Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yağışın yuyub üzə çıxartdığı sığorta problemi: Əhalini prosesə necə cəlb etmək olar?

By Vüsal Rafiqoğlu
10.04.2026 4 Min Read

Martın sonlarından başlayan yağıntılı hava şəraiti bütün ölkə boyu əkinlərə, müxtəlif aqrar istehsal təsərrüfatlarına və evlərə zərər vurub.

Musavat.com xəbər verir ki, on minlərlə hektar ərazilər su altında qalıb, selin yuyub aparmadığı təsərrüfatlar suda qalaraq məhv olmaqdadır.

Eyni zamanda həm kənd təsərrüfatı istehsalı, həm də digər sahələrdə fəaliyyət göstərən biznes qurumları daşqın və seldən böyük zərər görüb.

Qlobal iqlim dəyişikliyinin təsiri ilə son illərdə bütün dünyada, həm də onun bir parçası olan Azərbaycanda onilliklər boyu müşahidə olunmayan güclü yağıntılar həm əhaliyə, həm biznesə ağır zərər vurmaqdadır. Əgər inkişaf etmiş, eyni zamanda normal sığorta sistemi təşəkkül tapmış ölkələrdə belə təbiət hadisələrinin vurduğu zərər sığorta mexanizmi vasitəsilə kompensasiya edilirsə, Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan olmayaraq qalmaqdadır. Həm Bakıda, həm də rayonlarda fərdi evlərin, torpaq sahələrinin xeyli hissəsinin rəsmi qeydiyyatının olmaması sığortalanmanı mümkünsüz hala gətirir. Nəticədə, təbii fəlakətlərin vurduğu zərərin qarşılanması da mümkün olmur.

Məsələn, Buzovna qəsəbəsində yaşayan onlarla sakinin evi ötən il də, bu il də yağışlardan sonra su ilə dolub. Onların Musavat.com-a dediklərinə görə, ötən il su 20 günə yaxın müddətdə evlərində, həyətlərində qalıb, dövlət qurumlarına nə qədər müraciət etsələr də, onu çəkən olmayıb. Nəticədə evlər və əşyalar yararsız hala düşüb. Havalar istiləşib su quruduqdan sonra gücü çatan öz evində öz gücünə təmir-bərpa işləri aparıb, çatmayan elə kosmetik bərpayla kifayətlənib. Bu il həmin ərazi yenidən su altında qalıb. Nəticədə, ötən il təmir-bərpaya, sudan şişən mebellərin yenisi ilə əvəzlənməsinə çəkilən xərclər boşa gedib. Hazırda da evlərin və həyətlərin bir çoxunda su qalmaqadadır. Sənədsiz evlərlə, yanaşı evi qanuni sənədləşmiş olan sakinlər də əmlaklarını sığortalatmayıblar. Buna görə də bu dəfə də dəyən zərəri öz hesablarına aradan qaldırmalı olacaqlar.

Rayonlarda da fərdi evlərlə bağlı aşağı-yuxarı eyni vəziyyətdir: nə sənədi olanlar, nə də olmayanlar əmlaklarının icbari sığortasının qeydinə qalmayıblar. Lakin torpaqlar, xüsusilə əkin sahələri ilə bağlı vəziyyət fərqlidir. Son 5 ildə Aqrar Sığorta Fondu vasitəsilə kənd təsərrüfatında dövlət dəstəkli sığorta mexanizmi işə salınıb. Fondun məlumatına əsasən, sığortalanan əkinlər 2022-ci ildəki 265 min hektardan 2024-cü ildə 447 min hektara çatıb. Ötən il isə 56 min hektar azalmaqla 391 min hektara düşüb.

Aqrar sığorta Azərbaycanda kənd təsərrüfatı əkinlərinə təbii fəlakətlərin vuracağı zərəri qarşılayan yeganə mexanizmdir. Bu mexanizmdən həm iri müəssisələr, həm fərdi təsərrüfatlar, həm də ailə təsərrüfatları istifadə edə bilərlər. Sonuncuların bunun üçün torpaqlarının rəsmiləşdirilməsinə ciddi ehtiyac var. Eyni zamanda sığorta mədəniyyətinin formalaşması da zəruridir, çünki təcrübədə bütün sənədləri qaydasında olan ailələr də nə evlərini, nə də əkinlərini sığortalamırlar.

Son yağışlarla bağlı Aqrar Sığorta Fondundan açıqlanan məlumatlar mexanizmin faydalı olmasından xəbər verir. Son məlumatlara görə, ölkə ərazisində güclü yağışların başladığı 27 mart 2026-cı il tarixindən 9 aprel tarixinədək olan dövrdə Aqrar Sığorta Fonduna müxtəlif hadisələr üzrə ümumilikdə 601 sığorta müqaviləsini əhatə edən 93 müraciət daxil olub. Bu müraciətlər müxtəlif bitkilərin əkildiyi 6541 hektar əkin sahəsini əhatə edib. Ən çox müraciət Quba-Xaçmaz regionu üzrə daxil olub, bu bölgələn 5700 hektarı əhatə edən müraciət edilib. Xüsusilə Xaçmaz və Şabran rayonlarından Fonda çoxsaylı müraciətlər daxil olub. Dağlıq Şirvan regionundan 381 hektar, Mərkəzi Aran regionundan 213 hektar, Gəncə Daşkəsən regionundan 154 hektar, Qarabağ regionundan 56 hektar, Şirvan-Salyan regionundan 24 hektar, Abşeron – Xızı regionundan isə 12 hektar sahədə baş verən hadisə üzrə müraciətlər daxil olub.

