Gündəm 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə 30 sentyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, sərəncama əsasən, Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib. Nazirlər Kabineti qanundan irəli gələn məsələləri həll etməli, Xarici İşlər Nazirliyi səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.

Read More
Gündəm 

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması ilə bağlı mühüm addım atılır. Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalının verdiyi məlumata görə, artıq iki ölkənin icbari sığorta büroları arasında bu istiqamətdə razılaşma imzalanıb və sistemin qurulması prosesi başlayıb. Yeni sistem sayəsində Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana gələn və ya Azərbaycan nömrəsi ilə Türkiyəyə daxil olan avtomobillər avtomatik şəkildə tanınacaq. Bu, həm sərhəddə yoxlamaları asanlaşdıracaq, həm də sığorta fırıldaqları və sənəd saxtakarlığı hallarının qarşısını alacaq. Bundan başqa, qəza baş verdiyi halda zərərçəkmişlərə ödənişlərin daha sürətli həyata keçirilməsi mümkün olacaq. Özgür…

Read More
Gündəm 

AZAL Gürcüstanın aviasiya bazarında ilk altılıqda yer alıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın hava limanlarında sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 14 %, uçuşların sayı isə 18 % artıb. Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, 9 ayda Gürcüstanın hava limanları ümumilikdə 6 milyon 489 min 755 sərnişinə xidmət göstərib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 5 milyon 682 min 304 nəfər olub. Məlumata görə, Gürcüstan aviasiya bazarında “Azərbaycan Hava Yolları” (AZAL) QSC ən çox sərnişin daşıyan aviaşirkətlər arasında ilk altılığa daxil olub. AZAL 2025-ci ilin ilk doqquz ayında 358 min 291 sərnişin daşıyıb və ümumi bazarın 6 %-ini təşkil edib. Bazarda liderliyi Macarıstanın…

Read More
Gündəm 

Bu zənglərə və keçidlərə aldanmayın! – DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

Polis vətəndaşlara şübhəli zənglərə və keçidlərə aldanmamaları üçün xəbərdarlıq edib. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Qeyd olunub ki, kart məlumatlarını, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartın məxfi şifrələri heç kimə verilməməlidir: “Kimin hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin. Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və…

Read More
Gündəm 

Amnistiya ilin sonunda elan oluna bilər

Milli Məclis üzvləri də amnistiya ilə bağlı qərar olacağını gözləyirlər  Zəfər bayramına cəmi bir neçə gün qalsa da, Milli Məclisin gündəliyində hələlik amnistiya məsələsi yer almır. Lakin siyasi dairələrdə və ekspert çevrələrində bu mövzu yenidən aktuallaşıb. Xatırladaq ki, 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə ölkədə genişmiqyaslı amnistiya elan edilmişdi. 2025-ci ilin “Suverenlik və Konstitusiya İli” kimi qeyd olunması isə bu dəfə oxşar bir addımın ilin sonuna qədər atılacağı ehtimalını gücləndirir.  Müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub.…

Read More
Gündəm 

“Hər birinizə 12 sot ayrılıb” – Prezident

“Biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Burada da kənd təsərrüfatı ilə, heyvandarlıqla məşğul olmaq üçün şərait yaradılacaq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin sakinləri ilə görüşündə deyib: “Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçinlə məşğul olmaq mümkündür. Hər biriniz üçün on iki sot həyətyanı sahə ayrılıb. Amma burada digər böyük yerlərdə, yəni, həm örüş, həm də ki, əkin üçün yararlı olan torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaqdır. Yəni, Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər…

Read More
Gündəm 

Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq

Cənab İlham Əliyevin Sabirabad, İmişli və Cəbrayıl rayonlarına səfəri yalnız azad edilmiş ərazilərimizin deyil, bütün bölgələrimizin inkişafının ölkə Prezidentinin diqqətində olduğunu bir daha təsdiqlədi Hər bir ölkənin inkişafında əsas amillərdən biri sabitlik və iqtisadi tərəqqidir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafın təmin edilməsini şərtləndirir. Təbii ki, bugünkü reallıqların düzgün təhlili ötən dövrə qısa nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin əsas çağırışlarından biri “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” hədəfi oldu. Ulu Öndərin  müəllifi olduğu neft…

Read More
Gündəm 

Xəzərdə neft tükənir, yoxsa… – Bundan sonra nə olacaq?

bp-nin yeniliyi nəyi dəyişəcək? bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi dünya neft və qaz sənayesinin ən müasir texnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Bu səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır. “bp-Azərbaycan”ın yaydığı məlumatda bildirilir ki, bu məqsədə uyğun olaraq, bp Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. Blue Ocean dikborusuz müdaxilə sistemi (BORİS)…

Read More
Gündəm 

Trampın Azərbaycana mümkün səfəri – kimlər nə deyir?

ABŞ-nin Bakıya artan diqqətinə Rusiyanın reaksiyası maraq doğurur; Ağ Ev lideri ilkə imza ata bilər Ötən həftə mühüm hadisələri sırasında Vaşinqtonda Hudson İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda” adlı konfrans da var. Çünki bu konfrans ABŞ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri baxımından diqqət çəkib. Konfransda ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış saziş, eləcə də regional proseslər müzakirə olunub. Konfransda Amerikanın aparıcı ekspertləri və rəsmiləri iştirak ediblər. Konfransda çıxış edən Hudson İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran bildirib ki, avqustun 8-də Ağ Evdə keçirilən görüş nəinki…

Read More
Gündəm 

Turan birliyinin əsası necə qoyuldu?

“Bir millət, iki dövlət” şüarı “bir millət 6 dövlət” şüarına çevrilir Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana iki günlük dövlət səfəri Türk dünyası ölkələrinin münasibətlərinin daha da yaxınlaşmasına xidmət etdi. Azərbaycanla Qazaxıstan arasında tarixi dostluq-qardaşlıq münasibətləri hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə dərin özülü qoyulmuş münasibətlərdir. Heydər Əliyev Türk dünyasının birliyinə Qazaxıstan da daxil, digər türkdilli respublikaların ikitərəfli münasibətlərinin dərinləşdirilməsi ilə nail olmağın ən effektli yol olduğunu çıxışlarında ifadə edirdi. Ulu öndər bu siyasi xətti çıxışlarında ifadə etməklə təbii ki, kifayətlənmirdi, praktiki addımlarla, türkdilli ölkələrə səfərlərlə, əməkdaşlığı…

Read More