Manset Region Xəbərləri 

Bərdədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar “Tarixin 50 ili , 50 ilin tarixi” adlı tədbir keçirildi-VIDEO

ARANTV.AZ xəbər verir ki,14 iyul Bərdə rayon Heydər Əliyev adına parkda Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin təşkilatçılığıyla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar “Tarixin 50 ili , 50 ilin tarixi” adlı tədbir keçirildi . Tədbirdə rayon ictimaiyyəti , Bərdə Regional Mədəniyyət idarəsinin Rəis müavini və idarənin əməkdaşları , eləcə də parkda istirahət edən sakinlər iştirak ediblər . Mərasim iştirakçıları unudulmaz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi , ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər . Sonra çıxış üçün söz Regional Mədəniyyət idarəsinin Rəis müavini Validə xanım Nabatovaya verildi . O , Ümummilli Lider Heydər Əliyevin Vətənə və xalqa həsr olunan mənalı ömür yolu barədə ətraflı məlumat verib və ulu öndərin siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb . Tədbir məktəbin Xalq Çalğı Alətləri ansamblının ifasında konsertlə davam edib . Məktəbin “Həmrəy” qrupu , saz sinfi şagirdləri , rəqs kollektivi də tədbirin proqramını rəngarəng etdilər . Sonda bu mötəbər tədbirin həhz 1 nömrəli uşaq incəsənət məktəbinə həvalə olunmasından qürurlanan məktəbin direktoru Nərgiz Şərifova , tədbir üçün zəhməti keçən hər kəsə və konserti böyük maraqla sonadək izləyən hər bir tamaşaçıya təşəkkür etdi .

 

Daha çox xəbərlər