Cəbhədən Xəbər 

Yeni, daha müasir və qüdrətli!

Prezident İlham Əliyev: Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktikalar, müxtəlif qoşun növləri arasında əlaqələndirilmənin lazımi şəkildə qurulması, təminat və təchizat məsələlərinin peşəkarlıqla həlli, xüsusilə də yeni dövrün tələbinə uyğun ən müasir silah növlərindən, döyüş əməliyyatlarında pilotsuz uçuş aparatlarından yüksək səviyyədə istifadə edilməsi beynəlxalq səviyyədə ordumuzla bağlı müsbət rəyin yaranmasına səbəb oldu. Təsadüfi deyil ki, bu gün Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq reytinq agentliklərinin hesabatlarında da dünyanın güclü, müasir standartlara uyğun…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov müşavirə keçirdi, tapşırıqlar verdi

Dekabrın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Hadrut qəsəbəsinə səfəri zamanı Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Azərbaycan xalqı və Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən rəşadətli Ordumuza ən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda tərbiyə işinin təşkili üzrə kurs keçirilib – FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən psixoloqların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədris proqramında nəzərdə tutulan kurs başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kursda əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi məsələlərinə yönəldilib. Tədbirin sonunda kursu bitirən zabitlər təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.  

Read More
Cəbhədən Xəbər 

Komando briqadaları nə ilə fərqlənir? – VİDEO

Artıq xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev Xocavəndə səfəri zamanı Hadrut qəsəbəsində Komando Briqadasının hərbi hissəsinin açılışını edib. Tədbirdə çıxış edən Ali Baş Komandan İlham Əliyev komando hərbi hissələrinin sayının artırılacağını və bu tipli yeni hərbi obyektlərin açılacağını qeyd edib. Baku TV Komando briqadalarının digər hərbi birləşmələrdən nə ilə fərqləndiyini araşdırıb. Süjetdə qeyd olunur ki, komando briqadaları ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməlidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər…

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə Nazirliyindən bildirilib ki, sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilib. Döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün modul tipli…

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilib. Döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət…

Read More
Cəbhədən Xəbər 

KTMT və Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasının tezliklə başlanmasını dəstəkləyib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas İrəvanda keçirilən görüşdə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinin tezliklə başlanmasının tərəfdarı olduğunu bildiriblər. Bu barədə çərşənbə günü Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb. “Dekabrın 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-nin baş katibi Stanislav Zas ilə görüşüb. Armen Qriqoryan KTMT-nin baş katibinə Azərbaycanla sərhəddəki vəziyyəti təqdim edib. Tərəflər razılaşıblar ki, Ermənistan-Azərbaycan sərhədində demarkasiya və delimitasiya üzrə işlərin tezliklə başlaması üçün şərait yaratmaq lazımdır”, – deyə məlumatda bildirilir. Mənbə: TASS

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov gürcü həmkarı ilə nələri müzakirə etdi? – VİDEO

Dekabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdən əvvəl Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Görüşdə qonaqları salamlayan general-polkovnik Zakir Həsənov birgə əməkdaşlığımızın yüksək səviyyədə olduğunu qeyd edərək, bunun ölkələrimizin inkişafı ilə yanaşı bütün regionda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığını xüsusi vurğulayıb. Birgə təlimlərin əhəmiyyətini qeyd edən nazir Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Vətən Müharibəsinin ilk dəqiqələrindən danışdı

“Hələ sentyabrın əvvəllərindən etibarən cəbhə xəttində erməni silahlı qüvvələrinin aktivliyinin artması, ayın ortalarından isə döyüş hazırlığı tədbirlərinin bütün istiqamətlərdə keçirilməsi kəşfiyyat məlumatları əsasında təsdiqləndi”. ARANTV.AZ xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində Vətən Müharibəsinin ilk dəqiqələri ilə bağlı sualı cavablandırarkən deyib. “Ermənistanın artıq təxribata yox, müharibəyə hazırlaşması aydın görünürdü. Düşmən tərəfindən mövqelərimizin mütəmadi atəşə tutulması, eyni zamanda təmas xəttini keçmək cəhdləri intensivləşirdi. Təbii ki, biz də fəaliyyətsiz deyildik. Şübhəsiz, qoşunlarımızın yüksək döyüş hazırlığı baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün kifayət edirdi. Sentyabrın 27-də…

Read More