Cəbhədən Xəbər 

Qarabağdakı antiterror əməliyyatından real döyüş kadrları: Qısa müddətdə düşmən mövqeləri ələ keçirilir – VİDEO

Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda keçirtdiyi antiterror əməliyyatından real döyüş kadrlarında düşmənin mövqelərinin qısa müddətdə ələ keçirilməsi qeydə alınıb. ARANTV.AZ AZTV-yə istinadən xəbər verir ki, bu kadrlar ilk dəfə təqdim olunub. Kadrlarda Azərbaycanın hərbi qulluqçularının qısa müddətdə düşmən mövqelərini ələ keçirdiyi və separatçı silahlı birlikləri darmadağın etdiyi öz əksini tapıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Read More
Cəbhədən Xəbər 

Baş direktor Aqil Qurbanov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Quru Qoşunları, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərində iştirak edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, mərasimlərdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları təbrik edib. Baş direktor təhsildə fərqlənən azərbaycanlı gənc zabitlərə diplomlar təqdim edib. Qardaş ölkəyə səfər çərçivəsində Baş direktor, həmçinin bir sıra görüşlər keçirərək Azərbaycan və Türkiyə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atılır

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində son dərəcə önəmli addımlar atılır. ARANTV.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda təşkil olunan tədbirdə söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin milli bayramı münasibətilə təbriklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Azərbaycanla Türkiyənin hər məsələdə bir-birinin haqlı mövqeyini dəstəklədiyini deyən nazir qeyd edib ki, ordu quruculuğu sahəsində bu gün ardıcıl birgə tədbirlər həyata keçirilir. “Bu tədbirlərimizin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə fəaliyyət regionumuzda sülh və sabitliyin qorunmasına xidmət etməkdədir.…

Read More
Cəbhədən Xəbər 

HHQ-nin bölmələri hava desant və praktiki paraşüt tullanışları icra ediblər – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məşqlər zamanı paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də uçuş heyəti tərəfindən praktiki paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar icra olunur. Həmçinin təyin olunmuş nöqtəyə havadan yüklərin atılması üzrə fəaliyyətlər də yerinə yetirilir. Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldildiyi məşqlərdə…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov və Yaşar Güler əməkdaşlıq və regional təhlükəsizliyi müzakirə ediblər

Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb. General-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib. Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Serbiya nümayəndələri arasında hərbi təbabət üzrə ekspert görüşü keçirilib – FOTO

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkə nümayəndələri arasında hərbi təbabət üzrə ekspert görüşü keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov Azərbaycanda səfərdə olan Serbiya Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Radivoje Andelkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə iki ölkə arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə…

Read More
Cəbhədən Xəbər 

HDQ-nin dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir – VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, çətin relyefli şəraitdə qrupların hərəkəti sərt qayalıqlardan eniş, çayların və göllərin keçilməsi, həmçinin əlverişsiz relyefdə yaralıların təxliyəsi üzrə epizodlar icra olunur. Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə bacarıqlarının nəzəri və praktiki əsaslarını mənimsəməkdir.

Read More
Cəbhədən Xəbər 

Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Avqust ayının 28-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. ARANTV.AZ  xəbər verir ki, mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimlərdə çıxış edənlər gənc əsgərlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildirib, onlara sərhədçi peşəsini dərindən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Qazaxıstanın hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb: “Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparılıb”.

Read More