Ümumilikdə 6541 hektar sahəni əhatə edən müraciətlərin əksər hissəsi – 6256 hektarı sel-subasma ilə bağlı olub.

Bundan əlavə, 223 hektar sahə üzrə müraciət 3-cü şəxsin hərəkəti, 53 hektarda, fırtına-qasırğa hadisəsi, 5 hektarda vəhşi heyvan hücumu, 3,46 hektarda isə müraciət dolu hadisəsi ilə bağlıdır.

Fond bildirir ki, daxil olan bütün müraciətlər qeydə alınıb, hadisələrin araşdırılması və ilkin qiymətləndirmə işlərinin aparılması üçün ərazilərə müsğəqil aqrar sığorta ekspertləri yönəldilib.

Yağış və sel-subasma hallarının davm etməsi səbəbindən bəzi ərazilər üzrə təkrar müraciətlər daxil olmaqdadır. Nəticətə bəzi hallarda artıq ekspert tərəfindən ilkin zərər qiymətləndirilməsi aparılmış ərazilərdə yenidən hadisələrin baş verdiyi bildirilir və həmin əkin sahələrinə yenidən ekspertlər yönəldilir.

Son 3 ildə Aqrar Sığorta Fondu tərəfindən sel-subasma hadisələri üzrə fermerlərə ümumilikdə 4,5 milyon manat sığorta ödənişi edilib. Təkcə ötən 2025-ci ilin dinamikasına baxsaq, baş verən hadisələrin ikinci ən çox hissəsini sel-subasma halları təşkil edir, birinci yerdə isə ödənişlərin həcminə görə dolu hadisəsidir.

  • 2025-ci ildə 3300 hektar əkin sahəsində sel-subasma hadisəsinə görə 1 milyon 227 min manat sığorta ödənişi edilib. 2023-cü ildə 7716 hektar əraziyə dəymiş zərər üzrə 1,6 milyon manat, 2024-cü ildə isə 6 697 hektar əkin sahəsinə dəymiş zərər üzrə 1,7 milyon manat ödəniş edilmişdi.

Dövlətin verdiyi dəstək sayəsində əkin sahələrinin sığortalanması heç də bahalı iş deyil. Məsələn, Quba-Xaçmaz iqtisadi regionunda 1000 manatlıq məhsulu olan 1 hektarlıq buğda ərazisinin sığortası cəmi 6-7 manata, Dağlıq Şirvan regionunda isə cəmi 10-11 manata başa gəlir. Hazırda fond tərəfindən həm bitkiçilik, həm heyvandarlıq, eləcə də balıqçılıq məhsullarının sığortalanması həyata keçirilir. Bitkiçilik üzrə 41 növ bitki sığortalanır: bura həm taxıllar, həm çəyirdəklilər, həm texniki bitkilər, həm qərzəklilər aiddir. Heyvanlar üzrə isə iri və xırda buynuzlu heyvanların ətlik və südlük istiqamətdə olmaqla sığortalanması təmin edilir. Tezliklə daha 9 növ bitki bu siyahıya əlavə olunacaq. Buraya feyxoa, kivi, bibər, badımcan və sair bitkilər aiddir. Gələcəkdə müvafiq qaydalar qəbul ediləndən sonra bu bitkilərin də sığortalanması nəzərdə tutulur.

Yaxınmüddətli dövrdə həmçinin quşçuluq, arıçılıq təsərrüfatlarının sığortalanması üçün mexanizmlərin işə salınması nəzərdə tutulur, bununla bağlı artıq qanunvericilik tşəbbüsü ilə çıxış edilib. Əlavə olaraq 9 növ yeni bitkinin siyahıya əlavə edilməsi gözlənilir.

Rəsmi məlumata əsasən, Azərbaycanda hər il orta hesabla 1,65 milyon hektarda birillik bitkilərin əkini aparılır. Sığortalanan sahələr bu əkinlərin təxminən 25 faizinə yaxınını təşkil edir. Bu, aqrar sığorta mexanizminin əhatə dairəsinin genişləndirilməsi üçün böyük potensialın olduğu deməkdir. Daha çox əkin sahəsinin sığortalanmasına nail olunması üçün mövcud mexanizmlərdə təkmilləşdirmədən daha çox prosesi ləngidən kənar amillərin aradan qaldırılması son dərəcə vacibdir. Bura ilk növbədə əkin sahələrinin rəsmi dövlət qeydiyyatının qaydaya salınması, eyni zamanda əhalinin sığorta mədəniyyətinin inkişaf etdirilməsi üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi daxildir.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan müəssisələrin sayı 1213, kənd təsərrüfatı müəssisələrinin sayı 1194, kənd təsərrüfatı ilə məşğul olan fərdi təsərrüfatların sayı isə 736 olub. 2021-ci ildən bəri birincilərin sayı 39 ədəd, ikincilərin sayı 35 ədəd artıb, fərdi təsərrüfatlar isə 174 ədəd azalıb. Hər üç kateqoriya birlikdə hazırda əkin torpaqlarının 15-20 faizinə malikdir. Qalan torpaqların sahibi ailə-kəndli təsərrüfatlarıdır. Bu isə o deməkdir ki, sığorta mexanizminin bundan sonrakı genişlənməsi məhz ailə-kəndli təsərrüfatları hesabına mümkün olacaq. Buna görə də bu təbəqənin mexanizmə stimullaşdırılması üçün addımlar atılması zəruridir.

Dünya SAKİT,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mina problemi illərlə davam edə bilər

Next

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv