Cəbhədən Xəbər 

“Qarabağ xronikası”: Azərbaycan komandosu hansı vəzifələri icra edəcək? – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 80-ci buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda düşmənin yeni kabusu – Azərbaycan komandosunun vəzifələri haqqında danışıb. O bildirib ki, artıq müəyyən hərbi bilgiləri olan hərbçilər burada bacarıqlarını yeni və daha keyfiyyətli xüsusi təyinatlı qüvvə müstəvisinə çıxarır. “Onlar günün istənilən vaxtında, istənilən relyefə malik ərazidə hər an baş verə biləcək silahlı münaqişələrə hazır olmaq üçün müxtəlif ssenarili təlim prosesləri keçir”, – deyə o qeyd edib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Ankarada ulu öndərin abidəsini ziyarət edib – FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə işgüzar səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 1-də general-polkovnik Z.Həsənov Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, ulu öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.  

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən ay işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, yanvarın 5-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 27 mina və 230 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 2020-ci ilin noyabr ayının 10-dan bu ilin yanvarın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 540, tank əleyhinə 4 802 mina və 13 444 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu veriləcək

Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenant Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək. APA-nın xəbərinə görə, qanunvericiliyə uyğun olaraq xidmət zamanı həlak olmuş Bağırov Fuad Allahverdi oğluna şəhid statusu veriləcək. Məlumatı Müdafiə Nazirliyindən APA-ya təsdiq ediblər. Qeyd edək ki, Kəlbəcər rayonu, Alagözlər kəndi yaxınlığında hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Azərbaycan ordusunun dörd hərbi qulluqçusu – baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu xidməti tapşırığını yerinə yetirən zaman ərazidə istiqaməti itirərək…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb – VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb. 2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən təntənəli mərasimlərdə ötən tədris ilində şəxsi heyətin hərbi-peşəkar hazırlığının və fiziki dözümlülüyünün, heyət, bölmə, hissə və birləşmələrin, idarəetmə orqanlarının hazırlığının yüksəldilməsi, eləcə də təyinata uyğun döyüş və digər tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan səviyyədə təkmilləşdirilməsi tapşırıqlarının və ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib. Mərasimlərdə yeni tədris ili üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib. Bölmə komandirləri…

Read More
Cəbhədən Xəbər 

Ordumuzda yeni tədris dövrü başlayıb

2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunda təlim-tədris prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə keçiriləcək.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapıldı

Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Read More
Cəbhədən Xəbər 

“Caliber”: “Ovuc içi kimi – Azərbaycan Ordusunun sərhəd postları qarşısındakı Ermənistan kəndləri” – VİDEO

“Caliber” layihəsinin “Youtube” hesabında növbəti buraxılış təqdim olunub. Sözügedən buraxılışda növbəti dəfə sərhəd bölgəsində (Qərbi Azərbaycanın Xanazax kəndi) çəkilmiş kadrlar təqdim olunub. “Caliber”in videosunda həmçinin Azərbaycanın regiondakı quruculuq işlərindən, faktiki olaraq heç bir sərhəd məntəqəsinin və infrastrukturunun olmadığı bölgədə görülən işlərdən bəhs edilir. Ətraflı videoda:

Read More
Cəbhədən Xəbər 

Real döyüş şəraitinə uyğun komando hazırlıqlarından görüntülər – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımı avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb. Yaradılan şərait döyüş hazırlığı planına əsasən komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir. Vətən müharibəsində əldə edilmiş təcrübələr nəzərə…

Read More
Cəbhədən Xəbər 

“Əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil” – AÇIQLAMA

“Sosial şəbəkələrdə yayılan vətəndaş müraciətinə cavab olaraq bildiririk ki, əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu kimi məsələlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edilməsini tövsiyə edirik.

Read More