Gündəm 

Polkovnikdən çağırış: “Milli birliyin təmin olunması üçün…”

Vətənpərvərlik dəyərləri bir günün və ya bir hadisənin nəticəsi kimi formalaşmır Son illərdə Azərbaycanda vətənpərvərlik ruhunun nəzərəçarpacaq dərəcədə yüksəldiyi müşahidə olunur. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bu hiss daha da güclənib, cəmiyyətin bütün təbəqələrində özünü göstərib. Qazanılan tarixi Qələbə xalqımızın milli birliyini və dövlətinə olan inamını daha da artırıb. Vətənpərvərlik hissi insanın doğma yurduna, xalqına, mədəniyyətinə, tarix və dəyərlərinə bağlılığını əks etdirən ən ali mənəvi dəyərlərdən biridir. Bu dəyərin formalaşması və möhkəmləndirilməsi yalnız müharibə və ya fövqəladə vəziyyətlərlə məhdudlaşmamalıdır. Sülh dövründə də vətənpərvərliyin inkişafı üçün davamlı tədbirlər görülməli, xüsusilə…

Read More
Gündəm 

13 yaşlı qızın faciəsi: Günah internetdə, yoxsa valideyn-övlad münasibətindədir?

  Xəbər verdiyimiz kimi Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ağır faciə baş verib. 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Ailə üzvlərinin bildirdiyinə görə, yeniyetmə son günlər gecə saatlarında telefonda qorxulu və psixoloji təsir göstərən videolara baxırmış. Hadisədən sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səslənib. Bəziləri günahı telefonlarda, internetdə və sosial media platformalarında görür. Lakin psixoloqlar bu yanaşmanın problemin yalnız bir tərəfini əhatə etdiyini bildirirlər. Mütəxəssislər hesab edir ki, əsas məsələ texnologiya deyil, valideynlə övlad arasındakı psixoloji məsafənin yaranmasıdır. Onların fikrincə, uşaqların internetdə nə izlədiyinə nəzarət qədər, onların…

Read More
Gündəm 

“Sənə məktub yazıram, yazıram ki, bağışla Qarabağı bizə…”

Ermənistanın eks-prezidenti Serj Sakisyanın 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi və Azərbaycana qarşı donos səciyyəsi daşıyan məktubunda bir sıra maraqlı məqamlar var. Onlardan biri budur: “Ermənistan Kazan sənədinə əlavələr və qeydlərlə razılıq vermişdi — eyni qaydada Azərbaycan da bunu etməli idi. Təəssüf ki, Azərbaycan Prezidenti növbəti dəfə son anda bu sənədi imzalamaqdan imtina etdi və həm həmsədrlərin, həm də beynəlxalq birliyin çağırışlarına baxmayaraq geri çəkildi. Daha da təəssüf doğuran məqam odur ki, bunun ardınca Bakı hətta 2007-ci ildən üzərində işlənən Madrid prinsiplərindən də imtina etməyə başladı”. Bu, onu göstərir…

Read More
Gündəm 

5 saat niyə boşa getdi? ABŞ-Rusiya danışıqlarının “qara qutusu” bunları gizlədir…

Ukrayna müharibəsinin ən gərgin mərhələsində ABŞ və Rusiya arasında aparılan qeyri-rəsmi danışıqlar gözlənildiyi kimi dalana dirənib. Məlum olduğu kimi, Trampın xüsusi nümayəndəsi, biznes ortağı və uzun illərdir adı müxtəlif qalmaqallarda hallanan Stiven Uitkoff, eləcə də prezidentin kürəkəni, “kölgə diplomatiyasının” simasına çevrilmiş Cared Kuşner Moskva ilə apardıqları 5 saatlıq müzakirələrdən heç bir nəticə əldə etməyiblər. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər ABŞ-ın təqdim etdiyi sənədləri nəzərdən keçirsələr də, ortaq mövqe formalaşdıra bilməyiblər. Daha da diqqətçəkən məqam odur ki, nə ABŞ, nə də Rusiya tərəfdən bu danışıqlara qatılan şəxslər diplomat və…

Read More
Gündəm 

TƏCİLİ: MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər SAXLANILDI

  MİDA mənzillərinin qanunsuz satışını təşkil etməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakıda MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan 12 şəxs dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. Qeyd olunub ki, fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Read More
Gündəm 

“Ramiz Mehdiyevin cinayət işi məsələsində xalqla dövlətin mövqeyi üst-üstə düşür”-Deputat

  “Ramiz Mehdiyevin cinayət işi çərçivəsində ortaya çıxan faktlara və Əli Kərimlinin iştirakı barədə məlumatlara Azərbaycan ictimaiyyətinin reaksiyası onu deməyə əsas verir ki, cəmiyyət dövlətinə xəyanət etmiş şəxslərin cəzalandırılmasını gözləyirmiş və dövlətinin maraqlarını kənar ölkəyə satan insanlar barədə qanuni ölçü götürmək həm də bir ictimai sosial sifariş idi”. Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib. Deputat qeyd edib ki, sosial şəbəkələri, medianı izlədikdə, sadə insanların fikirlərini öyrəndikdə Dövlət Təhlükəsizlik Xidmətinin xəyanətkar şəbəkəni nəzarət altına alması addımını və cinayət işi açılıb istintaqın başladılmasını ictimaiyyətin alqışladığını görməmək mümkün deyil:…

Read More
Gündəm 

Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı

Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olaraq xuliqanlıq hərəkətləri etmiş məmur cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışan Bakı sakini 26 yaşlı Tural İmanov (soyad şərtidir) barəsində açılmış işin istintaqı başa çatıb. Müəyyən edilib ki, iyunun 23-də Xankəndi şəhərində yerləşən “Nəqşicahan” restoranında Turalın iş yoldaşı İlqarın ad günü mərasimi keçirilib. İlqar tanışı Fidan Quliyevadan (şərti) həmin mərasimə müğənni dostu Ləmanı (şərti)…

Read More
Gündəm 

AXCP-nin ləğvi üçün tam hüquqi əsaslar yaranıb – ÇAĞIRIŞ

Son günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatının ləğv olunması barədə çağırışlar səslənməkdədir. Xüsusilə, ötən həftənin şənbə günü AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində istintaqa cəlb olunması bu çağırışların sayını durmadan artırıb. Milli Məclisin son plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bu barədə danışıb. Sitat: “Əslində postsovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti…

Read More
Gündəm 

Putindən Avropa təhdidi – qitənin Rusiyaya verdiyi dərslər – ŞƏRH

“Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil, ancaq buna hazırdır”. Bu fikri Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən İnvestisiya Forumunda çıxışında deyib. O, Ukraynadakı müharibə üzrə Avropanı sülh gündəliyinə malik olmamaqda ittiham edib. Putin Qərbin Ukraynaya dəstəyinə işarə edərək iddia edib ki, Avropa müharibə tərəfdarıdır: “Biz Avropa ilə müharibə etmək niyyətində deyilik, mən bunu yüz dəfə demişəm. Ancaq Avropa birdən müharibə etmək istəsə və başlasa, biz indi də hazırıq. Onda tez bir zamanda elə vəziyyət yaranar ki, razılaşmaq üçün kimsə olmayacaq”. Vladimir Putinin qənaətincə, Avropada Rusiyanın strateji məğlubiyyətə uğradılacağını zənn…

Read More
Gündəm 

Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçilib

1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib. “İki sahil” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. İclas çərçivəsində Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib. 4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb. Qeyd edək ki, sözügedən Komitə…

Read More