Gündəm 

Qərbi Zəngəzur və Minsk Qrupu

Sabah, 1 dekabr ATƏT-in Minsk Qrupunun rəsmən tarixə qovuşduğu gün olacaq. Əslində hələ sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunmuşdu. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen isə Prezident İlham Əliyevin qəbulunda olarkən demişdi ki, Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların fəaliyyəti 2025-ci il dekabrın 1-dək ləğv ediləcək.

Görüş zamanı ATƏT sədri Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etməklə yanaçl, bu anlaşmanın ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmli olduğunu söyləmişdi.

WhatsApp Image 2025-11-30 at 22.41.36.jpeg (156 KB)

Beləliklə, Azərbaycan Prezidentinin imzası qədər etibarlı və qətiyyətli olan daha bir sözü, mövqeyi hədəfinə çatmış oldu. Hələ sentyabrda elan olunmuş qərarə əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılmışdı. Həmin qərarda keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarların qüvvədən düşdüyü və etibarsız elan edildiyi də açıqlanmışdı.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə XİTAM VERİLDİ - Patrulaz.Az

O vaxta qədər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bir-birinə düşmən olsalar da, Qarabağ məsələsinə münasibətdə bir yerdə olmağa məhkum edilmişlər təsiri bağışlayırdılar, hətta Rusiya-Ukrayna müharibəsi başladıqdan sonrakı dövrdə də bölgəmizə münasibətdə mövcud konfrantasiyanı bir kənara qoymağa cəhd edirdilər. Qarabağda status-kvonun saxlanması məsələsi düşmən münasibətdə olmalarına baxmayaraq, Moskva, Paris və Vaşinqtonu birləşdirirdi. Yaxşı xatırlayırıq, hər dəfə bəyan edirdilər ki, Qarabağ məsələsi, Dnestryanı, Abxaziya və Cənubi Osetiyadan fərqli məsələdir. Axmaqlığın son həddi idi və cavablarını aldılar.

Yaxşı xatırlayırıq, 44 günlük müharibədən sonra, elə dekabr ayında həmsədrlərin Azərbaycan Prezidentinin qəbuluna gəlmişdilər. Dövlətimizin başçısının dedikləri diplomatların “yeddi qabırğasından” keçən sözlər idi. “Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var”, demişdi Prezident. Ölkə başçısı 30 ilə yaxın heç bir müsbət addımı ilə yadda qalmayan, ancaq “turizm diplomatiyası”na “töhfə” verən çağırılmamış qonaqlara tarixi dərs vermişdi.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer nə isə demək xatirinə “Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər”, söyləmişdi. Özünü elə aparmışdı ki, sanki bunların da əlindən bir iş gəlir.

Həmsədr: Fransa Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini davam  etdirəcək - Oxu.az

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti də onun kimi…“Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaqdır. Bəli, bunun üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər”, demişdi.

Hətta Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da gəlişigözəl sözlərlə ortamı yumşaltmağa çalışmışdı. Amma dövlətimizin başçısı təqaüdə çıxmış diplomatların yolunu gözləmədiyimizi yüksək səviyyədə və qətiyyətli şəkildə bütün platformalarda bəyan etdi, nəticə də ortada!

Ermənistan hakimiyyəti uzun müddət ərzində Minsk Qrupundan imtina qərarını sülh müqaviləsi imzalanan zaman verəcəyini iddia edirdi. Vaxtilə çox iddiaları olmuşdu, Fransadan və digər paytaxtlardan alqıları ev tapşırıqları işə yaramadı. Artıq rəsmi İrəvana ev tapşırıqları Bakıdan verilir.

Bu günlərdə Avropa İttifaqının Ermənistandakı yarımhərbi missiyası ilə bağlı da bənzər mövqe sərgilənməkdədir. Nikol Paşinyan və komanda üzvləri iddia edirlər ki, Aİ missiyası şərti sərhədlərdə delimitasiya və demarkasiya prosesi başa çatanadək qala bilər. Missiyanın ömrü 2027-ci ilədək uzadılıb. Amma bu mövqe formalaşmaqda olan etimad mühitinə zərbə vurur, anlamaqları lazımdır. Həm də onsuz da sonda Azərbaycan Prezidentinin dedikləri olursa, niyə boş yerə vaxtı uzatmağa, tapşırıqların icrasından boyun qaçırmağa mənasız cəhdlər edirlər?!

Tezliklə sülh olacaq, bəs Zəngəzur dəhlizi? | Modern.az

Zəngəzur dəhlizi ilə bağlı da bəhanələr uydururdular, axırı nə oldu? 2020-ci ilin 10 noybarında əldə olunan razılaşmalara uyğun addımlar atılsaydı, indi Ermənistan gömrük gəlirləri hesabına büdcəsinə əlavə vəsaitlər qazanırdı. Gecikdilər və itirdilər. Amma 8 avqust Vaşinqton razılaşmasından boyun qaçıra bilmədilər və gələn il Zəngəzur dəhlizində işlərə başlayacaqlarını elan edirlər. Yenə də vaxt itirirlər, amma özləri bilər. Sonda Azərbaycan deyən olacaq! Necə ki, torpaqları azad etməyə vadar oldular, 4 kəndimizi işğaldan azad etdilər və qalan 4 kəndimizin də azad olunmasından qaça bilməyəcəklərini anlayırlar. Qərbi Azərbaycandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının da öz evlərinə qayıtmalı olduğunu yaxşı bilirlər, sadəcə vaxtı uzadırlar.

1 dekabrdan və Qərbi Azərbaycandan söz düşmüşkən, bu tarix həm də bizimçün qara haşiyələnmiş gündür. Belə demək mümkünsə, Minsk Qrupu ilə Qərbi Zəngəzuru konkret tarix “birləşdirir”. Düz 105 il əvvəl, 1920-ci il 1 dekabrında Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanov Qərbi Zəngəzurun Ermənistana verildiyini elan edib, beləliklə, Qərbi Zəngəzur Ana Vətəndən qoparılaraq tarixi torpaqlarımızda yaradılan Ermənistana bağışlanıb. 105 il əvvəl Minsk Qrupu mövcud olsaydı, şübhəsiz ki, Qərbi Zəngəzurdan artığını Ermənistana bağışlamaq istəyərdi, əslində Qarbağla bağlı istəyi ortada idi. Xalq Cümhuriyyəti məcburən İrəvanı və ətraf əraziləri, sovetlərin zamanındakı hakimiyyət isə Qərbi Zəngəzur daxil, 20 min kv.km-dək əlavə ərazilərimizi Ermənistana verməyə vadar edilib. Prezident İlham Əliyev isə tarixin təkərini geri çevirməyi bacarmaqla tarixi ilkə mübarək imzasını atdı! Gün gələcək Zəngəzur dəhlizi, Qərbi Azərbaycan(lılar)la bağlı da tarixin qaranlıq səhifələrini işıqlandıracaq dövlətimiz və dövlət başçımız! Odur ki, Ermənistan rəhbərliyi əbəs yerə vaxtı uzatmağa səy-səy səy göstərməsin…Bakıya, Qəbələyə gəldilər, Azərbaycanın Ermənistandan nə qədər irəlidə olduğunu öz gözləri ilə gördülər. Bütün bunlardan sonra da silah alırlarsa, daha özlərindən küssünlər! İraq olsun, nəsə olsa, 1992-ci ildən bəri hayların haylarına gələn Minsk Qrupu da olmayacaq!

Elşad Paşasoy,
Musavat.com

Daha çox xəbərlər