Gündəm 

Payız gəlməmiş ət bahalaşdı

Azərbaycanda daxili bazarın mal və quzu əti ilə təminatında idxalın payı getdikcə artır Bakıda mal və quzu ətinin qiymətində yeni artım müşahidə olunur. Müşahidələr göstərir ki, hər iki ət növündə 1 kiloqramda 1 manat artım baş verib. Hazırda mal əti qiyməti 16-20 (sümüklü və sümüksüz fərqi ilə), quzu əti isə 20-23 manat arasında dəyişir. Ət satışı ilə məşğul olan sahibkarlar qiymət artımını iribuynuzlu heyvanların sayının azalması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, əvvəllər 16,50 manata satdıqları mal ətini indi eyni qiymətə – 16,50 manata özləri almalı olurlar. Sahibkarlar bildiriblər ki, mal-qara…

Read More
Gündəm 

Ukrayna Kiyevin QİSASINA BAŞLADI: Rusiya şəhəri YERLƏ-YEKSAN edildi – partlayışlar, yanğınlar…

*Keçmiş məcburi köçkünləri sevindirəcək XƏBƏR *Paşinyanın komandasında çat: “Mən — hökumətəm, razı deyilsinizsə, istefa verin” *Türkiyəyə qarşı “təzyiq aləti” – Paşinyan imkan vermədi *Ağ Ev: Putin və Zelenski münaqişəni dayandırmağa hazır deyil *Ağ Ev: “Rusiya Ukraynaya zərbələr endirdiyi kimi, Ukrayna da Rusiyaya zərbə endirdi və 20% enerji infrastrukturunu sıradan çıxartdı” *Ukrayna Macarıstana nota verdi *Vitkoffun yanlışı Ukrayna nizamlanmasında xaos yaradıb – Reuters-dən sensasion məlumat *Kiyevdə Türkiyə hərbi zavodu söndürüldü *Paşinyan soyqırım abidəsini “təmir” adı ilə sıradan çıxarır – Ermənilər ayağa qalxdı *Ukrayna dronları Orlovu darmadağın etdi: ardıcıl partlayışlar və yanğınlar,…

Read More
Gündəm 

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR – Yaxın aylarda…

Ekspert deyir ki, limit ləğv olunarsa, varlılar borcunu kasıba ödətdirəcək, çünki…  “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunların tətbiqindən sonra Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq. Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği də əlavə olunacaq Bu qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.  Qaz və işığa görə sabit tarif tətbiq olunması fonunda qaz və işıq limitlərinin ləğvi müzakirələri yenidən gündəmə…

Read More
Gündəm 

Azərbaycanın strateji diplomatiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əl-Ərəbiyyə televiziya kanalına verdiyi müsahibə regional və qlobal siyasət baxımından mühüm siyasi sənəd xarakteri daşıyır. Dövlət başçısının açıqlamaları həm Cənubi Qafqazda formalaşmış yeni reallıqları, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini əks etdirdi. Bu müsahibə bir daha təsdiqlədi ki, Azərbaycan müstəqil diplomatiyası və ardıcıl siyasi kursu ilə regionun strateji istiqamətlərini müəyyənləşdirən əsas aktora çevrilmişdir. Ən əsası müsahibədə avqustun 8-də Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya xüsusi diqqət yetirilmişdir. Cənab Prezident bildirmişdir ki, “Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın…

Read More
Gündəm 

Milli maraqlar, yoxsa xarici asılılıq?

Dağıdıcı müxalifətin susqunluğu onların milli maraqlardan nə qədər uzaq düşdüyünü göstərir Azərbaycanın siyasi arenasında iqtidar-müxalifət münasibətləri yeni mərhələyə qədəm qoysa da, bəzi müxalifət qüvvələrinin səriştəsiz fəaliyyəti və qeyri-konstruktiv mövqeyi ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Ölkədə həyata keçirilən siyasi islahatlar və dialoq təşəbbüslərinə baxmayaraq, radikal müxalifət nümayəndələrinin bu proseslərdə iştirakdan yayınması və ya qeyri-obyektiv yanaşmaları onların cəmiyyətə təqdim edə biləcəkləri alternativlərin zəifliyini göstərir. Bu isə uzun illərdir onların fəaliyyətinə qarşı etimadın azalmasına səbəb olur. Cari ilin iyun ayında Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən zorakılıqlar geniş ictimaiyyətin və rəsmi dairələrin ciddi…

