Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin mərkəzi aparatında təşkilati-struktur dəyişiklikləri olub – FOTO

Yanvarın 28-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının iclası keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. İclasa nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xüsusi təyinatlı təhsil müəssisələri, xidmət və müstəqil şöbə rəisləri cəlb olunublar. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər iclasa videobağlantı vasitəsilə qoşulub. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib – RƏSMİ

Yanvarın 27-də N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Azərbaycan Republikası Baş Prokurorluğundan məlumat verilib. Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib. İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.

Read More
Cəbhədən Xəbər 

Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldı

İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib. O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb. “Azərbaycan, rusiyalı və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib”, – Ə.Şahidov qeyd edib.

Read More
Cəbhədən Xəbər 

Dövlət Komissiyası: Müharibədən sonra 396 Azərbaycan hərbçisinin nəşi tapılıb

“Üçtərəfli Bəyanatın 8-ci bəndi hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə bağlı dərhal ciddi addımlar atıb”. Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. O qeyd edib ki, Dövlət Komissiyasına daxil olan aidiyyəti dövlət qurumları bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçiriblər: “Üçtərəfli Bəyanata uyğun olaraq, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb – FOTO

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəxri qarovulun önündən keçib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, Müdafiə Nazirliyi adından əklil qoyulub. Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər. Baş Qərargah rəisi qonaqları salamlayaraq son illər ərzində Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf…

Read More
Cəbhədən Xəbər 

Hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirə apardıq – Məhəmməd Baqiri

“İran və Azərbaycan hərbi əməkdaşlığı inkişaf etdirir”. ARANTV.AZ xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hərbi əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin sabitliyinin təminatıdır: “Müsəlman və qardaş Azərbaycanın müdafiə naziri ilə çox yaxşı görüş baş tutdu. Bu görüşdə İran İslam Respublikasının qonşu ölkələrlə, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi haqda müzakirə apardıq”. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilk olaraq dəvətə görə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə təşəkkür edib. Azərbaycanın…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın ərazi bütövlüyünə ölkəmizin ərazi bütövlüyünə həssas olduğumuz qədər həssasıq

“Qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək və hər növ işğalçılığa qarşı olmaq İranın xarici siyasətinin əsasını təşkil edir”. ARANTV.AZ xəbər verir ki,  bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə deyib. O bildirib ki, İran və Azərbaycan tarix, din, dil və məzhəb baxımından bir-birinə yaxındırlar və möhkəm bağlara sahibdirlər: “Ümid edirəm sizin səfəriniz iki ölkə arasında əlaqələrin, xüsusi ilə hərbi, texniki və müdafiə sahəsindəki əlaqələrin möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün əlverişli imkan yaradacaq. Biz həmişə azərbaycanlı qardaşlarımızı görməkdən məmnunuq. Çünki İran xalqı Azərbaycanın qardaş xalqını…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki,  iki günlük səfər zamanı Zakir Həsənov İran rəsmiləri ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edəcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda komandoların sərt iqlim şəraitində təlimlərindən görüntülər – VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsullarını məşq ediblər. Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub. Komandolar qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Qeyd edək ki, keçirilən təlim-məşqlərinin əsas məqsədi Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Read More
Cəbhədən Xəbər 

“Caliber”: ASALA-nın “Qərbi Ermənistan” xülyası – VİDEO

Regionda münasibətlərin normallaşdırılması prosesinin gələcəyinə ümid bəsləməyə imkan verən Bakı, Ankara, Moskva və İrəvandan verilən silsilə bəyanatlara ASALA terror qruplaşması tərəfindən də münasibət bildirilib. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti təhlilində qeyd olunub. Terror qruplaşması verdiyi bəyanatda birmənalı şəkildə xəstə şüurun məhsulu olan iddialarından çəkinmədiyini göstərib. Münasibətlərin normallaşdırılmasına cəhdlərin əbəs yerə olduğunu bildirən ASALA terror qruplaşması hətta “Qərbi Ermənistan”ı ələ keçirmək iddialarından da geri qalmayıb. Ətraflı “Caliber”in təhlilində:

Read More