Cəbhədən Xəbər 

“Caliber”in növbəti buraxılışı – “Tarixin səhifələri: Dünya ermənilərinin Türküstandakı cinayətləri” – VİDEO

“Caliber” layihəsinin növbəti buraxılışı yayımlanıb. “Tarixin səhifələri: Dünya ermənilərinin Türküstandakı cinayətləri” adlı növbəti material tarixən erməni millətçilərin törətdiyi qanlı cinayətlərdən bəhs olunub. Qeyd olunub ki, Qafqazda demək olar ki, bütün xalqlar erməni terrorundan əziyyət çəkib. Erməni vəhşiliyi eyni zamanda Mərkəzi Asiya xalqlarından da yan keçməyib. “Caliber” faktlar əsasında ermənilərin Türküstanda törətdiyi dəhşətli əməlləri işıqlandırıb. Ətraflı videoda:

Read More
Cəbhədən Xəbər 

Marşal İrsi İnstitutu ölkəmizdə minatəmizləmə işlərini sürətləndirir

ABŞ-ın Marşal İrsi İnstitutu (MLİ) yeni ilə Azərbaycanda rəsmi olaraq minaaxtaran itlər kimi tanınan və IMAS sertifikatını alan üç qəhrəman itlə daha güclü fəaliyyətə başlayır. ARANTV.AZ  xəbər verir ki, bu barədə MLİ-nin tviter səhifəsində bildirilib: “Bu itlər ANAMA-nın humanitar minatəmizləmə işlərində köməklik göstərəcək. Biz onların gətirəcəkləri sülh və rifahı gözləyirik”. Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Marşal İrsi İnstitutu ilə memorandumuna əsasən 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib. General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı  tapşırıqlar verib. Sonda Baş Qərargah rəisi şəxsi…

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verildi – FOTO/VİDEO

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni inşa edilən modul tipli infrastrukturun açılışında olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məruzə olunub ki, döyüş mövqelərində inşa edilən modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, mini…

Read More
Cəbhədən Xəbər 

Bölük komandirləri ilə təlim toplanışları keçirilib – VİDEO

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.   Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər. Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olundu – YENİLƏNİB + VİDEO

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib. ARANTV.AZ  xəbər verir ki, əsgərimiz Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. 12:02 Ötən gün həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu ilə vida mərasimi keçirilir. ARANTV.AZ-ın məlumatına görə, onun nəşi Şəkidə yaşadığı evə gətirilib. Mərasimdə əsgərin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edir. Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olunur – VİDEO

Ötən gün həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu ilə vida mərasimi keçirilir. ARANTV.AZ-ın məlumatına görə, onun nəşi Şəkidə yaşadığı evə gətirilib. Mərasimdə əsgərin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edir. Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.  

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir VİDEO

Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə qoşunların hərəkəti ilə bağlı məlumat açıqlayıb. MN-dən “İki sahil”ə daxil olan məlumatda bildirilib ki, işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar örtüyündən təmizlənilməsi üzrə fəaliyyətlər davam etdirilir. Eləcə də  dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə də fəaliyyətlər davam etdirilir.

Read More
Cəbhədən Xəbər 

“Caliber”in Zəngəzurda aşkarladığı tapıntı: “Ermənilərin çıxış yolu yoxdur” – VİDEO

“Caliber” layihəsinin Qərbi Zəngəzurla sərhəd ərazidən hazırladığı növbəti buraxılışı təqdim olunub. Sözügedən buraxılış “Caliber”in “Youtube” hesabında yayımlanıb. Videoda həmçinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məqamlara toxunulub. “Caliber” komandası çəkiliş zamanı ərazidə SSRİ dövründən qalma və sərhədlərin delimitasiya və demarkasiya prosesinə kömək edə biləcək tapıntı aşkarlayıb. Ətraflı videoda:

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Müdafiə Nazirliyi Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı açıqlama yayıb. Nazirliyin açıqlamasında deyilir: “Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”.   23:38 Bu gün Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub. “Caliber” “Telegram” kanalının məlumatına görə, onun ölüm səbəbi naməlumdur. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.  

Read More