Bərdədə ilanlar evə hücum çəkib – FOTO
Bərdə rayonunun Zümürxan kəndində, məcburi köçkünlərin məskunlaşdığı Kərpic zavod adlanan ərazidə yerləşən evlərin birinə ilanlar hücum çəkib.
ARANTV.AZ xəbər verir ki, ev sahibi Rəbiyyə Abdullayevanın söylədiyinə görə, müxtəlif ölçülərdə ilanlar əsasən gündüz saatlarında evin yataq otağında görünür. R.Abdullayeva bildirib ki, son günlər evin həyətində bir neçə ilan öldürsələr də, evdə yenə ilanlar var.
Ev sahibinin sözlərinə görə, ötən il həyətdə 120-dən çox ilan öldürüb. Zəhərli sürünənlərin ən çox uşaqlara təhlükə yaratdığı üçün ev sahibi çox qorxur.
oxu.az

