Cəbhədən Xəbər 

Azərbaycan Ordusu düşməndən qənimət götürdüyü silahlarla təlim keçdi – VİDEO

Qırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya qurğularından istifadə edib, yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdiriblər. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, “Hava düşməninin zərbələrinin dəf edilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya…

Read More
Cəbhədən Xəbər 

Sülhməramlılar, yoxsa cinsi təcavüzkarlar: Ermənistan Qazaxıstana kimləri göndərir? – VİDEO

Qazaxıstandakı məlum hadisələr fonunda Ermənistan da öz “sülhməramlı”larını bu türk ölkəsinə göndərib. Bu hadisə isə ermənilər arasında iştahqabardan hal kimi başa düşülüb. “Caliber”in “YouTube” səhifəsində yayımlanan yeni videomaterialda qeyd olunur ki, sosial şəbəkədə ermənilərin əksəriyyəti Qazaxıstandakı hadisələr fonunda orada yeni soyqırımı törətmək imkanı yarandığını bildiriblər. Bir çoxları isə Xocalını yada salaraq, yenidən həmin vəhşiliyi törətməyə hazır olduqlarını vurğulayıblar. Üstəlik, ermənilərin əxlaqsız yanaşması bununla da bitməyib. Onlar qazax xalqının namusuna belə dil uzatmağa, qazax qızları ilə bağlı çirkin fikirlər səsləndirməyə cürət ediblər. Daha ətraflı “Caliber”in yeni süjetində:

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Qazaxıstanda yeni “Xocalı soyqırımı” arzusu və onlara qısa xatırlatma… – FOTO

Ermənilərin türk xalqlarına qarşı nifrəti bu xalqın ən iyrənc xislətlərindən biridir. Uzun illər, hətta əsrlər belə bu mənfur xisləti məhv edə bilməyib. Sadəcə zaman-zaman özlərini kamuflyaj edən ermənilər ilk fürsətdə yenidən iyrənc niyyətlərini ortaya qoya bilir. Elə bu günlərdə də onların əlinə öz məkrli ideyalarını ortaya qoymaq üçün yeni fürsət düşüb. Qazaxıstandakı məlum hadisələr fonunda Ermənistan da öz “sülhməramlı”larını bu türk ölkəsinə göndərib. Bu hadisə isə ermənilər arasında iştahqabardan hal kimi başa düşülüb. Belə ki, sosial şəbəkədə ermənilərin əksəriyyəti Qazaxıstandakı hadisələr fonunda orada yeni soyqırımı törətmək imkanı yarandığını bildiriblər.  Bir…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planı imzalanıb

2022-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib. İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər…

Read More
Cəbhədən Xəbər 

Şəhid pilotumuzun doğum günüdür

Bu gün Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür. ARANTV.AZ xəbər verir ki, Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985 Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan “Ali Hərbi Təyyarəçilik Məktəbini Uçuş Mühəndisi” ixtisasına yiyələnərək təhsil ocağını yüksək nəticələrlə başa vurub.…

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib VİDEO

Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimdə təxribata hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. ARANTV.AZ  Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimin ssenarisinə əsasən xüsusi təyinatlı qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib. Tapşırığı almış xüsusi təyinatlı qruplar terrorçuların məskən saldığı yaşayış məntəqəsinə həmlə ediblər. Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin şəxsi heyətlə dolu hərbi texnikaları pusquya salınaraq sıradan çıxarılıb. Real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın məsafəli döyüş…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimiz 2022-ci ildə hansı təlimlərdə iştirak edəcək? – VİDEO

2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır. Müdafiə Nazirliyindən verilən məlumata görə, “Eternity – 2022”, “EFES – 2022”, “Sarsılmaz Qardaşlıq – 2022”, “Qış təlimi – 2022”, “Beynəlxalq Ordu Oyunları – 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək. Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

Read More
Cəbhədən Xəbər 

MN: “Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır”

Müdafiə Nazirliyi sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən  verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb. “Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”, – Nazirlik qeyd edib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, iki nəfər xəsarət alıb – RƏSMİ

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, iki nəfər xəsarət alıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.

Read More
Cəbhədən Xəbər 

Hərbi Prokurorluğa yeni səlahiyyət verilib

Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolma ilə bağlı Hərbi Prokurorluğa yeni səlahiyyət verilib. ARANTV.AZ  xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Hərbi Prokurorluğa həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini Hərbi Prokurorluğun kadr aparatı həyata keçirəcək.

Read More