Cəbhədən Xəbər 

Artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar. Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.  

Read More
Cəbhədən Xəbər 

Sülhməramlılar və separatçılar: Belə davam edərsə, Azərbaycan hərbi güc tətbiq edəcək – ŞƏRH

10 noyabr bəyanatının 4-cü bəndinin öhdəliklərindən irəli gələn prosesin icrasında faktiki olaraq durğunluq nümayiş etdirilir. 4-cü bəndə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma keçən müddət ərzində biz erməni separatçıların çıxarılmasını yox, əzələlərini şişirtməyə meyil etdiyinin şahidi olmuşuq. Burada önə çıxan versiya budur ki: 1. Separatçı tör-töküntülər Ermənistan rəhbərliyinin iradəsindən kənara çıxır və İrəvana tabe olmaqdan boyun qaçırır. Amma belə vəziyyətin yaranması Ermənistanı da qane edir. 2. Onların qol-budaq atmasını qidalandıran Rusiya sülhməramlılarıdır. Səbəb nə olursa-olsun, Azərbaycanın strateji səbrinin bir hüdudu var, bu…

Read More
Cəbhədən Xəbər 

“Caliber”: “Ordumuz düşmən təxribatlarına sıfır tolerantlıq siyasətini elan edir” – VİDEO

“Caliber” layihəsinin növbəti buraxılışı separatçıların Tərtərin Qapanlı kəndi istiqamətindəki son təxribatlarına həsr olunub. Bu barədə layihənin “YouTube” kanalında video yerləşdirilib. Videoda Azərbaycan tərəfinin bundan sonra ən kiçik erməni təxribatına belə ən sərt şəkildə cavab verəcəyi qeyd olunub. Bildirilib ki, bu təhdid və ya xəbərdarlıq deyil, bu “düşmən təxribatlarına sıfır tolerantlıq siyasətinin elanıdır”. Ətraflı videoda:  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan 8 erməni hərbçini Ermənistana təhvil verdi – RƏSMİ

Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Bununla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır: “Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu…

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan “İki sahil”ə verilən məlumata görə, fevralın 1-dən 5-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 10 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 51,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Daxili Qoşunlarda andiçmə mərasimi keçirilib

Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib. Daxili Qoşunların mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, mərasimdə Daxili Qoşunlar komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov iştirak edib. Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa edilib. Əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.…

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə hərbi hissələrdə tədbirlər keçirilib. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, plana əsasən bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir-rəis heyətinə köməklik göstərilməsinə dair tövsiyə xarakterli metodiki məşğələ keçirilib. Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və…

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib – VİDEO

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib. ARANTV.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidləri Asiman Əliyev, Teymur Abbasov, Elvin İslamov, Mirsəfa Rzayev, İsa Məhərrəmov, Əlizamin Mustafalı, Rüfət Mustafayev və Nicat Nəbiyevin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Anım tədbirlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbir iştirakçılarına…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, fevralın 6-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu…

Read More