Cəbhədən Xəbər 

MN: Ermənistanla dövlət sərhədində vəziyyət sabitləşib

“Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib”. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. “Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlanıb SİYAHI

Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir. ARANTV.AZ  xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır: 1. Tətil etmək; 2. Seçkili orqanlarda vəzifə tutmaq; 3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq; 4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək; 5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq; 6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq; 7. Daimi yaşamaq üçün xaricə getmək; 8. Siyasi…

Read More
Cəbhədən Xəbər 

Dünən şəhid olan hərbçilərimizin FOTOLARI

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. ARANTV.AZ şəhidlərdən bir neçəsinin fotosunu təqdim edir: Leytenant Niftəliyev Ümüd Oruc oğlu Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu Əsgər Əlizadə Elmin Samir oğlu Əsgər Əliyev Elçin Ramil oğlu  Əsgər Ağayev Elçin Mərifət oğlu Gizir Cabbarov Orxan Hətəm oğlu

Read More
Cəbhədən Xəbər 

Döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub: – leytenant Niftəliyev Ümüd Oruc oğlu; – gizir Cabbarov Orxan Hətəm oğlu; – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu; – əsgər Ağayev Elçin Mərifət oğlu; – əsgər Əlizadə Elmin Samir oğlu; – əsgər Əliyev Elçin Ramil oğlu; – əsgər Xəlilov Murad Qalib oğlu. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Döyüşlərdə…

Read More
Cəbhədən Xəbər 

Ermənistan MN itkiləri açıqladı: 13 nəfər saxlanılıb, 24 hərbçi itkin düşüb

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində itkilərinin sayını rəsmi olaraq açıqlayıb. Qurumdan bildirilib ki, toqquşmalar nəticəsində bir hərbçi ölüb, 13 nəfər Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb, daha 24 nəfərin aqibəti barədə isə məlumat yoxdur. Ermənistan MN həmçinin iki döyüş postunun Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlayıb. Mənbə: Sputnik Ermənistan

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın BMT-dəki nümayəndəsindən sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA

“Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır”. ARANTV.AZ xəbər verir ki, bunu çərşənbə axşamı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib. “Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir”, – diplomat bildirib. Yaşar Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib. “Azərbaycan əmindir ki, iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin…

Read More
Cəbhədən Xəbər 

Erməni hərbçilərin atıb qaçdıqları döyüş texnikası – VİDEO

Ermənistan – Azərbaycan sərhədində baş verən son gərginlik zamanı erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyət arasında çaxnaşma müşahidə olunub. İş o yerə çatıb ki, erməni hərbçiləri döyüş texnikasını ataraq qaçıblar. Sosial şəbəkələrdə belə texniki vasitələrdən biri olan “Ural” avtomobilinin görüntüləri yayılıb.

Read More
Cəbhədən Xəbər 

“Qarabağ xronikası” 66-cı buraxılış: Sərhəddə baş verənlər Azərbaycanın lehinədir – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin növbəti – 66-cı buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsayev bu dəfə hərbi ekspert Ruslan İmanquliyevlə həmsöhbət olub. Söhbət zamanı həm Şuşada ermənilərin həyata keçirdiyi terror aktı, həm də Azərbaycan – Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalarla bağlı fikir mübadiləsi aparılıb, hadisələr təhlil edilib. Daha ətraflı videoda izləyə bilərsiniz:

Read More
Cəbhədən Xəbər 

Ermənistanın Azərbaycanla sərhəddəki təxribatları “Caliber”in təqdimatında – VİDEO

Noyabrın 16-sı səhər saatlarında Ermənistan hərbçiləri Azərbaycanla dövlət sərhədinin müxtəlif bölgələrində genişmiqyaslı təxribatlara başlayıblar. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetdə məlumat verilir. “Kəlbəcər və Laçın istiqamətində vəziyyət xüsusilə gərginləşib. Bununla yanaşı, Qazax, Tovuz və Gədəbəydə də atəş səsləri eşidilib. Lakin əsas hərbi qarşıdurma Kəlbəcər və Laçında baş verib. Məhz burada erməni hərbçiləri irəliləməyə və yeni postlar ələ keçirməyə cəhd göstəriblər”, – deyə videomaterialda bildirlir. Daha ətraflı “Caliber”in yeni süjetində:  

Read More
Cəbhədən Xəbər 

Ölkəmizdəki xarici hərbi attaşelər və təşkilat nümayəndələri sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıldı

Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.  

Read More