Gündəm 

Putindən Avropa təhdidi – qitənin Rusiyaya verdiyi dərslər – ŞƏRH

“Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil, ancaq buna hazırdır”. Bu fikri Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən İnvestisiya Forumunda çıxışında deyib. O, Ukraynadakı müharibə üzrə Avropanı sülh gündəliyinə malik olmamaqda ittiham edib. Putin Qərbin Ukraynaya dəstəyinə işarə edərək iddia edib ki, Avropa müharibə tərəfdarıdır: “Biz Avropa ilə müharibə etmək niyyətində deyilik, mən bunu yüz dəfə demişəm. Ancaq Avropa birdən müharibə etmək istəsə və başlasa, biz indi də hazırıq. Onda tez bir zamanda elə vəziyyət yaranar ki, razılaşmaq üçün kimsə olmayacaq”. Vladimir Putinin qənaətincə, Avropada Rusiyanın strateji məğlubiyyətə uğradılacağını zənn…

Read More
Gündəm 

Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçilib

1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib. “İki sahil” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. İclas çərçivəsində Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib. 4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb. Qeyd edək ki, sözügedən Komitə…

Read More
Gündəm 

Baş nazirdən əmək pensiyaları ilə bağlı- Qərar

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə…

Read More
Gündəm 

Bu şəxslərə ŞAD XƏBƏR: Erkən pensiyaya çıxa biləcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilən yeni dəyişikliklə bağlı izah verib. Musavat.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Belə ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə, güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı, onun çalışmış olduğu müəssisə üzrə işəgötürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir. Yeni dəyişikliyə əsasən, əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün…

Read More
Gündəm 

Rusiyanın dörd ölkəni hədəfə almış “çevriliş ssenarisi”: Azərbaycan postsovet məkanını böyük fəlakətdən qurtardı

Rusiyaya bağlı qüvvələrin Azərbaycanda hakimiyyət çevrilişi cəhdləri növbəti dəfə  iflasa uğradıldı, indi bu dövləti cinayətin iştirakçılarının hüquqi məsuliyyətə cəld edilmə prosesi davam edir… “Milyarderlər İttifaqı” avantürasında olduğu kimi, “Dövlət Şurası” oyununda da AXCP-nin iştirakı hər iki cəhdin bir-birinin davamı olduğunu göstərir, Azərbaycanda Rusiyaya bağlı şəbəkənin təmizlənmə prosesi artıq intensiv xarakter daşıyır… ABŞ və Qərbin Rusiya ilə ənənəvi xarakter daşıyan onilliklər boyu davam edən qarşıdurmasının nəticələri adətən, dünyanın müxtəlif bölgələrində ortaya çıxır. Xüsusilə də, keçmiş SSRİ-nin süqutundan sonra bu proses daha da intensivləşməklə yanaşı, əsasən, məhz postsovet məkanı üzərində fokuslaşıb. Müxtəlif…

Read More
Gündəm 

Belə bir Liderə necə dönük çıxmaq olar?!

Onda hələ Qarabağ işğalda idi. Bu, o zamanlar idi ki, hansı ölkəyə səfər edirdiksə – bu səfərlər də əsasən Qarabağa ədalət, Azərbaycan həqiqətlərinin yayılmasına həsr olunmuş tədbirlərlə əlaqədar olurdu – Azərbaycandan olduğumuzu bilənlərin tənəli, ironik baxışlarından yayına bilmirdik. Düzdür, etika naminə, qonaq olduğumuz üçün nisbətən ehtiyatlı davranırdılar, amma elə baxışları ilə də “bir ovuc erməninin” (onların düşüncəsinə görə) əlindən torpaqlarını ala bilməyən ölkənin vətəndaşı olaraq yanaşırdılar bizə. Ən təsirlisi bilirsiniz nə olmuşdu? Şeyx Səfi məqbərəsini ziyarət edib geri qayıdarkən Ərdəbildən olan ağsaqqalardan birinin “niyə gedib torpağınızı azad etmirsiniz”, deyərək tənəli…

Read More
Gündəm 

Əli Kərimli-Ramiz Mehdiyev tandemi: Dövlətə qarşı xəyanətdə gizli işbirliyi

Əli hər yerdən üzülən AXCP sədri Əli Kərimli universitet partasından ayrılmamış layiq olmadığı və bacarmadığı dövlət katibi vəzifəsində idarəetmə əvəzinə fırıldaq yollarını, pul, var-dövlət əldə etmək imkanlarını öyrənməyə cəhd edirdi. Xaos, özbaşınalıq, qanunsuzluq… Ermənistanın işğalının genişləndiyi 1992-1993-cü illərdə buna münbit şərait yaranmışdı. Ölkə başlı-başına buraxılmışdı, Bakıda küçələrdə avtobuslarda, metroda qanunsuz silah gəzdirən adamlar istədikləri cinayəti törədirdilər. Özbaşınalıqlara qarşı lazımi tədbirlər görülmür, cinayətkarlara meydan açılırdı. Nə qanunlara, nə insani normalara əməl olunurdu. Prezident Aparatında mühüm postları havayı zəbt etmiş təsadüfi kadrların, fərasətsiz və boşboğazların varlığı ilə yoxluğunun heç bir fərqi hiss…

Read More
Gündəm 

Əli Kərimli bilirdik, əslində Əli Kremlli imiş

Hansı qanunsuz əməl sahibi və ya cinayət törətmiş şəxs etdiklərini heç nədən etiraf edir ki, Əli Kərimli və cəbhəçilər də etsin?! Əli Kərimli və cəbhə trolları çox şeyləri dana bilərlər. Necə ki, hal-hazırda edirlər. Daş atıb, başlarını tuturlar ki, bəs, Əli Kərimli aydan arı, sudan durudur. Ancaq belə deyil axı! Əli Kərimli özünü siyasət aləminə sıramağa çalışdığı bu neçə ildə sadəcə alət, ən yaxşı halda yarımçıq layihə və ya bloger olub. Blogerlər yenə təqdim etdikləri virtual məhsul qarşılığında qazanc əldə edirlər. Düzdür, Əli Kərimli də qazanc əldə edib, lakin sifariş…

Read More
Gündəm 

Tiflisin “gözünə batan TIR-lar”… – Sərhəddə nə baş verir?

Ölkəmizdən Avropaya mal daşıyan yük maşınlarını Gürcüstan  heç bir tutarlı izahat verilmədən Tiflis və Batumi gömrük postlarından buraxılmır-“Zəngəzur yolundan istifadəni gözləyin” rişxəndi… Gürcüstan sərhədində azərbaycanlı yük maşını sürücüləri ilə bağlı vəziyyət Azərbaycanda ictimaiyyətin diqqət mərkəzində olmaqda davam edir. Musavat.com xatırladır ki, 20 gündən çoxdur ki,  ölkəmizdən Avropaya mal daşıyan yük maşınları heç bir tutarlı izahat verilmədən Tiflis və Batumi gömrük postlarından buraxılmır. Sürücülərin sözlərinə görə,  gürcü gömrükçülərinin kobud davranışı azmış kimi Gürcüstanın  DYP müxtəlif bəhanələrlə Azərbaycan seriyalı yük maşınlarını saxlayır, hərəkətə mane olur, sürücülərə əsassız cərimələr kəsir. Azərbaycanın bu ölkdəki…

Read More