Cəbhədən Xəbər 

Hərbi ekspert: “Sülhməramlılar bölgədə konflikti bitirməkdə maraqlı deyil” – VİDEO

Arxada qoymağa hazırlaşdığımız il ölkəmizin tarixi üçün xeyli əlamətdar sayıla biləcək hadisələrlə yaddaşlarda qalacaq. Artıq Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın ikinci ilinə keçirik. Ötən bir il ərzində Ermənistan imza atdığı sənədi heçə sayaraq dəfələrlə Qarabağda təxribatlar törədib. Azərbaycan və Ermənistan arasında vaxtaşırı baş verən atışmalar fonunda Müdafiə Nazirliyi ilk dəfə olaraq 11 avqustda Qarabağda Rusiya sülhməramlılarının olduğu ərazilərdə erməni qüvvələrinin qalmasından narazılığını bildirib. Üçtərəfli bəyanatın imzalamasından sonra Ermənistanın ən geniş təxribatı noyabrın 16-da dövlət sərhədində baş verib. Belə ki, mənfur qonşumuzun təxribatı nəticəsində Azərbaycan ordusu 7 şəhid verib,…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan ordusunun şəxsi heyətini təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun…

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev Qaragöl istiqamətində döyüş hazırlığının artırılması üçün tapşırıqlar verdi – FOTO

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Laçın rayonunda dislokasiya olunan hərbi hissələrdə olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan şəxsi heyətlə görüşən Baş Qərargah rəisi dövlət sərhədində, o cümlədən Qaragöl gölü istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün lazımi tapşırıqlar verib. Sonra hərbi birliyin şəxsi heyəti ilə  xidməti müşavirə keçirilib, 2021-ci ilin yekunları təhlil olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin…

Read More
Cəbhədən Xəbər 

Baş Qərargah rəisi Kəlbəcərə getdi – FOTO

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib. Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib. Hərbi qulluqçularla birlikdə nahar…

Read More
Cəbhədən Xəbər 

Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralanıb – FOTO

Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda “Azərcell” əməkdaşına atəş açıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb. Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub. Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatı təhlükəsinin olmadığı bildirilib.  

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər təxribatı zamanı saxlanılan beş erməni hərbçi Ermənistana təhvil verildi – RƏSMİ

Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Bununla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçulardır. Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları – 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci…

Read More
Cəbhədən Xəbər 

Yeni Komando birliklərinin özəlliyi nədir? – VİDEO

Vətən müharibəsindən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin hərb sahəsində vəd etdiyi islahatlar uğurla davam etdirilir. Ölkə başçısının Hadrutda açılışını etdiyi Komando hərbi birlikləri də bu baxımdan mühüm hadisədir və Azərbaycanın böyük uğurlarından biridir. Baku TV yeni yaradılan Komando birliklərini digərlərindən hansı özəlliklər fərqləndirdiyini araşdırıb. Həmin araşdırmanı təqdim edirik:    

Read More
Cəbhədən Xəbər 

13 min hektardan artıq ərazi minadan təmizlənib

Azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Mühəndis Qoşunları tərəfindən azad olunan ərazilərimizdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin döyüş mövqelərinə yeni təminat yolları çəkilir. “Minatəmizlənmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. 2021-ci il ərzində…

Read More
Cəbhədən Xəbər 

Yeni raket və döyüş sursatları alınıb

Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. Rəis müavini deyib ki, Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı 400-ə yaxın yeni hərbi infrastruktur obyektinin istismara verilməsi ilə bölmələrdə qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkil edilməsi, o cümlədən şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün münbit şərait yaradılıb. Bir sıra obyektlərin inşası hazırda davam…

Read More
Cəbhədən Xəbər 

Hərbi Hava Qüvvələri komandanı işğaldan azad edilmiş ərazilərə getdi – FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan HHQ bölmələrində olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. General-leytenant R.Tahirov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayramlar münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb. Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, onlara qiymətli hədiyyə və bayram sovqatları təqdim edilib. Nazir müavini çay süfrəsi arxasında şəxsi heyətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qələbəmizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən,…

Read More