Pəncəli Teymurovun ailəsi Prezidentə TƏŞƏKKÜR ETDİ – AÇIQLAMA
Aprel döyüşlərində şəhid olan Pəncəli Teymurova Milli Qəhrəman adı verilib. Prezident İlham Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrin giziri, Aprel döyüşləri iştirakçısı Pəncəli Teymurova Milli Qəhrəman adı verilib. Qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel döyüşlərində şəhid olub. Musavat.com xəbər verir ki, modern.az Pəncəli Teymurovun qardaşı Elbrus Teymurovla əlaqə saxlayıb. Saytımıza açıqlamasında o bildirib ki, sevinclərinin həddi-hüdudu yoxdur: “Söz tapıb deyə bilmirəm. Hərbçi qardaşlarımızdan eşidirdik ki, bir gün cənab Ali Baş Komandan bu adı ona verəcək. Allah cənab Ali Baş Komandana can sağlığı versin. Ölkəmizin dəyərli prezidenti var. Torpaqlarımızı azad etdi, öz dəmir yumruğu ilə haqqı…
Read More