Read More
Gündəm 

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə dedi ki…

Prezident İlham Əliyev ardıcıl olaraq Avropa və dünyanın aparıcı informasiya agentliklərinə geniş müsahibələr verir. Azərbaycanın regionda lider mövqeyə ucalması, Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi strategiya yürüdən dövlət başçısı kimi tanınması nüfuzlu xarici KİV-lərin Azərbaycan  rəhbərinə marağını daha da artırıb. Avqustun 26-da yayımlanan növbəti müsahibə Səudiyyə Ərəbistanın nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verilib. Dünya miqyasında geniş auditoriyaya malik olan bu telekanala verdiyi müsahibəsində Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxunub, regional və beynəlxalq  gündəmdə olan mövzularla bağlı Azərbaycanın qətiyyətli mövqeyini  bildirib. Dövlətimzin başçısı “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Azərbaycanın sülh…

Read More
Gündəm 

30 avqust Bəyannaməsi: Müstəqillik tarixinin parlaq səhifəsi

1980-ci illərin sonu və 1990-cı ilin əvvəllərində dünya yenidən qlobal miqyaslı ictimai-siyasi çaxnaşmalarla ilə üz-üzə qalmışdı. Sovet imperiyasının süqutu başlamışdı. Belə bir zamanda Azərbaycan öz müstəqilliyini bərpa etmək və yenidən azadlığına qovuşmaq üçün mücadiləyə qalxdı. “Ya indi, ya da heç zaman” dilemmasını müstəqilliyin xeyrinə həll etmək xalqın qarşısında duran ən böyük həyati çağırış idi. Həmin dövrdə ölkədə baş verən siyasi kataklizmlər dalğasında hakimiyyətin bir qrup səbatsız psevdo-siyasətçilərin əlinə keçməsi qazanılması mümkün olan müstəqilliyimizi ciddi sual altına qoymuşdu. Belə bir şəraitdə xalqın ən böyük idealını gerçəkliyə qovuşdurmağın yolunu və üsullarını bilən…

Read More
Gündəm 

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji məkanına çevrilir

Burada gücü 270 MVt olan 32 ədəd su elektrik stansiyası ilə yanaşı, 700-dən çox fərdi yaşayış evində və binalarda günəş panelləri quraşdırılıb Artıq bir çox ölkələr kimi, Azərbaycanda da iqlim dəyişikliyinin zərərləri hiss edilir. Belə ki, son bir neçə ildə dünyada şirin su ehtiyatları azalır, qlobal istiləşmənin və havanın çirkləndirilməsinin  fəsadları günü-gündən artır və bütün bunlar dünyamızı ciddi şəkildə təhdid edir. Xüsusilə son bir neçə ildə Xəzər dənizinin sahillərinin onlarca metr çəkilməsi artıq açıq gözlə görünür. Təbii ki, bütün bunlara səbəb ənənəvi enerji qaynaqlarından istifadə və ondan yaranan atıq qazlardır.…

Read More
Gündəm 

Nikolayın evini müsəlmanların Allahı yıxdı, bəs indiki Rusiyanın?

Vurulan təyyarəmiz də, Moskvanın davranışları da, indi işğaldan azad torpaqlarımızda ayaqlarımız altında partlayan minalar da “qırmızı imperiyanın” cinayətlərinin əks-sədasıdır, davamı da olacaq… Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşməsinin 8 ayı tamam oldu. AZAL-ın təyyarəsinin Qroznı üzərində vurulmasından sonra Aktauda qəzaya uğradığı 25 dekabrdan hesablayanda belə alınır… Uzun illər biz Rusiya imperiyasının tərkibində olmuşuq. SSRİ-nin bayrağı Kremlin üzərindən endiriləndən – 1991-ci ilin 25 dekabrından biz indi də Rusiya adlı dövlətlə qonşuyuq. Yevtuşenkonun həmin bayrağın endirilməsinə həsr edilmiş şeiri var, “Əlvida, qırmızı bayrağımız”, qarşınıza çıxsa oxuyun, təsirlidir… Rusiya elə dövlətdir ki, ta bineyi-qədimdən…

Read More
Gündəm 

Azərbaycanın regional liderliyi və yeni geosiyasi reallıqlar

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə təkcə regional deyil, həm də beynəlxalq miqyasda diqqət çəkən mühüm siyasi hadisə oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər Cənubi Qafqazda yaranmış yeni reallıqları təsdiqləməklə yanaşı, Azərbaycanın gələcək inkişaf strategiyasını və regionda lider mövqeyini də aydın şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyev müsahibədə 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətini bir daha xatırladaraq bildirdi ki, məhz bu qələbə Ermənistanla uzun illər davam edən müharibəyə son qoydu. Vaşinqtonda Prezident Trampın iştirakı ilə paraflanmış sənəd münaqişə dövrünü yekunlaşdırdı və Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin əsasını…

Read More