Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO
Azərbaycan Respublikası Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib. ARANTV.AZ Nazirliyə istinadən icmalı təqdim edir:
Read MoreFeatured posts
Azərbaycan Respublikası Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib. ARANTV.AZ Nazirliyə istinadən icmalı təqdim edir:
Read MoreSon günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik. Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq”.
Read More2021-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu Qoşunlarında 2022-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. ARANTV.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb. 2022-ci tədris ilinə hazırlıq tədbirləri çərçivəsində birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazaları və tam təchizatı yoxlanılıb. Toplantılar başa çatdıqdan sonra 2021-ci tədris ilinin nəticələri ilə bağlı…
Read MoreMüdafiə nazirinin təsdiq etdiyi plana əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə “N” nömrəli hərbi hissədə keçirilən təlim toplanışları başa çatıb. Toplanışın əsas məqsədi Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş vərdişlərini və hərbi ixtisas biliklərini təkmilləşdirməklə yanaşı, onlara ordumuzun arsenalındakı müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını, döyüş tətbiqi üsullarını öyrətməkdir. Toplanışa cəlb olunan hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan praktiki atəş çalışmalarını yerinə yetiriblər. İştirakçılara hücum və müdafiə döyüşlərinin əsasları, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə əməliyyatların aparılması…
Read MoreKəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız – baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb. Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Read More“Nazirlər Kabinetinin təsdiq etdiyi minatəmizləmə planına uyğun olaraq bu il 40 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulur”. ARANTV.AZ xəbər verir ki, bunu jurnalistlərə Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov bildirib. Hökumət rəsmisi qeyd edib ki, ötən ilə nisbətən bu il iki dəfə artıq ərazilərdə mina təmizlənməsi işləri həyata keçiriləcək: “Minatəmizləmə işlərinin belə sürətlə aparılmasında əsas məqsəd İşğaldan azad olunmuş ərazilərdə əlverişli şəraitin yaradılması, sahələrin iqtisadi dövriyyəyə buraxılması, turizm sahəsi və dağ mədən sənayesinin inkişaf etdirilməsidir. Bundan başqa yaşayış məntəqələrinin bərpası və yenidən qurulması da nəzərdə…
Read MoreFüzuli rayonunda traktor minaya düşüb. Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Füzulinin işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb. Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Read More“2021-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətinin təhlili qarşıya qoyulan bütün tapşırıqların tam həcmdə yerinə yetirildiyini göstərib”. ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib. İclasda Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin inkişafı, təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb. General-polkovnik Z. Həsənov hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılmasının 2022-ci ildə də prioritet məsələ olacağını xüsusi qeyd edib. Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə…
Read MoreAzərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. ARANTV.AZ xəbər verir ki,bunu Müdafiə Nazirliyindən keçirilən kollegiya iclasında, Baş Qərargah rəisi general-polkovnik Kərəm Vəliyev deyib. O bildirib ki, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Qeyd olunub ki, Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib. Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və…
Read MoreErmənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
Read More