Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub

Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti  nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib. “İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib. Hərbi tibb müəssisəsində yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə…

Read More
Cəbhədən Xəbər 

SON DƏQİQƏ! Müdafiə Nazirliyi PUA-larla bağlı məlumat yaydı

Azərbaycan Ordusunun PUA-larla Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək: “Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, başsağlığında deyilir: “Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni…

Read More
Cəbhədən Xəbər 

Orduda bayram tədbirləri keçirildi – Video

Müdafiə nazirinin təsdiq etdiyi illik tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib. Nazirlikdən Publika.az-a verilən xəbərə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Şəxsi heyətə milli-mənəvi dəyərlərimizin təbliği və vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə dövlətimizin başçısının və müdafiə nazirinin təbrikləri çatdırılıb. Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc,…

Read More
Cəbhədən Xəbər 

Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək

Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il “leytenant” hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər. Tibb ixtisaslı gənc əsgərlərə Milli Müdafiə Universitetində (MMU) təşkil ediləcək 30 günlük…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Bolqarıstanın hərbi polislərinin əməkdaşlığı müzakirə olundu

Azərbaycan hərbi polisinin nümayəndə heyətinin Bolqarıstana səfəri çərçivəsində hər iki ölkənin hərbi polislərinin əməkdaşlığı müzakirə olunub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edib. Səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və Regional Hərbi Polis Bölməsinin inzibati binalarını ziyarət edib, hərbi polis strukturlarının təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti fəaliyyətin xüsusiyyətləri ilə yaxından…

Read More
Cəbhədən Xəbər 

Hərbi xidmətlə bağlı yenilik: 3 ildən 6 ayadək azaldılacaq

Milli Məclisin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişikliklər son oxunuşda müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Dəyişikliklərə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlanma müddətinin 3 ildən 6 ayadək azaldılacaq. Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən,…

Read More
Cəbhədən Xəbər 

Partlayış səsləri gələcək – MN

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 16-19 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik – Müdafiə Nazirliyi məlumat yaydı

Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. “İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir. “Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik”.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi Türkiyə ərazisinə növbəti raket buraxılışını PİSLƏDİ

Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda qeyd edilib. Məlumatda deyilib ki, bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır: “Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik”.

Read More