Gündəm 

MİQ-də iştirakın ödənişli olması nəyə xidmət edir?- Açıqlama

Ölkə başçısının müvafiq Sərəncamı ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak ilk dəfə iştirak edən şəxslər üçün ödənişsiz, təkrar iştirak etmək istəyənlər üçün isə ödənişli olacaq. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər…

Read More
Gündəm 

Uşaqlar doğulanda atalar da məzuniyyətə çıxacaq- Təsdiqləndi

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Read More
Gündəm 

Hamilələrin məzuniyyəti ilə bağlı- Yeni dəyişiklik

Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.

Read More
Gündəm 

Ət alarkən ehtiyatlı olun – Həyatınıza təhlükə ola bilər – AÇIQLAMA

“Ət zülalla zəngin və heyvan mənşəli qida olduğu üçün yüksək risk qrupuna aiddir. Buna görə də ət alarkən və istifadə edərkən bir sıra vacib məqamlara diqqət yetirilməlidir”. Musavat.com xəbər verir ki, bu sözləri Medialoq.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, ət yalnız etibarlı və mənşəyi məlum olan satış yerlərindən alınmalıdır: “Əgər ət alarkən müvafiq arayışın təqdim olunması ilə bağlı çətinlik yaranırsa, bu, məhsulun keyfiyyəti ilə bağlı suallar doğura bilər. Eyni zamanda ətin kəsilmə və saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. Ət 2-4 dərəcə temperaturda…

Read More
Gündəm 

Bu işçilərin geyim forması dəyişdi – QƏRAR

Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarında dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, miqrasiya işçilərinin ali, böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərinin qış geyim formasına tünd-boz rəngli qış papağı, qara rəngli əlcək əlavə edilib. Həmçinin böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərin geyim formalarına isə tünd-boz rəngli gödəkcə əlavə olunub.

Read More
Gündəm 

Bakı və Abşeronda su təsərrüfatı ilə bağlı yeni Dövlət proqramı təsdiqləndi

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı sularının sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” təqdim olunub. Prezident müşavirədə çıxışı zamanı vurğulayıb ki, ölkənin sürətli inkişafı fonunda infrastrukturun, xüsusilə də su təsərrüfatının yenilənməsi zəruri məsələdir. Proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasında əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təmin olunması, su itkilərinin azaldılması, həmçinin tullantı və yağış sularının idarə olunması sistemlərinin müasirləşdirilməsidir. Dövlət başçısı qeyd edib ki, bu proqram təkcə texniki yenidənqurma deyil, həm də əhalinin sağlam…

Read More
Gündəm 

Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda mübarizəsinin simvolu

20 Yanvar 1990-cı il Azərbaycan tarixində faciəvi, eyni zamanda milli azadlıq iradəsinin sarsılmazlığını nümayiş etdirən gün kimi yadda qalmışdır. Həmin gecə Sovet İttifaqı rəhbərliyinin qərarı ilə Bakıya və respublikanın bəzi bölgələrinə yeridilən qoşunlar dinc əhaliyə qarşı ağır hərbi əməliyyat həyata keçirmiş, çoxsaylı insan tələfatına və dərin ictimai-siyasi sarsıntıya səbəb olmuşdur. Doğma yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 1980-ci illərin sonlarında SSRİ-də gedən siyasi islahatlar, mərkəzdənqaçma meyllərinin güclənməsi və milli azadlıq hərəkatlarının yüksəlişi Azərbaycanda da geniş ictimai…

Read More
Gündəm 

Azərbaycanın azadlıq salnaməsində qanla yazılmış səhifə – 20 Yanvar günü

Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Həmin Qanlı Yanvar hadisələrindən 36 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist…

Read More
Gündəm 

Ramazan ayı yaxınlaşır: Din adı ilə təhlükəli TƏBLİĞAT aparılır

Fevralın 19-dan etibarən müsəlman dünyasında, o cümlədən Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. İlahi rəhmət, mənəvi saflaşma və özünüdərk ayı kimi qəbul edilən Ramazan insanları səbirə, bağışlamağa, xeyirxahlığa və qarşılıqlı anlayışa çağırır. Bu ay ərzində oruc tutulur, dualar edilir, ehtiyacı olanlara yardım göstərilir, mənəvi dəyərlər ön plana çəkilir. Ramazanın ən fəzilətli gecələri sayılan Qədr gecələri bu il martın 8-i, 10-u, 12-si və 16-na təsadüf edir. Müqəddəs ay isə Şəvval ayının 1-i və 2-də, martın 20–21-də qeyd olunacaq Ramazan bayramı ilə başa çatacaq. Lakin hər il Ramazan yaxınlaşdıqca bu müqəddəs dövrün ruhu…

Read More
Gündəm 

ASCO-nun yeni sədri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr təyin edilib. O, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb. 2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 2005 – 2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin…

Read More