Cəbhədən Xəbər 

Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənəd qəbulu cari ilin 30 may tarixinədək uzadılıb. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Məlumatda qeyd olunub ki, sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən təlimdə iştirak ediblər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Aralıq dənizinin şərqində keçirilən “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimdə axtarış-xilasetmə gəmiləri tərəfindən qəzaya uğramış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətin qiymətləndirilməsi, dalğıclar vasitəsilə heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə təyyarələrdən lazımi ləvazimatların atılması, dənizə paraşüt atlayışlarının icra edilməsi ilə heyətin təxliyə olunması üzrə fəaliyyətlər də yüksək peşəkarlıqla həyata…

Read More
Cəbhədən Xəbər 

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər – FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 25-ci ildönümü münasibətilə “N” hərbi hissəsində keçirilən təntənəli mərasimdə iştirak edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində xatirə ağacları əkilib. Sonra təlim meydanında xüsusi təyinatlıların istifadəsində olan müasir silah və texnikaya baxış keçirilib. Nazirliyin rəhbər heyəti komanda müşahidə məntəqəsinə gələrək xüsusi təyinatlıların nümayiş dərslərini izləyib. Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyət qarşısında çıxış edib.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda “Psixoloq” vəzifələri üçün “Ehtiyat zabit hazırlığı kursu”na namizəd qəbulu elan edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ali təhsil müəssisəsini “Psixologiya”, “Sosiologiya”, “Sosial iş” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarından biri üzrə ən azı bakalavr səviyyəsində bitirmiş, Azərbaycan Ordusunda ən azı 9 (doqquz) ay müddətli həqiqi hərbi xidmət keçmiş, 30 yaşınadək ali təhsilli əsgərlər, matroslar və çavuşlar, həmçinin müddətli həqiqi hərbi xidmətini başa vurmuş 30 yaşınadək ali təhsilli ehtiyatda olan kişi cinsli hərbi vəzifəlilər, habelə qadınlar mayın 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə…

Read More
Cəbhədən Xəbər 

Bakıda I və II Şəhidlər xiyabanlarında tanınmadan 13 nəfər dəfn edilib – SİYAHI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib. APA syahını təqdim edir: Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığı – 10 nəfər. № Soyadı, adı və atasının adı Təvəllüdü İtkin düşənədək yaşadığı yer İtkin düşdüyü tarix İtkin düşdüyü yer İtkinin ailə üzvlərinin ünvanı Ekshumasiya yeri Meyit qalıqlarının saxlanma yeri 1. Ağayev Ayaz Həbibulla oğlu 29.08.1975 Azərbaycan, İsmayıllı rayonu, Hacıhətəmli kəndi 26.01.1994 Azərbaycan, Füzuli rayonu, Aş. Əbdürrəhmanlı kəndi Qardaşı: Ağayev Habil Həbibulla o. T: (050) 465-54-35 Beyləqan rayonu, Şəfəq qəsəbəsi, “Peyğəmbər” məzarlığı Səhiyyə…

Read More
Cəbhədən Xəbər 

Baş Prokurorluq: “İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır”

“İtkin düşən şəxslərin taleyinin müəyyən edilməsi üçün aparılan ekspertiza yalnız ölkə daxilində həyata keçirilir”. ARANTV.AZ-ın məlumatına əsasən, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində Baş Prokurorluğun əməkdaşı Selcan Familzadə deyib. O bildirib ki, ekspertiza zamanı xarici dövlətlərin köməyinə müraciət edilmir.

Read More
Cəbhədən Xəbər 

Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”

“Ermənistan itkinlərlə bağlı məlumat vermir. Bu ölkə itkin düşmüş azərbaycanlıların məzar yerləri barədə məlumat verməkdən imtina edir”. ARANTV.AZ-ın məlumatına əsasən, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib. “Dəqiq məlumatlar Ermənistan tərəfindədir. Çünki onlar 30 il Azərbaycan ərazilərini işğalda saxlayıblar. Onlar nəyin harada olduğunu dəqiq bilirlər. Amma Ermənistan məlumatlar verməkdən imtina edir”,- deyə o əlavə edib.

Read More
Cəbhədən Xəbər 

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib – VİDEO

2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, “Snayper estafeti” və digər mövzular üzrə çalışmaları yerinə yetiriblər. Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Read More