Cəbhədən Xəbər 

Qırıcılarımız havaya QALDIRILDI – Kəşfiyyat aparılıb

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər. Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra…

Read More
Cəbhədən Xəbər 

“Hərbçilər arasında I açıq Kikboksinq çempionatı” keçirilib

Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “Hərbçilər arasında I açıq Kikboksinq çempionatı”nda iştirak ediblər. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, yarışlarda MOİK-in zabiti Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü mayor Tofiq Niftəliyevin rəhbərliyi ilə təmsilçilərimiz müxtəlif çəki kateqoriyaları üzrə 7 qızıl, 1 gümüş və 4 bürünc medalı qazanıblar. Ümumilikdə komanda hesabı üzrə MOİK təmsilçiləri 11 ölkə arasında birinci yerə layiq görülüblər. Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan,…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib

Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı bəzi tapşırıqlar verib. Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib. General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Müdafiə naziri Z.Həsənov döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında nazir müavinləri, qoşun növləri komandanları, Əlahiddə Ümumqoşun Ordunun komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri ilə xidməti müşavirə keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar iştirakçılara çatdırılıb. Xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub. Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş…

Read More
Cəbhədən Xəbər 

Sərhəd Qoşunları komandanı azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqlayıb

Zəngilan, Qubadlı və Laçın rayonlarında işğaldan azad olunduqdan sonra Dövlət Sərhəd Xidməti 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı fəaliyyətə başlayıb. ARANTV.AZ  xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov “Şəmkir” Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib. O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 13 nəfər hərbi qulluqçusu dövlət sərhədini mühafizə edərkən şəhid olub: “Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov…

Read More
Cəbhədən Xəbər 

Sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

“Məqsədimiz keçirilən mediaturda jurnalistlərə dövlət sərhədlərimizin mühafizəsi və müdafiəsi haqqında təsəvvür yaratmaq və bu sahədə mövcud vəziyyətlə onları tanış etməkdir. Bu baxımdan, Azərbaycan Sərhəd Mühafizəsinin inkişaf tarixi, son illərdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə qısa məlumat vermək zəruridir”. ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini – Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib. Dövlət Sərhəd Xidmətinin, Sərhəd Qoşunları Komandanlığının yaradılması tarixi barədə danışan general-leytenant Araz Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin sərhədlərimizin qorunması istiqamətində…

Read More
Cəbhədən Xəbər 

Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək

2025-сi ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur. Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını təqdir edib, bunu zəruri edən amillərə toxunub: “Azərbaycanın müdafiə xərclərinin artırılması hər şeydən öncə dövlətimizin təhlükəsizliyi ilə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müahribəsində qalib gələrək erməni faşizminə ağır zərbə vursa da, bu gün də ölkəmizə…

Read More
Cəbhədən Xəbər 

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki,  Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulayıb, onlara sərhədçi peşəsini dərindən mənimsəməyi,…

Read More
Cəbhədən Xəbər 

DSX Akademiyasının yeni yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları istifadəyə verilib – FOTO

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sərhəd mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla reallaşdırılır. Noyabrın 20-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının yeni inşa olunmuş yeməkxana kompleksi, əsaslı təmir olunan tədris korpusları və kursant yataqxanası xidməti istifadəyə verilib. ARANTV.AZ  xəbər verir ki,  DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, Xidmətinin rəhbər heyəti tədbirdən əvvəl “Heydər Əliyev guşəsi”ni və Vətən müharibəsində şəhid olmuş Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucalmış…

Read More