Cəbhədən Xəbər 

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir – FOTO

Azərbaycan və Özbəkistan hərbiçiləri “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təlimi çərçivəsində əməliyyat əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra ediblər. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən keçirilir. Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib. Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində – VİDEO

Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Macarıstan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. ARANTV.AZ  MN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin “N” hərbi hissəsində olublar. Hərbi hissənin qərargahında qonaqlara xüsusi təyinatlıların döyüş təcrübəsini əks etdirən brifinq təqdim olunub. Sonra macarıstanlı qonaqlar hərbi hissədə görülən işlərlə tanış olub. Macarıstan nümayəndə heyətinə xüsusi əməliyyat qrupunun taktiki fəaliyyəti, həmçinin bölmələrin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası nümayiş olunub. Keçirilən görüşün məqsədi mümkün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsinin…

Read More
Cəbhədən Xəbər 

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib – VİDEO

Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb. Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki hazırlıq üzrə məqbullar qəbul olunub. Həmçinin gündüz və gecə vaxtı atış və sürücülük üzrə çalışmalar yerinə yetirilib. Yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən bölmə müəyyən edilib.

Read More
Cəbhədən Xəbər 

Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib – VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər: “Snayperlər şərti düşmən hədəflərinin aşkar edilməsi və düzgün nişanalma qaydalarına əməl olunmaqla məhvi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər. Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.”

Read More
Cəbhədən Xəbər 

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri taktiki təlim keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib. ARANTV.AZ  xəbər verir ki,  təlimin ssenarisinə uyğun olaraq, bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna çıxarılıb. İcra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun qəbul edilmiş qərara əsasən zabitlərin məruzələri dinlənilib. Bölmələr marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri icra edib. PUA bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin olunub. Praktiki atışlar zamanı planlı…

Read More
Cəbhədən Xəbər 

“HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu” keçirilir

Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində “Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu” keçirilir. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, NATO və tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən kursun əsas məqsədi HDQ-nin müxtəlif səviyyəli bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsi üçün NATO və milli qiymətləndiricilərin hazırlanmasından ibarətdir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başlayıb

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki,bu təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır. Qeyd olunub ki, “Məharət-2024” təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.

Read More
Cəbhədən Xəbər 

1992-2004-cü illərdə törədilmiş cinayətlər yenidən araşdırılıb, bəzi şəxslər ifşa olunub

Azərbaycan Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır cinayətlər istintaqı yenilənməklə araşdırılıb. ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuror Xanlar Vəliyev “Respublika” qəzetinə məqaləsində bildirib. Onun sözlərinə görə, 2005-ci ildən başlamaqla əvvəlki illərdə də Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılan uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallar da isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidal araşdırmanın yekunlaşdırılması mümkün olmayıb: “Təqsirləndirilən şəxs qis-mində…

Read More
Cəbhədən Xəbər 

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib – FOTO

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məşğələdə hərbi qulluqçulara istehkam qurğuları, mühəndis maneələri sistemi, müasir mühəndis texnikaları və silahlandırma vasitələri haqqında məlumat verilib. Həmçinin məşğələdə MEMAT mexaniki minatəmizləmə texnikası ilə ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi, partlamayan mühəndis maneələrindən keçidlərin açılması, ponton-körpü salmaqla maneələrin keçilməsi üzrə fəaliyyətlər də nümayiş olunub. Məşğələnin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların mühəndis maneələrinin qurulması və dəf edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsinin xronikası: 29 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. ARANTV.AZ xəbər verir ki, hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 29 sentyabr – müharibənin 3-cü günü •Səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya…

Read More