Cəbhədən Xəbər 

Ermənistan Tovuz istiqamətindəki mövqelərimizi yenidən atəşə tutdu – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri  noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini…

Read More
Cəbhədən Xəbər 

Ermənistan Tovuzdakı mövqelərimizi atəşə tutub – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Read More
Cəbhədən Xəbər 

“Caliber” sərhəd döyüşlərinin yekunları barədə… – VİDEO

Dəqiq sərhədlərin hələ ki, bəlli olmadığı bir şəraitdə Azərbaycan qoşunlarının Ermənistan ərazisinə müdaxiləsi barədə danışmaq absurddur. Bu barədə “Caliber”in “YouTube” kanalınada yayımlanan növbəti videosüjetdə bildirilir. “Ermənilər iddia edirlər ki, Azərbaycan hərbçiləri azı iki yeni postu ələ keçiriblər…Unutmayaq ki, bu postlar “boz zonada” yerləşir. Dövlət sərhədlərinin delimitasiya və demarkasiyası başa çatmadıqca sərhədyanı ərazilər məhz belə adlanacaq. Azərbaycan və Rusiya məhz bu prosesin fəal tərəfdarıdır. Sərhədlərin dəqiqləşdirilməsinin yeganə əleyhidarı isə hazırda yalnız Ermənistandır”, – deyə videomaterialda qeyd edilir. Daha ətraflı “Caliber”in yeni süjetində:  

Read More
Cəbhədən Xəbər 

Şiddətli döyüşlər gedən ərazidən SON GÖRÜNTÜLƏR – VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Ermənistan silahlı qüvvələri Azərbaycanın sərhəd bölgəsində təxribat törədib. Real TV Ermənistanın təxribat törətdiyi ərazidən xüsusi reportaj hazırlayıb. Ərazidə xidmət edən baş leytenant Afiq İsmayıllı bildirib ki, 16 noyabr gündüz saatlarından erməni hərbi birləşmələri bizim bölmələrimizi dövlət sərhəddi boyu iriçaplı və kiçikçaplı silahlardan atəşə tutub. “Dərhal yuxarı komandanlıqdan aldığımız komanda əsasında düşmən cavab atəşi ilə susduruldu. Axşam saatlarına doğru isə düşmən daha genişmiqyaslı hücum etmək məqsədilə üç kəşfiyyat qrupu ilə müxtəlif istiqamətlərdən bizim mövqelərə hücum etməyə cəhd göstərdi”, – deyə baş leytenant qeyd edib. Oxu.Az həmin…

Read More
Cəbhədən Xəbər 

Dünən Ermənistanın itkisi nə qədər oldu? – VİDEO

Ötən gün (noyabrın 16-da) Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat zamanı ordumuz qarşı tərəfə sarsıdıcı zərbə endirib. Azərbaycan Ordusunun sıralarında mövcud olan yüksək nizam-intizam, hərbçilərimizin yüksək peşəkarlığı, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnika və avadanlıqlarla təmin olunması düşmən tərəfin planlarını heçə endirib. Qəfil hücuma keçərək genişmiqyaslı təxribat törətməyə çalışan düşmənin qarşısında məhz Azərbaycan Ordusunun sahib olduğu bu keyfiyyətlər ən böyük əngələ çevrilib. Düşmən qüvvələrinin ağır silahlar və artilleriyadan istifadə etdiyi təxribat zamanı Azərbaycan Ordusu 7 şəhid verib, 10 nəfər yaralanıb. Bu cür toqquşmalarda itkilərə yol verməmək çətindir, ancaq daha çətini düşmənə…

Read More
Cəbhədən Xəbər 

10 noyabr bəyanatından sonra ilk genişmiqyaslı toqquşma: Ermənistan rəzilliyin yeni mərhələsinə keçdi – ŞƏRH

Noyabr ayının 10-dan etibarən Azərbaycan-Ermənistan sərhədinin Şərqi Zəngəzur hissəsində baş verən insidentlər noyabrın 16-da özünün pik həddinə çatdı. Ermənistan silahlı qüvvələrinin avantürası xarakterinə görə 10 noyabr Üçtərəfli Bəyanatından sonra ilk genişmiqyaslı təxribat idi. Hadisələrin baş verməsindən öncəki bir neçə məsələyə diqqət yetirmək vacibdir. Birincisi, noyabrın ilk ongünlüyündə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılırdı. Kremlin mətbuat katibi Dmitri Peskovun üçtərəfli görüşə dair verdiyi ilk açıqlamada tərəflərin danışıqlar masasına oturacaqlarına işarələr edilirdi. Ancaq üstündən bir neçə gün keçəndən sonra Peskov…

Read More
Cəbhədən Xəbər 

Erməni yazıçı: “Karapetyan Qarabağa getməməli idi!” – VİDEO

Erməni yazıçı-publisist Levon Drnoyan Ermənistan rəhbərliyini Azərbaycana qarşı təxribatlarda ittiham edib. Bu barədə “Caliber”in növbəti süjetində qeyd olunub. Sosial şəbəkə hesabında erməni xalqına müraciət edən Levon Drnoyan fikirlərini “erməni emosionallığı”na qapılmadan qiymətləndirməyi tövsiyə edib. Erməni yazıçı kapitulyasiya aktının imzalanmasının ildönümü ərəfəsində Nikol Paşinyanın müdafiə naziri (keçmiş) Arşak Karapetyanı Qarabağa göndərməklə özünü təxribat törətdiyini bildirib. Levon Drnoyanın sözlərinə görə, bununla erməni baş nazir beynəlxalq hüququ kobud şəkildə pozub. “Azərbaycan bu addıma cavab olaraq müharibə elan edə bilərdi və beynəlxalq hüquq da onun tərəfində olardı”, – deyə L.Drnoyan bildirib. Ətraflı “Caliber”in süjetində:

Read More
Cəbhədən Xəbər 

Dünən şəhid olan hərbçilərimizin FOTOLARI – YENİLƏNİB

Xəbərə noyabrın 16-da şəhid olan bütün hərbi qulluqçularımızın fotoları əlavə olunub. Allah rəhmət eləsin! 12:08 Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. ARANTV.AZ  şəhidlərin fotolarını təqdim edir: Leytenant Niftəliyev Ümüd Oruc oğlu Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu Əsgər Əlizadə Elmin Samir oğlu Əsgər Əliyev Elçin Ramil oğlu  Əsgər Ağayev Elçin Mərifət oğlu Gizir Cabbarov Orxan Hətəm oğlu Əsgər Xəlilov Murad Qalib oğlu

Read More
Cəbhədən Xəbər 

Düşmənin itkiləri: 23 ölü, 46 yaralı – TƏFƏRRÜAT

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib. Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib. ARANTV.AZ bildirir ki, dünənki döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 23 hərbçisi həlak olub, 46 nəfər yaralanıb. Yaralıların 14 nəfərinin vəziyyəti ağırdır. İki strateji yüksəklik düşməndən azad olunub, ermənilərin iki postu darmadağın edilib. Ermənistan Silahlı Qüvvələrinə məxsus minaatanlar, iri və orta çaplı pulemyotlar, dəzgah minatanlar (AQS…

Read More