Məngələnata yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi digər ərazilərin işğaldan azad olunmasına şərait yaradıb
Füzulinin işğaldan azad olunmasının dördüncü ildönümü münasibəti ilə rayona mediatur təşkil olunub. ARANTV.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi mediaturda media nümayəndələri, hərbi ekspertlər və Vətən müharibəsində döyüşmüş hərbçilər iştirak ediblər. Rayon ərazisində yerləşən Məngələnata yüksəkliyi və bu yüksəkliyin müharibə zamanı strateji əhəmiyyəti barədə jurnalistlərə məlumat verilib. Bildirilib ki, bu yüksəkliyin Azərbaycan Ordusunun nəzarətinə keçməsi digər ərazilərin də işğaldan azad olunmasına şərait yaradıb. Mediatur çərçivəsində Vətən müharibəsində bu ərazilər uğrunda gedən döyüşlərdə iştirak etmiş hərbi qulluqçular öz döyüş yollarından danışıblar. Azərbaycan Ordusunun zabiti, “N” saylı hərbi hissənin hərbi qulluqçusu deyib…
Read More