Gündəm 

Azad olunan ərazilərlə bağlı VACİB AÇIQLAMA

Deputat Vüqar Bayramov Milli Məclisdəki çıxışında Azərbaycanın tarixi günlərini yaşadığını bildirib. Musavat.com-un məlumatına görə, deputat dövlət başçısına istinad edib: “Cənab Prezident sosial media hesablarında paylaşımında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. İki gün öncə, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümündə Prezident Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdanlarla görüşdü. Uzun fasilədən sonra keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar. Bugünkü Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da…

Read More
Gündəm 

İlham Əliyev Zəngilanda yeni geosiyasi xəritəni cızdı – Cənubi Qafqazın gələcəyini müəyyən edən mesajlar

Cənab Prezident İlham Əliyev artıq neçə ildir ki, xalqımız üçün əlamətdar bayram günlərini Qarabağda və Şərqi Zəngəzurda doğma el-obalarına, ata-baba yurdlarına qayıdan soydaşlarımızla birlikdə qeyd edir, onlara dövlətimizin hədiyyəsi olan yeni, müasir, gözəl mənzillərinin açarlarını təqdim edir, onları sevindirir, onların sevincinə şərik olur. Bu il də belə oldu. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günündə cənab Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışını etdi, sakinlərlə görüşdü, çıxışında müstəqilliyimizin ilk illərindən keçdiyimiz keşməkeşli yola diqqəti cəlb etdi, yaxın və orta dövr üçün qarşıda…

Read More
Gündəm 

Uğursuz və yararsız Minsk qrupunun fiaskosu – ŞƏRH

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində birbaşa Ermənistan dövlətinin himayəsi ilə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, ATƏT-in Minsk qrupu bu sənədlərin icrası üçün effektiv mexanizm formalaşdırmadı, vasitəçilik missiyası isə formal xarakter daşıyan və status-kvonu dəyişməz saxlayan fəaliyyətlə məhdudlaşdı. Həmsədrlər münaqişənin hərbi həllinin olmamasını iddia edirdilər.  Hətta onlar o qədər harınlamışdılar ki, Ermənistanla birlikdə “Şimali Qarabağ” termini ortaya atmışdılar. Bununla da onlar mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Azərbaycan, onun Lideri İlham Əliyev isə bununla barışmadı. Öz suverenliyi, ərazi bütövlüyü…

Read More
Gündəm 

İlham Əliyevin Zəngilan mesajlarının ana xətti budur-Regionun taleyi artıq xaricdə yazılmır

Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər təkcə cari siyasi gündəliyin deyil, həm də regionda formalaşmış yeni geosiyasi reallığın əsas istiqamətlərini bir daha ortaya qoydu. Dövlət başçısının çıxışlarında Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi tarixi qələbənin nəticələri, beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlar, regionda davam edən siyasi proseslər və postmünaqişə dövrünün əsas prioritetləri geniş şəkildə öz əksini tapdı. Bütün bunlar Azərbaycanın həm regional siyasətdə aparıcı mövqeyini, həm də milli maraqlara əsaslanan prinsipial xəttini nümayiş etdirir. Həmçinin ATƏT-in Minsk qrupunun uzun illər ərzində fəaliyyətsiz və nəticəsiz qalması,…

Read More
Gündəm 

“Sülh varsa, Aİ missiyası niyə lazımdır?” – Bakıdan Parisə MESAJ

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşü zamanı Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesi, regionda formalaşan yeni geosiyasi reallıqlar və bu sabitliyi pozmağa çalışan xarici qüvvələrlə bağlı mühüm mesajlar səsləndirib. Dövlət başçısı vurğulayıb ki, hazırda iki ölkə arasında yaranmış sülh mühitinin təşəbbüskarı və əsas təminatçısı Azərbaycan olub və əldə edilən nəticələr ölkənin siyasi iradəsi və gücü sayəsində mümkünləşib. Prezident çıxışında həmçinin bəzi beynəlxalq aktorların və Avropa İttifaqı missiyasının regiondakı fəaliyyətinə toxunaraq, bu cür mexanizmlərin sülh prosesinə töhfəsindən daha çox gərginlik yarada biləcəyi barədə mesaj verib. Mövzu ilə…

Read More
Gündəm 

Ali Baş Komandan Azərbaycanın gələcək strateji hədəflərini açıqladı – 44 günlük Zəfərdən sonra…

“44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan postmüharibə mərhələsində həyata keçirdiyi layihələr, təşəbbüslər və uğurlu dövlət siyasəti ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə davam edir. Azərbaycanın qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salması, sosial obyektlər, müasir infrastruktur və məktəblər inşa etməsi, eləcə də digər mühüm layihələri reallaşdırması dünya miqyasında maraq və rəğbətlə qarşılanır. Həyata keçirilən bu işlər bir çox ölkələr üçün nümunə kimi dəyərləndirilir”. Bunu Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O bildirib ki, əldə olunan uğurlar bir tərəfdən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş…

Read More
Gündəm 

İşğaldan Zəfərə: Azərbaycanın böyük dönüş hekayəsi

Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb və taleyüklü dövrlərinə nəzər saldıqda aydın görünür ki, dövlətimizin bu gün gəlib çatdığı güc və sabitliyin əsasında uzaqgörən siyasi kurs, güclü liderlik və xalq-iqtidar birliyi dayanır. Xüsusilə 1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi ağır sınaqlar fonunda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında həlledici rol oynadı. Sonrakı mərhələdə isə Prezident İlham Əliyev həmin siyasi kursu qətiyyətlə davam etdirərək torpaqlarımızın işğaldan azad olunmasına və ölkənin tam suverenliyinin bərpasına nail oldu. 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycan faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Dövlət idarəçiliyində peşəkarlığın…

Read More
Gündəm 

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Musavat.com xəbər verir ki, bununla əlaqədar dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Onların arasında Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev olub. Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Read More
Gündəm 

Faşizm üzərində Qələbədə Azərbaycan qadınlarının əvəzedilməz rolu

İkinci dünya müharibəsinin odlu-alovlu illərində Azərbaycan qadınlarının mənəvi zənginliyi və nəcibliyi, cəsarət və dözümlülüyü, fədakarlığı vətənpərvər ruhun nümunəsidir Mayın 9-da keçmiş Sovet İttifaqının çoxsaylı xalqlarının milyonlarla oğul və qızlarının özlərini layiqincə və fədakarlıqla nümayiş etdirdikləri İkinci Dünya müharibəsinin bitməsinin 81 ili tamam olur. Faşizmə qarşı mübarizədə Sovet xalqı inanılmaz dayanıqlıq və cəsarət göstərmişdir. Böyük Vətən müharibəsi ərəfəsində bütün Sovet İttifaqında olduğu kimi, Azərbaycanda da vətəndaşlar üçün hərbi təlimlər başladı. 16 yaşdan 50 yaşadək vətəndaşlar hərbi hazırlığa cəlb olundular. Komsomol təşkilatlarının təşəbbüsü ilə 1941-ci ildə respublikada 15 min tibb bacısı və…

Read More
Gündəm 

Bu gün faşizm üzərində qələbənin ildönümüdür

Bu gün Azərbaycanda 9 May – faşizm üzərində qələbənin ildönümüdür. Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib. Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Hüseynbala Əliyev və digər azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar. Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri sayılır. Müharibə dövründə SSRİ-də hasil olunan…

Read More