Cəbhədən Xəbər 

Tərtər istiqamətində mövqələrimiz atəşə tutulub – RƏSMİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi  istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri  fevralın 6-sı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.   ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.   Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.   Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.   Mövqələrimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.   Təxribat törədən qanunsuz erməni silahlı…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan istəyini diktə etdi: Sülhməramlılar erməni yaraqlılarla bağlı Bakıya zəmanət verdi – FOTO

Rusiya Sülhməramlı kontingenti məsuliyyət zonalarında hərəkət edən Azərbaycana məxsus heç bir avtomobil karvanına bundan sonra heç bir erməni yaraqlınını yaxınlaşmayacağına dair zəmanət verib. Bu barədə “Caliber” “Telegram” kanalı hərbi dairələrdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb. “Bizə hərbi dariələrdəki etibarlı mənbələrdən məlumat daxil olub ki, Azərbaycan tərəfinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbərliyi son təmaslarında Rusiya tərəfi burnunu soxmağa çalışmaq bir yana qalsın, bundan sonra heç bir erməni yaraqlının hətta bizim avtomobil karvanlarına yaxınlaşmağa belə cürət etməyəcəyinə dair qəti zəmanət verib”, – deyə məlumatda qeyd olunub. Qeyd edək ki, bir neçə gün…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Vətənə sədaqət andı içən gənclərimiz xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, hərbi andın və nizamnamələrin tələblərinə ciddi əməl edəcəklərinə, hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz veriblər. Tədbirdə çıxış edənlər hərbi andı qəbul edib tam hüquqlu əsgər olmanın sevinci və qürurunu yaşayan gənc əsgərləri təbrik edərək xidmətlərində uğurlar arzulayıblar. Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən əsgər valideynlərinə MÜRACİƏT

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik. Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq”, – deyə məlumatda qeyd edilib. .

Read More
Cəbhədən Xəbər 

Xocalı faciəsi 9 yaşlı Sevincin “Instagram” səhifəsində

Xocalıda yaşayan 9 yaşlı qızın gözləri ilə Xocalı faciəsinə baxışı əks etdirən sosial şəbəkə gündəliyi formatında “Sevinj stories” adlı layihəyə başlanıldı. “Sevinj stories” “30 il öncə “Instagram” olsaydı və balaca Sevinc baş verənləri “story” kimi çəkib paylaşsaydı, Xocalıda nələrə şahid olardıq?” sualına cavabı təqdim edir. Personajlar xəyal məhsulu olsa da çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır. Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılacaq. Sevincin hekayələrinə baxdıqca izləyicilər Xocalı sakinlərinin nələr yaşadığını daha dərindən hiss edəcəklər. Xarici və…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ordusunun tank bölmələri “Həyəcan” siqnalı ilə qaldırıldı – VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun mexanikləşdirilmiş və tank bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumqoşun təlim mərkəzlərində keçirilən dərslərdə bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutublar. Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla, müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən dərslərdə bölmələr digər qoşun növləri ilə qarşılıqlı əlaqədə yerdəyişmə tapşırıqlarını icra edir. Məşğələlərdə əsas diqqət heyətlərin zirehli texnikaları çətin keçilən ərazilərdə idarə etməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərinin yüksəldilməsinə, o cümlədən müxtəlif manevrlər etməklə…

Read More
Cəbhədən Xəbər 

Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

2 fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. ARANTV.AZ xəbər verir ki,  tədbirlərdə çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar. Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət…

Read More
Cəbhədən Xəbər 

Separatçılar azərbaycanlının avtomobilinə baxmağa cürət edir: Sülhməramlılarla çiyin-çiyinə “yoxlama”? – VİDEO

Çoxdandır Rusiya sülhməramlıları öz adlarına layiq bir “tamaşa” ilə qarşımıza çıxmırdılar. Ancaq sülhməramlı fəaliyyətindən başqa hər məsələdə öncül olan bu kontingent üçün görünür sözügedən fasilə olduqca uzun hesab edilib. Odur ki, bu gün yaydıqları – guya “hərtərəfli” fəaliyyətlərinə işıq tutan video ilə növbəti rüsvayçılığa imza atıblar. Artıq “betərin betəri var” xalq deyimini dəfələrlə öz əməlləri ilə sübut edən Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının yenidən ermənilərlə çiyin-çiyinə görüntüləri yayılıb. Özü də bu dəfə artıq hədlərini sözün əsl mənasında tamamilə aşıblar. Ortaya çıxan mənzərə sadəcə qəbuledilməzdi: Azərbaycan tərəfinin sülhməramlıların…

Read More
Cəbhədən Xəbər 

Hadrutda yaradılan Komando qərargahından GÖRÜNTÜLƏR – VİDEO

Hadrut qəsəbəsində istifadəyə verilmiş Komando birliklərinin yeni görüntüləri yayımlanıb. İTV-nin əməkdaşı Hadrut qəsəbəsində istifadəyə verilmiş qərargahda olub, hərbçilərimizin döyüş bacarıqlarını izləyib. Qeyd edək ki, illərdir yeni standartlara, yeni texnikaya sahib olan ordumuz bölgədə ən güclü hərbi birliklərə malikdir. Artıq bu elit birliklər arasında komando adını da, gücünü də eşidəcək, həm də görəcəyik. Daha ətraflı süjetdə:

Read More
Cəbhədən Xəbər 

Snayperlərin hazırlıq kursundan GÖRÜNTÜLƏR – FOTO/VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərini mənimsəməklə yanaşı, hərbi qulluqçuların atəş və fiziki hazırlıqlarına da xüsusi diqqət yetirilir. Praktiki məşğələlər zamanı snayperlər istənilən hava şəraitində, fərdi və cütlük şəklində hərəkət edərək müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını yerinə yetirirlər. Bundan əlavə, atəş mövqeyinin seçilərək hazırlanması, təlim-döyüş tapşırığının yerinə yetirilməsi üçün təyin olunan obyektlərə gizli yaxınlaşma, əlverişsiz vəziyyətlərdən atəş açma, aşkar edildikdə mövqeni tərk etmə və digər vərdişlər təkmilləşdirilir.  

Read More