Hadisə 

Bərdədə ağır avtoqəza ölümə səbəb oldu

Bərdədə yük və minik maşını toqquşub, sürücü ölüb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Gərənə kəndi ərazisində baş verib.

Rayon sakini olan 2005-ci il təvəllüdlü Rəhimov Yadigar idarə etdiyi “VAZ -2106” markalı, 09 BK 349 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə “VAZ – 2106”-nın sürücüsü Y.Rəhimov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır

Daha çox xəbərlər