Cəbhədən Xəbər 

“Qisas əməliyyatı”ndan EKSKLÜZİV KADRLAR – VİDEO

Baku TV 2022-ci ilin avqust ayında həyata keçirilən “Qisas əməliyyatı”ndan eksklüziv görüntülər təqdim edib. Qeyd edək ki, Ermənistan silahlı birləşmələri 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Anar Rüstəm oğlu Kazımov şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Pakistana getdi – SƏBƏB + FOTO/VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər. Qeyd edək ki, Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu Novruz bayramını qeyd edib – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi…

Read More
Cəbhədən Xəbər 

Mühəndis təminatı bölmələrinin hazırlığı diqqət mərkəzindədir – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir. Müdafiə Nazirlyindən bildirilib ki, müasir ümumqoşun döyüşündə mühəndis təminatı manevr bölmələri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin yaradılması, onların məhvetmə vasitələrindən qorunması səviyyəsinin yüksəldilməsi, həmçinin düşmənə mühəndis döyüş sursatları ilə itki verilməsi və onun fəaliyyətinin çətinləşdirilməsi məqsədi ilə təşkil edildiyi üçün mühəndis təminatı bölmələrinin şəxsi heyətinin hazırlığının daim yüksək səviyyədə saxlanılmasını tələb edir. Keçirilən məşğələ, toplantı və təlimlərdə əsas diqqət şəxsi heyətin nəzəri biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, onların döyüş sahəsində fəaliyyət zamanı praktiki vərdişlərinin möhkəmləndirilməsinə, tapşırıqların icrası zamanı…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunur. Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq hərbi hissələrdə keçiriləcək silsilə tədbirlərdə hərbi qulluqçuların ailə üzvləri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı məhdudlaşdırılıb. Nazirlik…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov NATO baş katibi ilə görüşüb – FOTO/VİDEO

Martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlikdə keçirilən rəsmi qarşılanma mərasimində Y.Stoltenberq fəxri qarovulun önündən keçib, protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir 30 illik işğal və indiki dövrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya təşəkkür edib. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar,…

Read More
Cəbhədən Xəbər 

“Global Terrorism Index” açıqlandı – Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində

“Global Terrorism Index 2024” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması açıqlanıb. ARANTV.AZ xəbər verir ki, GTI reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır. Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0” indekslə sonuncu – 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib. Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina Faso…

Read More
Cəbhədən Xəbər 

MN-dəki 9 milyonluq mənimsəmə: “Mənimsənilən pullarla bağlı sistem 1993-cü ildən belə idi”

Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov ifadə verib. O bildirib ki, yoxlama zamanı üzə çıxan neqativləri maliyyə xidmət rəisləri və təftişə gələnlər arasında həll ediblər: “Hərbi hissələrin illik maliyyə smetası müəyyən olunurdu. Bizə ayrılan illik maliyyə xərclərə kifayət edir, yekunda həmin pullardan artıq da qalırdı. Təftişə verilən və maliyyələşməyə qalan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər – FOTO/VİDEO

Cari ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimdə müxtəlif fəaliyyətlər icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin planına uyğun olaraq, xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirərək əməliyyat rayonunun dərinliyinə sızıb, şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Həmçinin yüksək dağlıq və çətin keçilən ərazilərdə, eləcə də sərt enişlərdə, sıldırım yamaclarda dağçılıq ləvazimatlarından istifadə etməklə hərəkət qaydaları məşq etdirilib. Taktiki təlimdə snayperlər fərdi və cütlük şəklində hərəkət, atəş…

Read More