Gündəm 

Azərbaycanda yeni qadağa tətbiq ediləcək? – Mühüm açıqlama

Özbəkistanın elektron siqaretlərə tətbiq etdiyi tam qadağa regionda geniş rezonans doğurub. Qonşu ölkənin bu qərarı əsaslandırarkən göstərdiyi arqumentlər, xüsusilə yeniyetmələr arasında istifadə hallarının artması, sağlamlıq risklərinin tam aydın olmaması və məhsulların nəzarətsiz şəkildə bazara çıxması digər dövlətləri də bu istiqamətdə düşünməyə vadar edir. Azərbaycanda da son illərdə həm klassik, həm də elektron siqaretlərdən istifadə diqqətçəkən dərəcədə artıb, onların real təsirləri, təhlükəsizlik səviyyəsi və ictimai sağlamlığa mümkün riskləri isə hələ də geniş müzakirə mövzusudur. Bu baxımdan Özbəkistanın atdığı addım Azərbaycanda da analoji qadağanın müzakirə olunmasına səbəb ola bilərmi? Millət vəkili Müşviq…

Read More
Gündəm 

Qərbi Zəngəzur və Minsk Qrupu

Sabah, 1 dekabr ATƏT-in Minsk Qrupunun rəsmən tarixə qovuşduğu gün olacaq. Əslində hələ sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunmuşdu. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen isə Prezident İlham Əliyevin qəbulunda olarkən demişdi ki, Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların fəaliyyəti 2025-ci il dekabrın 1-dək ləğv ediləcək. Görüş zamanı ATƏT sədri Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etməklə yanaçl, bu anlaşmanın ATƏT məkanında sülh və…

Read More
Gündəm 

Laçının işğaldan azad edilməsindən beş il ötür

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. “Report” xatırladır ki, rayonun düşmən tapdağından qurtulmasından beş il ötür. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Laçın rayonu Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ilin mayın 18-də işğal edilib. Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başlayıb. Həmin ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər,…

Read More
Gündəm 

Bütün yollar Zəngəzur dəhlizinə aparır

Yeni və müasir magistral yollar artıq işğaldan azad edilmiş bölgələrin arteriya damarına çevrilib Bu, bir həqiqətdir ki, hansı ölkənin yolları abaddır və nəqliyyat əlçatanlığı yüksəkdir, orada iqtisadi inkişaf da davamlıdır. Məhz bu səbəbdəndir ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunandan dərhal sonra Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə yolların çəkilişlərinə başlanıldı.  Bununla da bölgənin dirçəlişi və oraya köçən keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasının əsası qoyuldu. Digər önəmli məqam isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yollarının ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizinin (Orta Dəhliz) üzərində olmasıdır. Yəni,…

Read More
Gündəm 

Azad torpaqlarda yüksələn həyat

Yaxud tarixi ədalətin iqtisadi müstəvidə bərpası İşğaldan azad edilmiş ərazilərin bərpası, müasir standartlara uyğun yenidən qurulması və əhalinin dayanıqlı şəkildə məskunlaşdırılması Azərbaycanın son onilliklərdə həyata keçirdiyi ən mürəkkəb, genişmiqyaslı və strateji layihədir. Dövlətin bu istiqamətdə apardığı fəaliyyət təkcə regionun fiziki infrastrukturunun bərpası ilə məhdudlaşmır, burada sözün tam mənasında yeni iqtisadi-sosial sistem formalaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpası sadəcə tikinti prosesləri deyil, həm də iqtisadi dövriyyənin canlandırılması, əhalinin məşğulluğunun təmin edilməsi, sahibkarlığın inkişaf etdirilməsi və bölgənin gələcək nəsillər üçün cəlbedici yaşayış və iş mühitinə çevrilməsidir. Əraziyə qayıdan əhalinin dayanıqlı şəkildə…

Read More
Gündəm 

Ölkədə problemli kreditlər ARTIR – SƏBƏB NƏDİR?

