Cəbhədən Xəbər 

Sosial şəbəkələrdə video paylaşan hərbçilər ordudan qovuldu

Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub. Bununla bağlı məlumat noyabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Bildirilib ki, həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin…

Read More
Cəbhədən Xəbər 

Müdafiə nazirindən tapşırıq: Sərhəddə xidməti-döyüş fəaliyyəti təkmilləşdirilsin

Noyabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Əvvəlcə Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

3 hərbçinin meyiti Ermənistana təhvil verilib

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədərkən zərərsizləşdirilən 3 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib. ARANTV.AZ  “Sputnik Armeniya”ya istinadən bildirir ki, proses Rusiya sülhməramlılarının iştirakı ilə baş tutub. Meyitlər İrəvana göndərilib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və…

Read More
Cəbhədən Xəbər 

Küləyin aşırdığı şəhid məzarlarının başdaşları bərpa olunub – FOTO

Bakının Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında ötən həftə güclü külək nəticəsində zədələnən iki şəhid məzarı bərpa olunub. ARANTV.AZ-ın məlumatına görə, hər iki şəhidin məzarına yeni başdaşı qoyulub. Qeyd edək ki, noyabrın 11-i gecə saatlarında güclü küləyin təsirindən Vətən müharibəsi şəhidlərinin məzar daşları bir neçə yerə bölünmüşdü. Dağılan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonundan cəbhəyə yollanmış şəhidlərə məxsus idi.  

Read More
Cəbhədən Xəbər 

İran çətin günün dostudur? – VİDEO

İranın Azərbaycanda yaxşı tanınan “Səhər” televiziya kanalı 44 günlük müharibədə Azərbaycanın qələbəsinin ildönümü münasibətilə “Çətin günün dostu” adlı sənədli film hazırlayıb. Dörd hissədə tamaşaçılara təqdim olunan təqribən 90 dəqiqəlik filmdə xronoloji, yəni tarixi ardıcıllıqla Vətən müharibəsinin önəmli hadisələri fonunda İran İslam Respublikasının tutduğu mövqedən söz açılıb. Müxtəlif İran rəsmilərinin həmin dövrdə verdiyi açıqlamalar əsasında Azərbaycan tamaşaçılarına belə bir fikir təlqin olunmasına çalışılıb ki, İran müharibənin ilk günündən sonuna qədər Azərbaycanın yanında olub. Qərb ölkələrinin Ermənistanı müdafiə etdiyi və Azərbaycana təzyiq göstərdiyi bir şəraitdə Azərbaycanı dəstəkləyib. Yəni bir növ çətin günün…

Read More
Cəbhədən Xəbər 

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib – FOTO

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.  

Read More
Cəbhədən Xəbər 

İran-Azərbaycan sərhədində 38 mina aşkarlanıb – FOTO

Noyabr ayının ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan-İran dövlət sərhədi­nin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləş­dirilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumat yayıb. Bildirilib ki, göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 metr məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 metr məsafədə işlər davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

Ermənistan daha altı hərbçisinin öldüyünü açıqladı – ADLAR

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da sərhəddə baş verən gərginlik zamanı daha 6 erməni hərbçisinin öldüyünü açıqlayıb. ARANTV.AZ xəbər verir ki, Ermənistan tərəfi bundan öncə isə 1 erməni hərbçisinin öldüyünü, 24-nün isə taleyinin naməlum qaldığını bildirmişdi. Tapılan 6 meyit: Baş leytenant – Taron Sahakyan MAXE çavuş – Merujan Harutyunyan MAXE çavuş – Artur Martirosyan MAXE çavuş – Qurgen Sarkisyan Əsgər – David Əmiryan Əsgər – Naməlum

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO-nun hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib – FOTO

Azərbaycan Ordusunun hərbi təhsil sisteminin təlim-tədris sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına müvafiq olaraq müdafiə təhsilinin genişləndirilməsi proqramı çərçivəsində (DEEP) NATO-nun ekspert qrupu ilə Bakıda işçi görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və Alyansın hərbi təhsil mütəxəssisləri arasında keçirilən görüşdə Azərbaycan Ordusunda 2021-ci il ərzində hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib. Həmçinin növbəti il üçün tədbirlərin planlaşdırılması və icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, yeni perspektivlər nəzərdən keçirilib, əməkdaşlıq planları təhlil edilib. Sonra qonaqlar Heydər…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Serbiyanın ölkəmizdə yeni təyin olunan səfiri ilə görüşüb

Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki,  səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Serbiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanaraq bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdirildiyi bildirilib. Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən diplomat Azərbaycan-Serbiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd…

Read More