Gündəm 

“Qaçqınkom”dan qazanxanada yaşayan keçmiş məcburi köçkünlərlə bağlı AÇIQLAMA

Ötən gün Nizami rayonunda, “Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində yerləşən 66 saylı qazanxananın həyətində yaşayan keçmiş məcburi köçkünlərin köçürülməsi ilə bağlı yazmışdıq. Musavat.com-a müraciət edən sakinlərin sözlərinə görə, Zəngilan və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gələrək onlara evlərini tərk etməli, Ucar və Goronboy rayonlarına köçməli olduqlarını bildiriblər. Məlumata görə, qazanxananın həyətyanı və daxili ərazisində ümumilikdə 36 ev yerləşir — bu evlərə sakinlər 1990-cı illərin çətin dövründə, köçkün düşəndən sonra məcburi şəkildə yerləşiblər. Ən çox Zəngilan rayonundan olanlar yaşayır; Füzuli, Kəlbəcər və Cəbrayıl köçkünləri də var. Sakinlər…

Read More
Gündəm 

Sosial şəbəkə kabusu – Asif Adil yazır

Bəzi siyasi həqiqətləri görmək üçün artıq “binokla” heç bir ehtiyac yoxdur. Sadəcə emosiyalarımızı cilovlaya bildiyimiz təqdirdə sosial şəbəkələr sayəsində siyasi həqiqətləri “çılpaq” şəkildə görə bilirik. Burada prinsipial məsələ emosiyaların cilovlanmasıdır. Məhz sözügedən kontekstdə, yəni informasiya manipulyasiyaları vasitəsilə ictimai şüura zorla yeridilən təzadlı emosiyalara uymamaq məsələsində yenə də siyasi maarifçilik fəaliyyətinin müstəsna əhəmiyyətindən danışmalıyıq. Rəsmi statistikaya əsasən ölkə əhalisinin 90%-dan arıq olan hissəsi internet istifadəçisidir. Böyük ehtimal ilə sosial şəbəkə istifadəçilərinin sayı da ən azıdan elə o qədərdir. Yeri gəlmişkən, qeyd edək ki, ciddi sosial bazaya malik olmayan radikal təfəkkürlü demaqoqların…

Read More
Gündəm 

Sabah İtaliya- Azərbaycan Universiteti açılır

Sabah Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışı olacaq. ARANTV.AZ  xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə geniş tərkibdə görüşü zamanı məlumat verib. “Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı…

Read More
Gündəm 

Azərbaycanın səsi BMT kürsüsündə və gələcəyə çağırış

BMT Baş Assambleyasının 80-ci sessiyasında cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın haqq mübarizəsinin zirvəsi kimi tarixi əhəmiyyət daşıdı. Bu nitq təkcə diplomatik mövqe deyil, həm də xalqımızın otuz illik ədalət savaşının yekunu, Qələbənin fəlsəfəsi və gələcəyə yönəlmiş mesajı idi. Bu həm də ədalətin gecikmiş, amma möhtəşəm qələbəsi kim tarix oldu. Azərbaycan xalqı illərlə beynəlxalq hüququn pozulmasına, BMT qətnamələrinin icra olunmamasına şahidlik etdi. Amma heç vaxt ümidini itirmədi. Cənab Prezident İlham Əliyev bu həqiqəti tribunadan bir daha xatırlatdı: “Otuz ilə yaxın torpaqlarımız işğal altında idi. Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Azərbaycan…

Read More
Gündəm 

Qlobal çağırışlara cavab tədbirləri inklüziv, ədalətli və ümumbəşəri olmalıdır

Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 80-cı sessiyasındakı çıxışında bu reallığı da xüsusi vurğuladı ki, enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməsi bütün sahələrdə davamlı uğurlarını şərtləndirir. Bu gün Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz…

Read More
Gündəm 

Tarix yazan Lider

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi oldu. O dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, sosial gərginlik və idarəolunmazlıq şəraitində xalq çıxış yolunu axtarırdı. Azərbaycanı xaosdan, parçalanmadan və vətəndaş qarşıdurmasından xilas edəcək liderə ehtiyac vardı. Xalq bu ağır, taleyüklü məqamda müdrik və uzaqgörən bir qərar verərək, böyük etimadla Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Bu seçim sadəcə bir prezidentin seçilməsi deyildi. Bu, ölkənin gələcəyini müəyyən edən, sabitliyə və inkişaf yoluna aparan tarixi bir addım idi. Məhz belə bir həssas və təhlükəli mərhələdə…

Read More
Gündəm 

Revanşistlərə ciddi zərbə

İkinci Qarabağ müharibəsinin başa çatmasından beş il vaxt keçsə də Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri hələ də onların yolunu gözləyirlər. Hələ demirik ki, I Qarabağ müharibəsində də itkin düşənlərin sayı daha çox idi. Əvvəllər Ermənistan hakimiyyəti döyüşlərdə öldürülənlərin cəsədlərini morqlarda gizlədərək ictimaiyyətə təsəlliverici fikirlər söyləyir, döyüşlərdə olənləri dəfn olunmaq üçün aylarla gözləyən valideynlərinə və qohumlarına təhvil vermirdilər. İtkin düşənlər barədə yaydıqları söz-söhbətlərdə isə onların axtarılıb tapılması haqqında yalançı uydurmalar iddia olunurdu. Bu, ağır məğlubiyyətin miqyasını kiçiltmək və əhalini panikaya düşməmək və sakitləşdirmək məqsədi ilə edilirdi ki, emosiyaya qapılmış kütlə hakimiyyətə…

Read More
Gündəm 

Sərmayə varsa, inkişaf da var

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344,4 milyard ABŞ dolları sərmayə yatırılıb İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri kapital qoyuluşudur. Sərmayə qoyuluşunda fasilələr yaranarkən bir müddət iqtisadi dinamikada da geriləmə müşahidə olunur. Buna görə də hər bir hökumət iqtisadiyyatın fasiləsiz kapitallaşdırılmasında maraqlıdır. Azərbaycan da dünyanın bu təcrübəsindən örnək götürərək hələ müstəqilliyimizin ilk illərindən sərmayə yatırımına xüsusi əhəmiyyət verir. Ölkə iqtisadiyyatını dirçəltmək məqsədilə həmin dövr neft sənayesinə xarici investisiya cəlb etmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlatmaq kifayətdir. Həmin sazişin imzalanması ölkəmizin inkişafında müstəsna rol oynadı.…

Read More
Gündəm 

Komitə sədrindən qəbristanlıqlarla bağlı təklif

Milli Məclisin plenar iclasında parlamentin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında məsələ müzakirə olunub. Musavat.com-un məlumatına görə, Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov çıxışı zamanı deyib ki, Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var: “Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır”. Komitə sədri qeyd edib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: “Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”. Qəbristanlıqlarla bağlı digər bir sıra deputatlar da iclasda fikir və təkliflərini səsləndiriblər.

Read More