevralın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlığa da müsbət təsir etdiyini deyən general-polkovnik Z.Həsənov strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri  üzərində qurulduğunu  bildirib. M.Dərə də öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib. Görüşdə Bakıda keçiriləcək “Texnofest-2022” festivalında Azərbaycan Hərbi Hava…

Read More
Cəbhədən Xəbər 

NATO zabitləri Azərbaycanda təlim keçir – FOTO

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir. Nazirlikdən bildirilib ki, kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı tədbirlər zamanı birgə fəaliyyətlərlə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılıb, praktiki qrup çalışmaları yerinə yetirilib. Təlim kursu fevralın 11-dək davam edəcək.  

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini ilə görüşüb – FOTO

Fevralın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlığa da müsbət təsir etdiyini deyən general-polkovnik Z.Həsənov strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu bildirib. M.Dərə də öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib. Görüşdə Bakıda keçiriləcək “Texnofest-2022” festivalında Azərbaycan Hərbi…

Read More
Cəbhədən Xəbər 

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb FOTO

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup yüksək rütbəli zabit heyəti və hərbi qulluqçular şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. ARANTV.AZ xəbər verir ki,  Müdafiə Nazirliyindən verilən xəbərə görə, sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində qəhrəmanın anım tədbiri keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub. Anım tədbirində çıxış…

Read More