Cəbhədən Xəbər 

Bakı Hərbi Kollecində “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin “Heydər Əliyev muzey-lektoriyası”nda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümü münasibətilə “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Müdafiə Universitetinin professor-müəllim heyəti və kursantlar iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qonaqlar “Heydər Əliyev muzey-lektoriyası”nda Ulu Öndərin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar. Çıxış edənlər…

Read More
Cəbhədən Xəbər 

“Birləşdik -2024” təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirir

“Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminə cəlb edilən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq, təlim çərçivəsində əməliyyat qrupu tərəfindən qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində işlənilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları pilotsuz uçuş aparatı vasitəsilə uçuşlar həyata keçirərək, təlimin digər iştirakçı dövlətlərinin PUA bölmələri ilə qarşılıqlı əlaqədə ərazinin hava kəşfiyyatını aparmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin ediblər. Təlim meydançasında hücuma keçən Azərbaycan Ordusunun Quru Qoşunlarının hərbi qulluqçuları şərti düşmən qüvvələrinin müqavimətinin…

Read More
Cəbhədən Xəbər 

Müdafiə nazirinin müavinlərinin sayı AZALDILDI

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib. ARANTV.AZ xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb. Belə ki, müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb. Müdafiə naziri, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini – Baş direktor vəzifələri isə yerində qalıb. Nazirlikdən faktı Oxu.Az-a təsdiq ediblər.

Read More
Cəbhədən Xəbər 

İyuldan sentyabra – Tovuz döyüşlərindən Qarabağ Zəfərinə gedən yol

Azərbaycanı Qarabağ Zəfərinə aparan yolu şərti olaraq bir necə mərhələyə bölmək olar. 2016-cı ilin Aprel döyüşləri nəticəsində Cəbrayıl rayonunun azad edilən Cocuq Mərcanlı kəndində və Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız bu yolun başlanğıcı idisə, 2018-ci ildəki uğurlu Günnüt əməliyyatı və 2020-ci ilin iyulundakı Tovuz döyüşləri onun davamı oldu. Milli Ordumuzun qəhrəmanlıq salnaməsində xüsusi yer tutan həmin döyüşlərin başlamasından dörd il ötür. İşğalçı Ermənistanın təxribatlarının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində düşmənə sarsıdıcı zərbə endirilərək onun mənfur niyyətinin qarşısı qətiyyətlə alındı. AZƏRTAC Ordumuzun dörd il əvvəlki gücünün və qətiyyətinin nümayişi olan…

Read More
Cəbhədən Xəbər 

“Birləşdik – 2024” təliminin açılış mərasimi keçirilib – FOTO/VİDEO

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iştirakçı ölkələrin hərbi qulluqçuları, media nümayəndələri və digər qonaqların qatıldığı tədbirdə təlimə cəlb edilən heyətin təmsil olunduğu ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb. Sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının təlimdə iştirak edən hərbi qulluqçularının təntənəli keçidi olub. Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin…

Read More
Cəbhədən Xəbər 

Hərbi hissədə qanvermə aksiyası keçirilib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil olunub. ARANTV.AZ xəbər verir ki,  talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsü ilə keçirilən qanvermə aksiyasında hərbi hissənin şəxsi heyəti iştirak edib. Qanvermə aksiyasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-tibb heyəti tərəfindən donorların sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra…

Read More
Cəbhədən Xəbər 

Kursantlarla praktiki atış çalışmaları yerinə yetirilib – VİDEO

2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları ilə səhra şəraitində praktiki məşğələlər keçirilir. Müdafiə Nazirliyindən “İki sahil”ə bildirilib ki, əvvəlcə təlim sahəsində silah və hərbi sursatların təyinatı, döyüş və texniki xassələri, istismar qaydaları və sıfırlanması üzrə kursantların bilikləri yoxlanılıb, havanın və ərazinin istənilən şəraitində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üsulları izah olunub. Sonra hədəflərin müşahidə olunması, silah ilə hərəkətdə, həmçinin yerindən əl qumbaralarının atılması, peyda olan və hərəkət edən…

Read More
Cəbhədən Xəbər 

“Birləşdik -2024” təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar icra edilib

“Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, hazırlıq mərhələsinin növbəti günündə hərbi qulluqçularımız ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər. Qeyd edilib ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.

Read More
Cəbhədən Xəbər 

“Birləşdik – 2024” beynəlxalq təliminin hazırlıq mərhələsi davam edir – FOTO

Qazaxıstan Respublikasının Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində müvafiq tədbirlər görülür. ARANTV.AZ  xəbər verir ki,  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın beynəlxalq təlimdə iştirak edəcək nümayəndələrinin rəhbər heyətinin iclası keçirilib. İclasda təhlükəsizlik, təşkilati və digər məsələlərlə bağlı təkliflər dinlənilib, ətraflı müzakirələr aparılıb. Sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar. Ərazi ilə tanışlıq zamanı şəxsi heyət təlimatlandırılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb və təlim haqqında təfsilatlı məlumat verilib. Daha sonra beynəlxalq təlim çərçivəsində təşkil olunacaq “Бағдар” taktiki səmti müəyyənetmə yarışının püşkatma mərasimi keçirilib. Hərbi qulluqçuların peşəkarlığının…

Read More
Cəbhədən Xəbər 

“Birləşdik – 2024” təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır – FOTO/VİDEO

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır. Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.

Read More