Cəbhədən Xəbər 

Ordumuzun təşkilati-ştat strukturu təkmilləşdirildi

Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birlik yaradılıb. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb. “Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir.Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili…

Read More
Cəbhədən Xəbər 

Erməni əsilli mülki şəxs Ermənistana təhvil verilib

Erməni əsilli mülki şəxs Ermənistan tərəfinə təhvil verilmişdir. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olmuşdur. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil vermişdir. Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılmışdır.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda peyvənd olunan hərbçilərin sayı açıqlandı

Azərbaycan Ordusunda koronavirusa qarşı mübarizə tədbirləri görülməkdədir. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyyətinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib. “Şəxsi heyətin 72 faizi 2-ci, 8 faizi isə 3-cü doza peyvəndi qəbul edib. Koronavirus infeksiya şübhəsi olan hərbi qulluqçular dərhal təxliyə edilir. Koronavirusa qarşı tədbirlər görmək üçün səyyar briqadalar yaradılaraq hərbi hissə və bölmələrə göndərilib”, – deyə A.Eyvazov bildirib.

Read More
Cəbhədən Xəbər 

“Gələn il bir sıra ölkələrlə təlimlərin keçirilməsi planlaşdırılır”

Bu il Azərbaycan Ordusunda bir sıra istiqamətlər üzrə tədbirlər icra edilib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, əsas diqqət daim döyüşə hazırolma və silahlı qarşıdurma kəskinləşdiyi zaman yarana biləcək vəziyyətdə adekvat cavab tədbirlərinin görülməsinə yönəldilib. “Döyüş hazırlığının təşkili və keçirilməsində əsas diqqət qoşunların döyüş təyinatlarına uyğun imkan və qabiliyyətlərinin artırılması, qarşılıqlı əlaqə və birgə fəaliyyətlərin uzlaşmasına, həmçinin komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib. Azərbaycan Ordusunda QQ, HHQ, HDQ, XTQ və…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimizin nəzarətindəki əraziyə keçən erməni əsilli mülki şəxs Ermənistana təhvil verilib – RƏSMİ

Bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Bununla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib. Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılmışdır.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Türkiyə ilə birgə təlimləri davam etdirəcək – CANLI YAYIM

“2022-ci ildə də Azərbaycan hərbçilərinin beynəlxalq ordu yarışlarında iştirakı nəzərdə tutulur”. ARANTV.AZ  xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov ilin yekunlarına dair keçirdiyi brifinqdə deyib. O bildirib ki, gələn il Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam etdiriləcək. Anar Eyvazov onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bir sıra yeni hərbi obyektlərin inşası da həyata keçiriləcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub – FOTO

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan ordusunun Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib. Hərbi qulluqçular qarşısında çıxış edən general-polkovnik K.Vəliyev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib. Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar müşavirədə bir daha…

Read More
Cəbhədən Xəbər 

Şoyqu Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən danışıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən danışıb. ARANTV.AZ “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə o Rusiyanın hərbi idarəsində keçirilən müşavirədə bəhs edib: “Qarabağa həyat tədricən qayıdır. İndi orada sülh və əmin-amanlıq hökm sürür”. Onun sözlərinə görə, Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirməyə nail olub: “Planlı işlərin görülməsi üçün növbəti addımlar atılır”.

Read More
Cəbhədən Xəbər 

Komandolar şərti pusqudan məharətlə çıxdılar – FOTO/VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Diversiya qrupunun təxribatının qarşısını almaq məqsədilə “Həyəcan” siqnalı ilə qaldırılan komandolar daimi dislokasiya məntəqəsini tərk etməklə əməliyyat rayonu istiqamətində hərəkət ediblər. Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsulları icra olunub. Hərəkət zamanı şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən pusquya düşən komandolar çevik qərar qəbul edərək pusqunu dəf etmə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın Ermənistana təhvil verdiyi zabit həbs olunub

Azərbaycanın təhvil verdiyi Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, mayor Narek Yeremyan İrəvanda həbs edilib. ARANTV.AZ  “News.am”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Karmen Poqosyan məlumat verib. Vəkil bildirib ki, N.Yeremyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Vurğulanıb ki, bir müddət əvvəl məhkəmə tabor komandirinin müavini olmuş N.Yeremyanın həbsi ilə bağlı vəsatətindən imtina, prokuror isə öz növbəsində məsələyə dair apellyasiya protesti verib. Məlumata görə, mayor xidməti qaydaları pozmaqda ittiham olunur. O, barəsində irəli sürülən ittihamları etiraf edib.

Read More