Bərdədə kütləvi tibbi müayinədən keçən sakinlərdən 164 nəfər stasionar müalicəyə cəlb edilib
Azərbaycan Prezidentinin tapşırığına əsasən həyata keçirilən əhalinin kütləvi tibbi müayinəsi ölkəmizin hər yerində olduğu kimi, Bərdə rayonunda da uğurla davam edir. Fevralın 12-dən başlanan aksiya çərçivəsində bu günədək 122 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçib. ARANTV.AZ xəbər verir ki, sakinlər rayon mərkəzi xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında və kəndlərdəki tibb məntəqələrində müayinə olunurlar. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində əhalinin tibbi müayinəsi həyata keçirilir. İndiyədək müayinə olunan sakinlərdən 474 nəfərinə ambulator müalicə təyin edilib, 164 nəfər stasionar müalicəyə cəlb olunub. 127 nəfər daha…
Read More