Azərbaycan Mərkəzi Asiyanın Qərbə açılan əsas iqtisadi pəncərəsinə çevrilir
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında formalaşan yeni əməkdaşlıq fəlsəfəsinin əhatəli şəkildə təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Hətta bu müsahibəni Azərbaycan-Mərkəzi Asiya ölkələri arasındakı gələcək əlaqələrin “Yol Xəritəsi” də adlandırmaq mümkündür. Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən, mədəniyyət, coğrafiya və ortaq dəyərlər baxımından bir-birinə sıx bağlıdır. İlk baxışda fiziki sərhədlər ayrı görünə bilər, lakin Xəzər dənizi bizim xalqlarımız arasında körpü rolunu oynayan mühüm geosiyasi məkandır. Bu gün Xəzər yalnız su hövzəsi deyil, strateji birlik və əməkdaşlıq rəmzidir. Dövlətimizin başçısının…
Read More