Manset 

Nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur

Payızda yetişən faydalı meyvələrdən biri də xurmadır. Xurma ağacı çox məhsuldardır və onu qışda torpaq yuxuda ikən əkmək daha yaxşıdır, çünki yaz fəsli gələndə ağac artıq yeni məkanda inkişaf etməyə başlayır. Meyvələri yetişəndə qırmızı və qonur qırmızı rəngdə olur. ARANTV.AZ  bildirir ki, xurmanın təxminən 500 növü var və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, Yunanıstan, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla…

Read More
Manset 

Diş implantının damağa ziyanı varmı?

Son illər ağız boşluğunda yaranmış qüsurların müalicəsində diş implantlarından geniş istifadə olunur. İmplant qoyduranların sayı artsa da, hələ də bu üsulun zərərli olması haqqında məlumatlar yayılır. Bəzi xəstələr çıxan protezlərin daha etibarlı və təhlükəsiz olduğunu, damağa daha az ziyan vurduğunu hesab edirlər. ARANTV.AZ bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti Tofiq Mahmudov məlumat verib. Həkim bildirib ki, bu fikirlər tibbi cəhətdən əsassızdır. Onun sözlərinə görə, çıxan protezlər damaq yatağına ciddi problem yarada bilər: “Bəzən körpü formalı protezlər yerindən tərpənir, onun altına qida qırıntılar girir, çürümə verir…

Read More
Manset 

“Facebook” 80-dən çox səhifəni sildi

“Facebook” şirkəti İrandan qaynaqlanan 80-dən çox səhifəni silib. ARANTV.AZ xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. “Biz razılaşdırılmış etibarsız fəaliyyət səbəbindən 82 səhifə, qrup və hesabı ləğv etdik….Onların özləri haqqında etibarlı məlumatı gizlətmək cəhdlərinə baxmayaraq, tərəfimizdən aparılan fərdi yoxlamalar onların fəaliyyətinin İranla bağlı olduğunu göstərdi”, – deyə məlumatda qeyd olunub. Bildirilir ki, həmin akkauntların sahibləri özlərini amerikalılar və ya bəzi hallarda Britaniya vətəndaşları kimi təqdim ediblər.publika.az

Read More
Manset 

Çayı yanlış dəmləmək bu xəstəliklərə səbəb ola bilər

Çay yanlış şəkildə dəmlənərsə, müxtəlif xəstəliklərə yol aça bilər. ARANTV.AZ bildirir ki, buna görə də çay dəmləyən zaman bir sıra nüanslara diqqət yetirmək lazımdır. 1. Acı olmaması və uzun müddət yeni qalması üçün dəm aldıqdan sonra çayı qazın üstündən dərhal götürmək lazımdır. Əks halda, mədədə qastrit və xora yarada bilər. 2. Davamlı olaraq qaynar şəkildə içilən çay zaman keçdikcə xərçəng xəstəliyinə səbəb ola bilər. 3. Çayı dəmləndikdən dərhal sonra içmək lazımdır. 1 saat keçdikdən sonra çay öz faydalı xüsusiyyətlərini demək olar tam itirir.axar.az

Read More
Manset 

Çox yaşamaq istəyirsinizsə…

Ohayo Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qidalanma rasionunun 20% azalması vaxtından əvvəl ölümünün riskini xeyli azaltmağa imkan verir. Məsələn, bunun üçün alimlər gün ərzində 1 porsiya əti 1 ovuc qoz-fındıqla əvəz etməyi tövsiyə edirlər. Alimlərin fikrinə görə, yalnız bu sadə qaydaya əməl etməklə insan həyatını 8-17% uzada bilir. ARANTV.AZ xəbər verir ki,  alimlər qidalanmada xroniki xəstəliklərin riskini azaldan məhsulların miqdarını artmağı tövsiyə edirlər. Bu məhsullar arasında: meyvə, tərəvəz, balıq, zeytun yağı, süd məhsullarıdır. Alimlər 70 mindən artıq insanların qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, rasionu…

Read More
Manset 

Süfrələr yaraşığı, məclislər bəzəyi və sağlamlıq vasitəsi

Badam süfrələr yaraşığı, məclislər bəzəyidir. Qənnadı sənayesində onun şirin ləpələrindən istifadə edilərək müxtəlif şirniyyatlar hazırlanır. Lakin badam müalicə vasitəsi kimi də tibdə geniş istifadə olunur. ARANTV.AZ bildirir ki, badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir. Tərkibində olan zülallar orqanizm üçün vacib və əvəzolunmayan aminturşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor və maqneziumla zəngindir. Acı badamın tərkibində amiqdalin qlikozidin olması ləpəyə acı dad və özünəməxsus qoxu verir. Tərkibindəki…

