Müşahidə missiyası “binokl şou”sunu davam etdirir
Ermənistandakı Avropa İttifaqının (Aİ) müşahidə missiyası hələ də fəaliyyətini davam etdirməkdədir. Hətta bu qurum bu günlərdə “X” səhifəsində “gecə-gündüz Ermənistan-Azərbaycan sərhədi boyu müşahidə və patrul xidməti apardığını” bildirib. Şübhəsiz, müşahidə missiyası bununla belə fikir formalaşdırmağa çalışır ki, guya bölgədəki sabitlik məhz onun xidməti sayəsində mümkün olub. Bununla da özünü regionda sülhün “xilaskarı” kimi göstərməyə, sülh prosesinin mahiyyətinə kölgə salmağa çalışır. Bu fakt da bir daha göstərir ki, Aİ-nin Ermənistanın Azərbaycanla şərti sərhəd xətti yaxınlığında yeləşdirdiyi “mülki missiya” adlanan qüvvələrin məqsədi heç də regionda davamlı sülhün bərqərar olunmasına xidmət etmir. Yeri…
Read More