Gündəm 

TikTok sövdələşməsinin xeyrini Trampın adamları görəcək – DETALLAR

Çinin TikTok sosial şəbəkəsinin ABŞ-da istismarı ilə bağlı sövdələşmə amerikalı istifadəçilərə xidmət göstərəcək 50 milyard dollar dəyərində yeni Amerika şirkətinin yaradılmasını nəzərdə tutur. Musavat.com xəbər verir ki, məlumatı “New York Post” (NYP) yayıb. Bildirilir ki, yeni şirkətin əsas səhmdarları ABŞ prezidenti Donald Trampın tərəfdarı olan milyarder Ceff Yass və “General Atlantic” investisiya şirkətinə rəhbərlik edən Bill Ford olacaq. TikTok-un sahibi olan Çin şirkəti ByteDance yeni müəssisədə 19,9 faiz paya sahib olacaq. Sövdələşmədə mühüm rolu Oracle-ın baş direktoru Larri Ellison oynayacaq, o, yeni şirkət üçün bulud xidmətlərinin təmin edilməsinə cavabdeh olacaq.…

Read More
Gündəm 

Bakının bu ərazisində söküntüyə başlanılır – 17 milyon manatlıq müqavilə

Bakının Yasamal rayonunda söküntü işlərinə başlanılır. Bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti yeni müqavilə bağlayıb. Müqavilədə köçürülmə ilə əlaqədar daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi işləri nəzərdə tutulur. Belə ki, RİH həmin işlərin icrasını “Ramco” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla 17 milyon manat dəyərində müqavilə bağlayıb. Bundan əlavə, rayon ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi ilə əlaqədar daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi işləri həyata keçiriləcək. RİH bununla əlaqədar isə “Ekspert Audit” şirkəti ilə 2 milyon manat dəyərində müqavilə bağlayıb./İqtisadiyyat.az/

Read More
Gündəm 

Bu ətlərin qiymətində UCUZLAŞMA

Xarici ölkələrdən ölkəmizə gələn toyuqlara maraq kəskin artıb. Bu toyuqlar qiyməti aşağı olduğu üçün tələbat da kifayət qədərdir. Satıcıların sözlərinə görə, bu toyuqların əksəriyyəti Ukrayna, Belarusiyadan gəlir. Bu toyuqlar iynəsiz şişirdilməmiş toyuqlardır. “Çolpaların 3-ü 10 manata təklif olunur. Endirimsiz isə əvvəl biri 4 manata idi. Ukrayna toyuqları bir ədədi 5 manatdır”. Quş əti ilə yanaşı idxal olunan iri buynuzlu heyvanlara da tələbat var. Bu ətlərin ucuz olmasının səbəbi həmin ölkədə bu heyvanların yetişdirilmə xərcləri azdır. Bu ətlərin qiyməti 12-14 manata qədərdir, bu ətlərin dadında isə fərq olmur. Gömrük Komitəsinin məlumatına…

Read More
Gündəm 

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.  Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün – sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən artıq iki il ötür. 2024-cü il sentyabrın…

Read More
Gündəm 

Həqiqəti qəbul edən Ermənistan – xilaskar, yoxsa satqın Paşinyan?

Ermənistan yalan və uydurmalardan əl çəkənə oxşayır. Parlamentdəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, ölkənin sərhəd möhürü dövlətin rəmzlərini əks etdirməli, emosional, sentimental simvolları ifadə etməməlidir. O bunu parlamentdə hakimiyyətin nəzarət-buraxılış məntəqələrindəki möhürlərdən Ağrıdağın (ermənilər Ararat dağı deyirlər-müəl.)  simvolik təsvirini silmək qərarını şərh edərkən bildirib. Ermənistan hakimiyyəti ölkəyə giriş və çıxış zamanı pasportlara vurulan möhürlərdən Ararat dağının təsvirini siləcək. Möhürün yeni nümunəsi isə artıq Nazirlər Kabinetinin qərarı ilə təsbit edilib. Qaydalar 1 noyabr 2025-ci ildən qüvvəyə minəcək. Möhürdə dağın yerinə erməni və ingilis dillərində “Ermənistan” sözləri, keçid…

Read More
Gündəm 

Aqrar Sığorta Fondu üzüm sahələri üzrə 168 min manat sığorta ödənişi edib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri davam edir. Hazırda aqrar sığorta vasitəsilə 41 bitki üzrə məhsul və əkin sahələrini sığortalamaq mümkündür. Sığortalanan sahələrdən biri də üzüm bağlarıdır. ARANTV.AZ  xəbər verir ki, Aqrar Sığorta Fondu indiyədək sığortalanmış üzüm sahələrinə dəyən zərərlər üzrə fermer və təsərrüfatlara 168 min 182 manat ödəniş edib. Üzüm sahələri üzrə sığorta ödənişləri Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə edilib. Bu istiqamətdə ən böyük ödəniş Şamaxı rayonunda həyata keçirilib – 154 min 420 manat. Aqrar Sığorta Fondu üzüm sahələrini təbiət hadisələri, o cümlədən…

Read More
Gündəm 

Ölkədə dərman xərcləri bu səbəbdən kəskin artıb

Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb. Pərakəndə ticarət dövriyyəsində diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman peraparatları və tibbi ləvazimatların alınmasına vətəndaşların xərclədiyi vəsaitin məbləği rekord səviyyədə…

Read More
Gündəm 

Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib?- Rəsmi açıqlama

“Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli İngiltərədən özəl sifarişlə gətirdiyi kitabların Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ tərəfindən saxlanılaraq müsadirə olunduğunu iddia edir. Bu barədə sahibkar sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, bu səbəbdən yalnız son ay ərzində ona 2600 manatlıq ziyan dəyib: “İngiltərədən özəl sifariş olaraq 1000 manat dəyərində kitablar gətirmişəm, sertifikat adı ilə bizə 1900 manatlıq pul ödətdiriblər. Üstəlik də 500 manat dəyərində olan ən bahalı kitabları “ekspertiza” adı ilə “müsadirə” ediblər və qaytarmırlar. Müştəri də öz kitablarını tələb edir. Mən ona nə deməliyəm? Kitab…

Read More
Gündəm 

Cıdır düzündə Qarabağ atlarının paradı keçirildi – VİDEO

Qarabağ atı bir daha müqəddəs torpaqda mədəniyyətləri birləşdirdi. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb. “Bu gün Şuşada tarixi Cıdır düzündə Qarabağ atlarının möhtəşəm paradı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı davamlı dostluğu qeyd etdi. İrsin və qardaşlığın rəmzi olan Qarabağ atı bu müqəddəs torpaqda yenidən mədəniyyətləri birləşdirdi”,-o qeyd edib.

Read More
Gündəm 

Anti-terror əməliyyatlarının ikinci ildönümü: Azərbaycan suverenliyini və beynəlxalq hüququ təmin etdi

2023-cü ilin sentyabrında həyata keçirilmiş anti-terror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olub. Əməliyyatlar nəticəsində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə – xüsusilə də BMT Nizamnaməsinə və dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipinə uyğun olaraq öz konstitusion quruluşunu tam bərpa edib. Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, separatçı silahlı dəstələrin mövcudluğuna son qoyulması ilə Azərbaycanın ərazilərində qeyri-qanuni rejim faktiki olaraq ləğv olunub və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam suverenlik təmin edilib. Əməliyyat həm regionda sülh və sabitliyin bərpası, həm də Azərbaycanın reinteqrasiya siyasətinin həyata…

Read More