Read More
Manset 

Müalicəvi meyvə mandarin

C vitamini ilə zəngin olduğundan mandarin immun sistemi üçün çox faydalıdır. Həmçinin bu vitamin damarların sağlamlığını qoruyur və dərini cavanlaşdırır. Mandarinin tərkibində “salvestrol Q40” adlı maddə var. Bu maddə bir çox xərçəng növlərinin və o cümlədən qaraciyər xərçənginin riskini azaldır. Mandarinin qabığında bu maddə xüsusilə çoxdur. Bu səbəbdən qida mütəxəssisləri mandarin qabığını atmamağı, çay kimi dəmləməyi, müxtəlif yeməklər, salat və şirniyyatlara əlavə etməyi tövsiyə edirlər. Mandarin həmçinin A vitamini ilə zəngindir. ARANTV.AZ  xəbər verir ki, bu vitamin ən güclü antioksidantlardan biri sayılır, orqanizmdə gedən qocalma proseslərini ləngidir, dərinin cavanlığını və gözəlliyini…

Read More
Manset 

Nə qədər istəsəniz də heç vaxt gedə bilməyəcəyiniz 5 MƏKAN — FOTOLAR

Dünyanı gəzmək, səyahət etmək hər birimizin arzusudur. Amma bəzən insanlar çox az bilinən yerlərə səfər etməyi üstün tuturlar. Səyahət edə biləcəyimiz gözəl ölkələr, şəhərlər çoxdur. Bir də elə yerlər var ki, istəsək də, bu yerləsə səfər edə bilmərik. Bu yerlərdən bəziləri dövlət tərəfindən mühafizə edilir, bəziləri isə təhlükəli olduqları üçün bağlıdır. ARANTV.AZ bu yerlərin siyahısını oxucularına təqdim edir. 51-ci Zona, ABŞ 51-ci Zona haqqında bir çox hekayə var. ABŞ-ın Nevada ştatında, səhranın tam ortasında yerləşir. İddiaya görə, ABŞ bu bölgədə yadplanetlilərlə rabitə qurur. 1947-ci ildə bölgəyə UNO düşüb. Ərazidə yadplanetlilərlə…

Read More
Manset 

Qarın piylərini əritmək üçün bu meyvəni yeyin

Arıqlamaq istəyən insanlar adətən banandan imtina edir. Lakin diyetoloqların fikrinə görə, banan artıq çəkidən xilas olmaq istəyənlər üçün ideal seçimdir. Banan maddələr mübadiləsini yaxşılaşdırır, iştahanı azaldır. Araşdırmalar göstərir ki, bananın istehlakı şəkər və sadə karbohidratlara olan meyli azaldır. ARANTV.AZ  xəbər verir ki, ABŞ-da aparılmış bir eksperiment zamanı qadınlar 2 ay ərzində yeməkdən əvvəl 1 banan yeyirdi. Eksperimentin sonunda məlum olub ki, bu qadınlarda qarının həcmi xeyli azalıb. Banan tez toxluq hissi yaradır ki, insan daha az yemək yeməklə tox olur. Bundan əlavə liflərlə zəngin olan banan həzmi yaxşılaşdırır, piylərin sovrulmasını…

Read More
Manset 

Dişi çürüməyə qoymayan çox sadə ÜSUL

Dişlər də eyni ilə bədənin digər orqanları kimi qulluğa ehtiyac duyur. Qulluq dişlərin tez çürüməsinin qarşısını alır. ARANTV.AZ bu yazıda oxucuları diş çürüməsinin qarşısını alan sadə üsullarla tanış edib. Yemək vərdişlərini dəyişdirin İngiltərədə aparılan tədqiqatda məlum olub ki, sağlam qidalanmaq dişlərin möhkəmliyinə birbaşa təsir edir. Şəkər baxımından zəngin olan qidalar isə dişlərin çürüməsinə səbəb olan başlıca amillərdəndir. Süd, pendir, qatıq kimi kalsium baxımından zəngin olan qidalara üstünlük verməyə çalışın və bolluca su için. Şəkərsiz saqqız çeynəyin Qəribə görünə bilər, ancaq şəkərsiz saqqız çeynəmək diş çürüməsinə mane olur. Şəkərsiz saqqızın tərkibinə ksilitol…

Read More