Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi Kəlbəcərdəki son vəziyyəti AÇIQLADI

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ermənistanla sərhədi gücləndirilmiş rejimdə qoruyur – RƏSMİ

Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Read More
Cəbhədən Xəbər 

Ermənistan daha 1 hərbçisinin öldüyünü etiraf edib

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədərkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb. ARANTV.AZ xəbər verir ki, bu, 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır. Bununla da yanvarın 11-də məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb. Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşməsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmən itki verərək geri çəkilib.

Read More
Cəbhədən Xəbər 

Erməni postu məhv edilib və…

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Ermənistan silahlı qüvvələrinin bu gün günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. ARANTV.AZ  xəbər verir ki, Caliber.az Kəlbəcərdəki gərginliyin bəzi detallarını açıqlayıb. Məlumata görə, atışma zamanı postlar arasında məsafə 50 metr olub və hərbçimiz snayperdən açılan atəşlə həlak olub. Bundan sonra Azərbaycan Ordusu cavab…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsində Zəfərimiz regionda yeni geosiyasi reallıqlar yaradıb

Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Ən böyük reallıq əlbəttə ki, işğal altındakı torpaqlarımızın azad edilməsindən sonra ölkəmizin regionda əsl söz sahibinə çevrilməsidir. Postmüharibə dövründə Azərbaycanın qarşısında duran əsas vəzifə kommunikasiyaların açılması və Ermənistanla sərhədlərin  delimitasiyasını və demarkasiyasını başa çatdırmaqdır. Ermənistanın dirənişlərinə baxmayaraq Azərbaycan bu istiqamətlərdə öz hədəflərinə çatmaq üçün 2021-ci il ərzində ardıcıl şəkildə mühüm diplomatik uğurlar əldə etdi. Ötən ilin yanvarında Moskvada, noyabrında Soçidə və dekabrda Brüsseldə keçirilən üçtərəfli görüşlərdə əldə edilən razılaşmalar da bunu təsdiqləyir. Bu görüşlər göstərdi ki, Prezident İlham Əliyev Vətən…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı AÇIQLAMA YAYDI

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə şəhid olan Ayaz Nəzərov Tovuzda dəfn olunacaq – FOTO

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir. “Report”un Qərb bürosunun məlumatına görə, 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur. Ondan böyük bir qardaşı var. O, subay olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.  

Read More
Cəbhədən Xəbər 

Hərbçimiz şəhid oldu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub: “Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən partlayış işləri ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ – VİDEO

Azərbaycan ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildirilir ki, narahatlığa heç bir əsas yoxdur.  

Read More