Cəbhədən Xəbər 

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başlayıb

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki,bu təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır. Qeyd olunub ki, “Məharət-2024” təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.

Read More
Cəbhədən Xəbər 

1992-2004-cü illərdə törədilmiş cinayətlər yenidən araşdırılıb, bəzi şəxslər ifşa olunub

Azərbaycan Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır cinayətlər istintaqı yenilənməklə araşdırılıb. ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuror Xanlar Vəliyev “Respublika” qəzetinə məqaləsində bildirib. Onun sözlərinə görə, 2005-ci ildən başlamaqla əvvəlki illərdə də Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılan uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallar da isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidal araşdırmanın yekunlaşdırılması mümkün olmayıb: “Təqsirləndirilən şəxs qis-mində…

Read More
Cəbhədən Xəbər 

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib – FOTO

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məşğələdə hərbi qulluqçulara istehkam qurğuları, mühəndis maneələri sistemi, müasir mühəndis texnikaları və silahlandırma vasitələri haqqında məlumat verilib. Həmçinin məşğələdə MEMAT mexaniki minatəmizləmə texnikası ilə ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi, partlamayan mühəndis maneələrindən keçidlərin açılması, ponton-körpü salmaqla maneələrin keçilməsi üzrə fəaliyyətlər də nümayiş olunub. Məşğələnin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların mühəndis maneələrinin qurulması və dəf edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsinin xronikası: 29 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. ARANTV.AZ xəbər verir ki, hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 29 sentyabr – müharibənin 3-cü günü •Səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya…

Read More
Cəbhədən Xəbər 

Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər. İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Read More
Cəbhədən Xəbər 

Gecə düşmən obyektinə qəfil basqın edildi – MN görüntüləri yaydıVİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, plana əsasən, icra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib. Xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar fəaliyyətini davam etdirib. Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların təxliyəsi və sursat təminatının çatdırılması da praktiki məşq etdirilib. Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsi şəhidlərinin ruhu Londonda anılıb

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə anım tədbiri keçirilib. ARANTV.AZ xəbər verir ki,  şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin müşavirləri Rəşad Vahabzadə və Günel Səlimova çıxış edərək 27 sentyabr 2020-ci il tarixinin şanlı qələbəmizin başlanğıcı olduğunu bildiriblər. Diplomatlar 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Qarabağı işğaldan azad etməsinin misilsiz qəhrəmanlıq tarixi olduğunu vurğulayıblar. Qeyd olunub ki, şanlı qələbəmiz ölkə başçısı tərəfindən ordu quruculuğu və iqtisadi inkişaf naminə aparılan davamlı islahatlar və müstəqil,…

Read More
Cəbhədən Xəbər 

İki mindən çox gəncin və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə İkinci Fəxri Xiyaban ziyarət edilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı (NAYORA) ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. ARANTV.AZ  xəbər verir ki, NAYORA-dan verilən məlumata görə, tədbirlərdə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində və 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror əməliyyatlarında qazandığımız uğurdan, şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilib. Tədbirlər çərçivəsində həm panel müzakirə, həm də gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə birgə yürüş baş tutub. Azərbaycan Respublikası Pedaqoji Universitetində…

Read More
Cəbhədən Xəbər 

28 sentyabr – müharibənin 2-ci günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. ARANTV.AZ xəbər verir ki, AZƏRTAC-a istinadən hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 28 sentyabr – müharibənin 2-ci günü • BMT-nin Baş katibi Antonio Quterreş ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün…

Read More