Mərkəzi Bank yeni rəqəmləri açıqladı; deputat isə günahı vətəndaşın ödəmə qabiliyyətini tam yoxlamadan kredit verilməsində görür – çağırış Bu ilin yanvar-oktyabr aylarında banklar 29 milyard 403.9 manat kredit qoyuluşu reallaşdırıb. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir. Qeyd olunur ki, kreditlərin 544,8 milyon manatının vaxtı keçib. İlin əvvəlindən bəri problemli kreditlərin həcmi 21,3%, son 12 ayda isə 13,55% artıb. Oktyabr ayının sonunda problemli kreditlərin bank sektorunun ümumi kredit portfelində payı 1,7% təşkil edib. Oxşar rəqəm sentyabr ayının sonunda qeydə alınıb. Müqayisə üçün, ötən ilin dekabr ayının sonunda bu rəqəm 1,5%,…

Read More
Gündəm 

Bu rayonlar LƏĞV EDİLƏ BİLƏR – Hökumətə ÇAĞIRIŞ

İqtisadçı deyir ki, ölkədə bu qədər kiçik inzibati ərazi vahidlərinin olmasına ehtiyac qalmayıb  Azərbaycan parlamentində 2026-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılır. Ekspertlər tərəfindən “qənaət büdcəsi” adlandırılan sənəd artıq birinci oxunuşda qəbul edilib. Büdcə layihəsini şərh edən ekspertlər deyir ki, neft gəlirlərinin azalması fonunda dövlət xərclərinə daha sərt nəzarət ehtiyacı yaranıb. Bu mövzuda Modern.az geniş təhlil yazıb. Bildirilir ki, son aylarda mətbuatda oxşar funksiyalı dövlət qurumlarının birləşdirilməsi, paralel strukturların ləğvi barədə müzakirələr davam edir. İqtisadçılar isə hesab edirlər ki, yalnız mərkəzi icra hakimiyyəti orqanlarının xərclərini azaltmaq kifayət etməyə bilər,…

Read More
Gündəm 

Vyetnamdan, Kolumbiyadan aldığımız nar… – Azərbaycana təsiri

Belə bir vəziyyətdə əsas çıxış yolu emalı artırmaq və ixracına köklənməkdir Azərbaycan uzun müddətdən sonra ilk dəfə olaraq Vyetnamdan nar idxalına başlayıb. Rəsmi məlumatlara görə, yanvar-sentyabr ayları arasında Azərbaycanın nar idxalı təxminən üç dəfə artaraq 146 200 dollar dəyərində, 71,23 tona çatıb. Əsas təchizatçılar Rusiya, Türkiyə, İran, Perudur. Bundan əlavə, uzun illərdən sonra ilk dəfə olaraq Vyetnamdan idxal qeydə alınıb: 200 dollar dəyərində 0,05 ton. Maraqlıdır ki, nar idxal etdiyimiz ölkələr arasında Kolumbiya və Cənubi Afrika Respublikası da var.  Maraqlıdır ki, Azərbaycan iri nar ixracatçısı ölkəsidir. Dövlət Gömrük Komitəsinin statistikasına…

Read More
Gündəm 

“Toya uşaq gətirməyin” – DEPUTAT

ıq bir çox toy dəvətnamələrində yeni bir tendensiya görünür: cütlüklər qonaqlardan məclisə uşaqlarla gəlməməyi xahiş edirlər. Səbəb kimi isə balacaların məclisdə “əl-ayağa dolaşa bilməsi” göstərilir. Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı fikirlərini Ölkə.az-la bölüşüb. Deputat hesab edir ki, bizi narahat edən məsələ bu olmalı deyil: “Bizi narahat edən o olmalıdır ki, artıq Azərbaycanda toy ənənəsi dəyişir. Toylarda musiqinin səsindən, bayağı musiqilərdən oturmaq olmur. Artıq son dövrlər kişilərimiz qadın kimi, qadınlarımız kişi kimi oynamağa başlayıblar. Toylarda israf daha çoxdur. Mən düşünürəm ki, biz bu məsələlərin üzərində…

Read More
Gündəm 

Benzin və dizel bahalaşacaq? – AÇIQLAMA

Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin müzakirəsindədir. Bu dəfə təqdim olunan paketdə benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılması da müzakirə mövzusudur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov APA-ya açıqlamasında bildirib ki, Benzin, dizel və maye qaz üzrə yol vergilərinin artırılmasına gəldikdə, deyə bilərəm ki, mövcud tənzimləməyə əsasən yanacağa görə müəyyən edilmiş 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı İcbari Tibbi Sığorta Fonduna ödənilir. Qanunvericiliyə təklif edilən dəyişikliklə həmin məbləğin Fonda təqdim edilən hissəsinin ləğv edilməsi və yol…

Read More