BMT-nin Layihə Xidmətləri İdarəsinin nümayəndəsi ilə ANAMA-da görüş keçirilib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) Avstriya üzrə Çoxölkəli Nümayəndəliyinin direktoru xanım Simonetta Siliqato ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə, qonağa ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib.
Görüş zamanı tərəflər mina təhlükəsi ilə mübarizə sahəsində birgə icrası planlaşdırılan layihələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.







