Cəbhədən Xəbər 

MN: “Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır”

Azərbaycan Respublikası Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib. Atəşin bu koordinatlarda (40° 05′ 04” N; 45° 52′ 28” E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yaymış və…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri Türkiyə ordusunun Tədris Mərkəzində olublar – FOTO

Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin Elektron İnformasiya Sistemləri Məktəbi və Tədris Mərkəzində olublar. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Hərbçilər yaradılan şəraitlə tanış olublar. Onlara mövcud durum, həmçinin mərkəzdə görülən işlər barədə məlumat verilib.  

Read More
Cəbhədən Xəbər 

Xüsusi təyinatlılarımız şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılmasını məşq etdilər – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə əvvəlcə qarlı-çovğunlu havalar və çətin keçiləbilən ərazilərdə şəxsi heyətin fəaliyyəti üçün lazım olan təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təminatı, həmçinin bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyəti yoxlanılıb. Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə praktiki məşğələlər keçirilib. Məşğələlər zamanı yüksək dağlıq ərazilərdə qrupun hərəkəti, himayəli irəliləmə, sərt yamaclarda…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov bölmələrin döyüş hazırlığı ilə bağlı GÖSTƏRİŞ VERDİ

Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə naziri yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində, eləcə də  qardaş ölkəyə rəsmi səfəri zamanı fevralın 19-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər – FOTO/VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb. Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub. Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib.  

Read More
Cəbhədən Xəbər 

Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb – FOTO/VİDEO

Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev səlahiyyətli nümayəndəyə silahlanmada olan və silahlanmaya yeni daxil olunmuş silah və texnikanı təqdim edilərək onların taktiki texniki xüsusiyyətləri haqqında qısa məlumat verib. F.Nəcəfli hərbi hissənin şəxsi heyətinin döyüş qabiliyyətinin yüksəldilməsində, praktiki vərdişlərinin təkmilləşdirilməsində, silah və texnikanın bacarıqla idarə olunmasının öyrədilməsində istifadə olunan təlim maddi baza ilə tanış olub, birləşmə və hissələrin idarəetmə…

Read More
Cəbhədən Xəbər 

Ağdamda partlamamış döyüş sursatları aşkarlanıb – VİDEO

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib. Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.

Read More
Cəbhədən Xəbər 

Şərti sərhəddə Ermənistan tərəfindən mövqelərimiz yenidən atəşə tutulub

Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan HDQ-nin 20-dən çox gəmi ilə Xəzərdəki təlimindən görüntülər – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər. İki mərhələdə keçirilən təlimdə üzən gəminin saxlanılması və baxışın keçirilməsi, neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, gəmi taktiki qruplarda lövbərdə sualtı diversiya əleyhinə müdafiənin təşkili və birgə üzmə…

Read More