Cəbhədən Xəbər 

Hadrutda zirzəmidə yığılan qəbir daşlarının “kimliyi” bəlli oldu – VİDEO

Bir müddət əvvəl ermənilərin Hadrutu işğal etdikdən sonra azərbaycanlıların qəbir daşlarını sökdükləri görüntülər sosial şəbəkələrdə əks olunmuşdu. Cəbrayıl işğal altında olan zama Hadrutda yaşayan ermənilər burada olan qəbir daşlarını sökərək məzarları dağıdıblar. Qəbir daşlarının bəzilərini isə zirzəmilərə yığıb, bəzilərini satmaq məqsədilə istifadə etmişdilər. Həmsöhbətimiz Haqverdiyeva Həcərin üç yaxını-anası, atası və gəlinlərinin məzarı məhz həmin dağıdılmış qəbirdaşlarının arasında olub. H.Haqverdiyevanın təkcə valideynlərinin məzarı deyil, eyni zamanda qardaşının yoldaşı və əmisinin məzar daşı da dağıdılaraq məhv edilib. Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan ordusu Hadrutu işğaldan azad etdikdən sonra qəbir…

Read More
Cəbhədən Xəbər 

Müdafiə nazirinin İrana səfəri başlayıb

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb. ARANTV.AZ xəbər verir ki,  Müdafiə naziri general-polkovnik Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

Read More
Cəbhədən Xəbər 

Qisası alınan “Daşaltı əməliyyatı”ndan 30 il ötür

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 30 il ötür. Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin…

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı AÇIQLANDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan bildirilib ki, yanvarın 17-dən 22-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə, 1 tank əleyhinə mina və 9 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 67,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib VİDEO

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib. ARANTV.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidləri leytenant Elvin Şükürlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nurlan Quliyevin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Mərasim iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb. Bildirilib ki, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib. Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə  qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir. Təlim toplanışı yanvarın 29-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub – VİDEO

Yanvarın 22-də  Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Read More
Cəbhədən Xəbər 

Komando hərbi hissəsində təlim məşqləri keçirildi – VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin ssenarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər. Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın yeni hərbi obyektləri istifadəyə verildi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzda həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində yeni inşa edilmiş və əsaslı təmir olunmuş hərbi obyektlər istifadəyə verilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə nazirinin müavinləri, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev təlim hərbi hissəsində və mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölmələrinin birində olublar. Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təchiz edilib. Burada ideoloji sinif, xidməti, məişət və…

Read More