Cəbhədən Xəbər 

Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi təlimi keçirilir – VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir. ARANTV.AZ  MN-ə istinadən xəbər verir ki, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilib, kiçik ölçülü, aşağı hündürlüklü və az sürətli hədəflərin vaxtında aşkarlanması və aidiyyəti üzrə bölmələrə ötürülməsi üzrə fəaliyyətləri icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd şərti düşmənin qəfil hava hücum vasitələrinin dəf edilməsi zamanı idarəetmə heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də müxtəlif və mürəkkəb hava, yer, radioelektron şəraitlərdə radiotexniki və rabitə vasitələrinin döyüş…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ

Ermənistan son günlər Azərbaycan ilə şərti sərhəddə təxribatlarını yenidən intensivləşdirib. Belə ki, avqustun 18-də Laçın rayon mərkəzindən hava yolu ilə təxminən 16 km məsafədə yerləşən Gorus rayonunun Qaraşen kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin yaratdığı yeni hərbi hissənin görüntüləri yayılıb. Peyk görüntülərindən bu hərbi hissənin əlahiddə artilleriya divizionu olduğu və qoşquda daşınan səkkiz ədəd artilleriya qurğuları ilə təchiz edildiyi aydın olub. Ermənistanın hücum silahlarını məhz Azərbaycan ilə sərhədin çox yaxınlığında yerləşdirməsi, şübhəsiz ki, bu ölkənin yeni təxribatlara və eskalasiyaya hazırlaşdığını nümayiş etdirir. Əks halda, rəsmi İrəvanın revanşist mövqedə olduğunu nümayiş etdirən…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusuna sürücü axtarılır

Azərbaycan Ordusunun hərbi hissələrinə sürücü axtarılır. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, vakant sürücü vəzifələrinə mülki işçilərin qəbulu elan edilir. Tələb olunan sənədlər aşağıdakılardır: – C, D, E kateqoriyalı sürücülük vəsiqəsi; – şəxsiyyət vəsiqəsi; – hərbi biletin surəti; – tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə); – rəngli fotoşəkil (2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə); – qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklər barədə) arayış.

Read More
Cəbhədən Xəbər 

Ordumuzda bu islahatlar aparılacaq, ödənişli hərbi xidmət… – Polkovnik

Müharibədən çıxmışıq, buna görə də ordumuz və Silahlı Qüvvələrimiz müasirləşdirilməli, lazımsız hərbi hissələr ixtisara salınmalıdır. Biz daha mobil, çevik, yəni xüsusi təyinatlı, komando tipli hərbi hissələr formalaşdırmalıyıq ki, XXI əsrin tələblərinə cavab verə bilək. Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib. O bildirib ki, çağırış sistemində ciddi dəyişikliklər edilməlidir: “Bildiyimiz kimi Gürcüstanda hərbi xidmət müddətinin qısaldılması ilə bağlı söhbət gedir. Mən hesab edirəm ki, bizdə də ən böyük problemimiz olan Qarabağ məsələsi həll olunub və artıq hərbi qanunvericiliyimiz təkmilləşdirilməli, müasir tələblərə cavab verən formaya salınmalıdı”. Polkovnik hesab edir…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri “Altın Kıran – 2024” təlimində iştirak edir

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi keçirilir. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib. “Altın Kıran – 2024” birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı TƏCİLİ məlumat yaydı

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Musavat.com-a Müdafiə Nazilriyindən məlumat verilib. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – deyə məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI: Saat 19:30 radələrində…

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Avqustun 18-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – FOTO/VİDEO

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, avqustun 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Andiçmə mərasimlərində hərbi orkestrların müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonda gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri…

Read More