Cəbhədən Xəbər 

Ermənistan KİV: “30 erməni hərbçi ölüb, 100-ə yaxın itkin var”

Ermənistan KİV-də Qərbi Zəngəzurda vəziyyətin son dərəcə gərgin olaraq qalması barədə məlumat yayılıb. Qeyd edilir ki, hazırda 11 erməni hərbçi Azərbaycan əsgərləri tərəfindən saxlanılıb, 30 erməni hərbçi ölüb, 50-yə yaxın yaralı var, 100-ə yaxın hərbi qulluqçu itkin düşüb. Həmçinin bildirilir ki, Qızıltəpə istiqamətində qızğın döyüşlər gedir.

Read More
Cəbhədən Xəbər 

Erməni müharibə istəyən revanşistlərə hayqırdı – VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülərdə milliyətcə erməni olan bir şəxs öz həmyerlilərini pisləyib. ARANTV.AZ-ın xəbərinə görə, o, daha bir dəfə müharibə olmasını istəyən erməniləri tənqid edib. Həmin şəxs sərhəddə bu gün yaranan gərginlikdən sonra həmin ermənilərə səslənərək ironiya ilə “İnternet qəhrəmanları, müharibə istəyirdiniz, istəyinizə çatdınız, indi durun geyinib-kecinib müharibəyə gedin”, – deyib.

Read More
Cəbhədən Xəbər 

Ermənistan MN: “İki mövqe itirmişik” – YENİLƏNİB

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə atışma zamanı iki döyüş mövqeyini itirdiyini etiraf edib. Bildirilir ki, saat 16:00-a olan məlumata görə, şərq istiqamətində vəziyyət son dərəcə ağır olaraq qalır. Eyni zamanda, Ermənistan MN itkilərinin olduğunu etiraf edib. Mənbə: Sputnik Ermənistan 16:00 Ermənistan və Azərbaycan tərəfləri arasında atışma nəticəsində Ermənistan tərəfi itki verib. Bu barədə Ermənistan KİV-də məlumat yayılıb. Qeyd edilir ki, Ermənistan tərəfindən 10 nəfər ölüb, 6 nəfər yaralanıb. Eyni zamanda, vurğulanır ki, 6 erməni hərbçi əsir düşüb, Ermənistan tərəfi 2 döyüş mövqeyini itirib.

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi hədəf altındadır – RƏSMİ

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir. Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin rəsmisi Ermənistanla sərhəddəki son durumu AÇIQLADI

“Son dövrlər Ermənistan silahlı qüvvələrin Laçın və Kəlbəcər istiqamətində törətdiyi təxribatlar noyabrın 16-da daha da intensivləşib və genişmiqyaslı şəkil alıb”. ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı keçirdiyi brifinqdə deyib. O bildirib ki, Ermənistan həmin istiqamətlərdə döyüş texnikası cəmləşdirib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Müdafiə Nazirliyinin rəsmisi söyləyib ki, Ermənistan ordusunun bölmələri Azərbaycan mövqelərinə qarşı qəfil hərbi əməliyyatlara başlayıb. Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu Kəlbəcər və Laçın istiqamətində adekvat tədbirlər görülüb,…

Read More
Cəbhədən Xəbər 

MN rəsmisi: “Hazırda sərhəddə vəziyyət gərgindir”

“Son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib”. ARANTV.AZ  xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib. Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb: “Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”. O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.

Read More