Gündəm Manset 

Prezident yeni cərimələri təsdiqlədi – 1000 AZN

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib. ARANTV.AZ apa-ya istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə yeni 576.3 və 576.4-cü bəndləri əlavə edilib. Sənədin yeni 576.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və ya…

Read More
Gündəm Manset 

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1644-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər…

Read More
Gündəm Manset 

Bibiheybət ziyarətgahında Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə olundu – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevin…

Read More
Manset Region Xəbərləri 

Bərdədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar “Tarixin 50 ili , 50 ilin tarixi” adlı tədbir keçirildi-VIDEO

ARANTV.AZ xəbər verir ki,14 iyul Bərdə rayon Heydər Əliyev adına parkda Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin təşkilatçılığıyla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar “Tarixin 50 ili , 50 ilin tarixi” adlı tədbir keçirildi . Tədbirdə rayon ictimaiyyəti , Bərdə Regional Mədəniyyət idarəsinin Rəis müavini və idarənin əməkdaşları , eləcə də parkda istirahət edən sakinlər iştirak ediblər . Mərasim iştirakçıları unudulmaz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi , ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər . Sonra çıxış üçün…

Read More
Gündəm Manset 

ARAN TV Onlayn Televiziya və Radio Yayımları BİLDİRİR!

                                                                                            Hörmətli oxucular!   Profilaktik  tədbirlərlə  əlaqədar  01 iyul  2019-ci  il tarixindən 01 avqust 2019-ci il tarixinədək,  ARAN TV Onlayn  Televiziya və Radio Yayımlarının fəaliyyəti müvəqqəti dayandırılır.

Read More
Manset Region Xəbərləri 

BAŞSAĞLIĞI

ARANTV onlayin televiziya və radio yayımlarının videoperatoru Məmmədov Aqil Rasim oglunun nənəsi Məmmədova Gülvanı Mirzə qızı 96 yaşında vəfat etmişdir. Onuda qeyd edək ki Məmmədova Gülvanı 1941-1945 müharibəsinin iştirakçısı olub. ARANTV-nin Baş redaktoru və kollektivi Məmmədova Gülvanı Mirzə qızının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Read More