Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov dövlət sərhədinin Kəlbəcər-Laçın istiqamətində yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən modul tipli infrasturuktura baxış keçirib. Bildirilib ki, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Burada istilik avadanlığı…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnikalar ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir. Təlimə cəlb olunan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat, eləcə də həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar. Daha sonra təlim iştirakçıları üçün mədəni-kütləvi…

Read More
Cəbhədən Xəbər 

Hərbi prokuror: “İtkin düşən altı hərbçinin axtarışları davam etdirilir”

“İtkin düşən altı hərbçinin axtarışları davam etdirilir”. ARANTV.AZ xəbər verir ki, bunu baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. Hərbi prokuror qeyd edib ki, itkin düşmüş altı hərbi qulluqçunun olduğu yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır. Onun sözlərinə görə, döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb: “Hərbi Prokurorluğun əməkdaşları Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub. Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. General-leytenant N.Osmanov dövlət sərhədində…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.  

Read More
Cəbhədən Xəbər 

HAVELSAN şirkəti Azərbaycanda nümayəndəlik açacaq

Türkiyənin hərbi hava sənayesi sahəsində fəaliyyət göstərən HAVELSAN şirkəti Azərbaycanda nümayəndəlik açacaq. ARANTV.AZ xəbər verir ki, bunu şirkətin baş meneceri Mehmet Akif Nacar “Hərbi Sənaye” dərgisinə müsahibəsində deyib. O qeyd edib ki, şirkətin artıq Qətər, Oman, Küveyt, Malayziya və Pakistan kimi ölkələrdə ofisi var və Azərbaycandakı nümayəndəliyin yaxın zamanda açılması gözlənilir.

Read More
Cəbhədən Xəbər 

Türkiyədə Qarabağ Zəfəri barədə kitab dərc edildi

“Anadolu Agentliyi Yayınları” Qarabağ Zəfəri barədə kitab dərc edib. Qələbənin necə qazanıldığı, hansı proseslərin yaşanması ilə bağlı fotoşəkillər və qrafiklərlə təqdim edilən 228 səhifəlik kitab 3 hissədən ibarətdir. Qeyd edilir ki, dünya mediasının gözünü və qulaqlarını yumaraq, bölgədəki reallıqları görməzlikdən gəlməyə çalışdığı günlərdə “Anadolu” agentliyi fədakarlıq, cəsarət və peşəkarlıqla müharibənin hər anını bütün dünyaya yayımlayıb. Mənbə: Anadolu

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev azad edilmiş ərazilərdə hərbi hissələrin fəaliyyətini yoxladı – FOTO

Yanvarın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyətini yoxlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olub. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb. General-polkovnik K.Vəliyev şəxsi heyətin qayğıları ilə maraqlanıb, hərbi qulluqçulara xidmətlərində uğurlar arzulayıb. Sonra…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimizin Türkiyədəki təlimlərindən görüntülər – FOTO

Azərbaycan hərbçiləri Türkiyədə statik paraşüt təlimlərində iştirak edib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” hesabından görüntülər paylaşıb. Hərbi qurumdan bildirilib ki, təlim Azərbaycandan qonaq olan hərbi heyətin iştirakı ilə Türkiyənin Kayseri şəhərində yerləşən Birinci Komando Briqadasında həyata keçirilib.  

Read More